WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq
hərəkət
edilməsinə görə -
yüz manat məbləğində cərimə edilir.
Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs
tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi
332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat
vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə
olmadan
idarə edilməsinə görə-
qırx manat məbləğində cərimə edilir.
332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat
vasitəsinin
idarə edilməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat
vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat
vasitəsinin idarə edilməsinə görə-
iki yüz manat məbləğində cərimə edilir.
332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-
dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu
törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
332.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ
olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə-
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
332.6. Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında
qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
332.7. Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
333.5. Bu Məcəllənin 333.4-cü maddəsində nəzərdə tutulmuş xəta
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -
nəqliyyat
vasitəsini
idarə
etmək
hüququ
iki
il
müddətinə
məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və
yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda
şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 334. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs
tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop
maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması
nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi
334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən
nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən
və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində
sərxoş vəziyyətdə idarə edilməsinə görə-
beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu
törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq
olunur.
334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş
şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və
ya zərər çəkmiş
şəxsə maddi zərər vurulmasına görə-
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu
törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq
olunur.