Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə24/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   20   21   22   23   24   25   26   27   ...   98

97 
 
vəzifəli şəxsə, yaxud kollegial orqanın üzvünə etiraz etmə barədə 
ərizə daxil olduqda; 
112.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etiraz etmə 
işin mahiyyəti üzrə baxılmasına mane olduqda; 
112.2.3. işdə iştirak edən şəxsin gəlməsi və ya əlavə sənədlərin 
tələb olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda. 
112.3. Bu Məcəllənin 109.3-cü maddəsinə müvafiq olaraq 
iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır. 
112.4. Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin 
aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar. 
112.5. İşə baxılma davam edərsə, inzibati xəta haqqında 
protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. 
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, 
hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə 
icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, 
ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada 
prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. 
 
Maddə 113. İnzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas  
 
 
     protokolunun məzmunu 
 
113.1. İnzibati xəta haqqında işə kollegial orqan və ya 
məhkəmə tərəfindən baxılarkən iclas protokolu tərtib olunur. 
113.2. İnzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas 
protokolunda aşağıdakılar göstərilir: 
113.2.1. işə baxılmanın tarixi və yeri, iclasın başlanma və 
qurtarma vaxtı; 


98 
 
113.2.2. işə baxan kollegial orqanın adı və tərkibi, yaxud  
hakimin və məhkəmə iclasının katibinin adı; 
113.2.3. baxılan işin qısa məzmunu; 
113.2.4. işdə iştirak edən şəxslərin gəlməsi haqqında 
məlumatlar
113.2.5. işdə iştirak edən şəxslərə onların prosessual hüquq və 
vəzifələrinin elan edilməsinə dair məlumatlar; 
113.2.6. etirazlar, vəsatətlər və onların baxılmasının nəticələri; 
113.2.7. işə baxılmasında iştirak edən şəxslərin izahatları və 
rəyləri; 
113.2.8. iclas vaxtı edilmiş çıxışların məzmunu; 
113.2.9. işə baxılarkən tədqiq edilən sənədlər barədə 
məlumatlar; 
113.2.10. yazılı sübutların elan edilməsinə dair məlumatlar, 
maddi sübutların müayinəsinə, səs yazılarının dinlənilməsinə, 
videoyazılara baxılmasına dair məlumatlar; 
113.2.11. işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və 
ona dair qeydlər vermək hüquqlarının izah olunmasına dair 
məlumatlar; 
113.2.12. protokolun tərtib olunma tarixi. 
113.3. Kollegial orqanın iclasının protokolu iclasa sədrlik edən 
və katib tərəfindən, məhkəmə iclasının protokolu isə hakim və 
məhkəmə iclasının katibi tərəfindən imzalanır. 
113.4. Protokol inzibati xəta haqqında işə baxma ilə əlaqədar 
iclas qurtardıqdan sonra 5 gündən gec olmayaraq tərtib edilməli və 
imzalanmalıdır. 
 


99 
 
Maddə 114.  İnzibati xəta haqqında işə baxılarkən çıxarılan 
qərar (qərardad) 
 
114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı 
məsələlər barəsində qərar çıxarılır: 
114.1.1. inzibati tənbeh vermə haqqında; 
114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi 
haqqında; 
114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması 
haqqında; 
114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi 
haqqında. 
114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi 
haqqında qərar aşağıdakı hallarda çıxarılır: 
114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan 
hallardan biri mövcud olduqda; 
114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq 
intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün 
materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə; 
114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri 
olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq 
orqanına göndərildikdə; 
114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq 
inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və 
hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) 
göndərildikdə. 
114.3. İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli 
orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta 


100 
 
haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli 
şəxsə) göndərilməsi barədə qərardad  çıxarılır. 
114.4. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta 
haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) ciddi hesabat 
sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Həmin 
qərarın (qərardadın) formaları müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən olunur.  
 
Maddə 115. İnzibati xəta haqqında iş üzrə qərar 
 
115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar 
göstərilir: 
115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, 
soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 
115.1.2. işin baxılması tarixi və yeri
115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 
115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 
115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu 
Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən 
inzibati tənbeh növü;   
115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, 
hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və 
bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin 
ödənilməməsi barədə qeyd; 
115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması 
üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 
115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə