Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə26/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   22   23   24   25   26   27   28   29   ...   98

105 
 
Bu Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş 
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, 
bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu 
Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 
 
Maddə 121. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta  
     haqqında iş üzrə barəsində icraat aparılan şəxsin  
     səlahiyyətli orqana çağırılmasının yolverilməzliyi 
 
Bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə 
tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan 
inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin 
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.  
 
 
 
 
 
 
Maddə 122. İnzibati xəta hadisəsi foto və ya  videoqeydiyyat  
     funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi  
     ilə aşkar edildikdə icraatın aparılması qaydası 
 
122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 
346.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və 
ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin 
köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları 
müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin 


106 
 
proqram təminatı əsasında real vaxt rejimində elektron formada 
birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati 
xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron 
imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində 
inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin 
mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının 
elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron 
protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin 
məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra 
hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 
122.2. İnzibati xəta haqqında elektron protokol müvafiq icra 
hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına 
əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə 
müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair 
sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu 
dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata 
götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində 
olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə 
nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. 
122.3. İnzibati xəta haqqında elektron protokolda bu 
Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı 
aşağıdakılar göstərilir: 
122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş 
xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta 
hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü 
tərəfindən törədildiyini sübut edən foto və ya videomateriallar əlavə 
edilməklə); 


107 
 
122.3.2. inzibati xəta haqqında elektron protokolla əlaqədar 
vəsatət verilməsi qaydası; 
122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 
122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1 - 
327.3 və 330-cu maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin 
həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat 
başa  çatanadək saxlanılmalıdır.  
122.5. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi 
texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə 
nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında 
inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh 
tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya 
videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq 
icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya 
olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati 
xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə 
tutulmuş qaydada elektron protokol tərtib olunur. 
122.6. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 
124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta 
haqqında protokol tərtib edilmiş şəxs protokolda qeyd olunan 
cəriməni ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni 
məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab edilir. 
122.7. Barəsində bu Məcəllənin 122.1-ci və ya 124.6-cı 
maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında 
protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı 
nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində 
olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun 
sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla 


108 
 
razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə 
bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 
125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat 
verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud 
internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati 
xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə 
dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən 
məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında 
protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam 
verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb 
edilməsi üçün müvafiq tədbirlər görülür. 
122.8. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-
cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında 
protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində 
nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün 
müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh 
tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün 
müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində 
nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.   
 
Maddə 123. Foto və ya videoqeydiyyat funksiyalarına malik 
xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi  
şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən  
 
 
     törədilən inzibati xəta haqqında iş üzrə icraatın  
 
 
     aparılması qaydası 
 
123.1. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş 
xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə