Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə35/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   31   32   33   34   35   36   37   38   ...   98

142 
 
çıxarma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk 
etməlidirlər. 
155.2. Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarma haqqında səlahiyyətli orqanların (vəzifəli 
şəxslərin) qərarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra 
edilir. 
155.3. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 
çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə 
boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, 
onlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən 
olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının 
qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər. 
155.4. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədən 
getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda, onun Azərbaycan 
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması 
məhdudlaşdırmaya səbəb olan hallar aradan qalxdıqdan sonra icra 
edilir. 
155.5. Azərbaycan Respublikasının ərazisindən inzibati 
qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin 
çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin 
çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi 
onları qəbul edən şəxslərin, idarə, müəssisə və təşkilatların, qəbul 
edən tərəf olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının üzərinə 
düşür. 
155.6. Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarma haqqında qərar icra edildikdən sonra


143 
 
çıxarma haqqında müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul 
etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır. 
155.7. Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarma inzibati tənbeh tədbirinin tətbiqindən irəli 
gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara 
zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya 
Məcəlləsinə uyğun olaraq həll edilir.   
 
Maddə 156. İnzibati həbs haqqında qərarın icrası 
 
156.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar 
çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. 
156.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında 
saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs 
edilənlər şəxsi axtarışdan keçirilir. 
156.3. İnzibati qaydada tutma müddəti inzibati həbs 
müddətinə daxil edilir. 
 
XÜSUSİ HİSSƏ 
 
VI BÖLMƏ 
 
İNZİBATİ XƏTALAR 
 
FƏSİL 20 
 
SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 


144 
 
 
Maddə 157. Döymə 
 
Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə 
görə - 
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və 
ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 
iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az 
ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən 
cinayət məsuliyyətinə səbəb olur. 
 
 
Maddə 158. Məişət zorakılığının qarşısının alınması haqqında  
 
 
     qanunvericiliyin pozulması 
 
158.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz 
məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun 
mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, 
gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə 
asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə 
yönəlmiş hərəkətlərə görə- 
yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 
158.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən 
digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi 
şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 


145 
 
158.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-
dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət 
göstərməsinə görə- 
otuz beş manatdan əlli manatadək məbləğdə cərimə edilir. 
Qeyd: 
1. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələrində “şəxs” 
dedikdə, “Məişət zorakılığının qarşısının alınması haqqında” 
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə 
tutulmuş şəxslər başa düşülür. 
2. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələri həmin 
maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə 
səbəb olmadıqda tətbiq edilir.   
 
Maddə 159. Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən 
boyun qaçırması 
 
Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı 
olan şəxsin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən 
sonra da müalicədən boyun qaçırmasına görə- 
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 160. Zöhrəvi xəstəliklərə və ya insanın 
immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin 
 
 
     müayinədən boyun qaçırması 
 
Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna 
yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin 


146 
 
səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da 
müayinədən boyun qaçırmasına görə- 
səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 161. Zöhrəvi xəstəliklərə və ya insanın 
immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi 
 
161.1. Zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma 
mənbəyinin, habelə onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə 
yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə- 
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. 
161.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxs 
tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, 
insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan 
şəxsin adının gizlədilməsinə görə- 
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 162. Qanın, qan komponentlərinin donorluğu və qan 
xidməti haqqında qanunvericiliyin pozulması 
 
162.1. Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi 
və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop 
maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın 
verilməməsinə görə- 
otuz manatdan qırx manatadək məbləğdə cərimə edilir. 
162.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan 
komponentlərinin götürülməsinə görə- 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə