Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə32/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   28   29   30   31   32   33   34   35   ...   98

129 
 
Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab 
edildikdə; 
145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu 
Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti 
keçdikdə; 
145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən 
azad edilməsi üçün əsaslar yarandıqda; 
145.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə 
haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində 
nəzərdə tutulmuş hallar yarandıqda; 
145.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar 
çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 
529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati 
məsuliyyətə cəlb edildikdə. 
145.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına 
xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) 
tərəfindən qərardad qəbul edilir.   
 
 
 
 
 
Maddə 146. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icra 
müddəti 
 
  
   
146.1. Bu Məcəllənin 22.1.2-ci maddəsində nəzərdə tutulmuş 
inzibati tənbeh istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə 


130 
 
haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il 
müddətində icra edilməmişdirsə, daha icra edilmir. 
146.2. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh 
tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu 
Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı 
dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan 
hesablanır. 
146.3. Bu Məcəllənin 142 - 144-cü maddələrinə uyğun olaraq 
inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına möhlət 
verildikdə və ya onun icrası dayandırıldıqda, qərarın icrası 
müddətinın axımı möhlət verilmə və ya dayandırılma müddəti 
bitənədək dayanır.   
 
Maddə 147. İnzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə 
icraatın  başa çatması 
 
İnzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, 
bu barədə müvafiq qeyd aparılmaqla, inzibati tənbeh tətbiq etmə 
haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan 
(vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, 
səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır. 
 
Maddə 148. Azərbaycan Respublikasının hüdudlarından 
kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində 
 
     əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq  
 
 
     etmə haqqında qərarın icrası 
 


131 
 
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və 
Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs 
barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun 
olaraq icra edilir. 
 
FƏSİL 19 
 
İNZİBATİ TƏNBEHİN AYRI-AYRI NÖVLƏRİNİN İCRASI QAYDASI 
 
Maddə 149. Xəbərdarlıq haqqında qərarın icrası 
 
Xəbərdarlıq növündə inzibati tənbeh tətbiq etmə haqqında 
qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) 
tərəfindən bu Məcəllənin 117-ci maddəsində nəzərdə tutulmuş 
qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu 
ilə icra olunur. 
 
 
Maddə  150. İnzibati cərimənin tətbiqi haqqında qərarın icrası 
 
150.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə 
haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə 
mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə 
tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz 
gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni 
ödəməlidir. 


132 
 
150.2. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə 
haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu 
Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət 
verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec 
olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 
150.3. Yetkinlik yaşına çatmayanın müstəqil qazancı 
olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni 
nümayəndəsindən tutulur. 
150.4. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən 
yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. 
Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta 
haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) 
tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti 
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq 
edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya 
poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron 
qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya 
sistemlərinə göndərir. 
150.5. Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş 
müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi 
ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı 
qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 
150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, 
təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması 
üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, 
yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya 
təyin edən orqana; 


133 
 
150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul 
vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər 
kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı 
qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. 
Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti 
olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq 
edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini 
göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) 
dərhal qaytarmalıdır. 
150.6. İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən 
çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər 
gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək 
müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini 
göstərməklə (əgər bu mümkündürsə), ödəmənin 
mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu 
barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın 
surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. 
150.7. Barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən 
fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər 
gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, 
eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında 
hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti 
olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati 
cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan 
Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi 
icraya yönəldilir. 
150.8. Bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş 
müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə