Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə38/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   34   35   36   37   38   39   40   41   ...   98

155 
 
181.0.1. təhsilin hər hansı pilləsindən, səviyyəsindən və 
formasından şəxsin məhrum edilməsinə
181.0.2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri 
olmayan psixoloji zorakılığa yol verilməsinə; 
181.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, 
təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə 
cəlb edilməsinə; 
181.0.4. dövlət təhsil və elmi tədqiqat qrantlarının təhsil 
müəssisəsinin həmin qrantların verilmə məqsədlərinə uyğun 
gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsinə 
görə - 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat 
məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə 
edilir.   
 
Maddə 182. İnsanın immunçatışmazlığı virusuna yoluxması 
səbəbinə görə təhsil hüququnun pozulması 
 
İnsanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə 
şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər 
hansı formada məhdudlaşdırılmasına, o cümlədən onların təhsil 
müəssisələrinə qəbulundan imtina olunmasına və ya onların 
istənilən tədbirlərdə iştirakına məhdudiyyət qoyulmasına, yaxud 
təhsil müəssisəsindən xaric edilməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 183. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan 
şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və 
onlara sosial xidmət göstərilməsindən imtina edilməsi 
 


156 
 
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin sosial 
xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət 
göstərilməsindən imtina edilməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 184. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması 
 
184.1. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına, 
yəni: 
184.1.1. siyasi partiya tərəfindən dövlət orqanının və ya vəzifəli 
şəxsin fəaliyyətinə müdaxilə edilməsinə; 
184.1.2. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin siyasi 
partiyalar tərəfindən qəbul edilməsinə; 
184.1.3. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin 
siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının 
yaradılmasına və fəaliyyətinə; 
 184.1.4. ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya 
fəaliyyət göstərməyə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində 
və ya işində iştirak etməyə görə- 
fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min 
manatadək məbləğdə cərimə edilir. 
 184.2. Bu Məcəllənin 184.1-ci maddəsində nəzərdə tutulmuş 
xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh 
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə- 
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, 
vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, 
hüquqi şəxslər on beş min manatdan otuz min manatadək 
məbləğdə cərimə edilir.  


157 
 
 
Maddə 185. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması 
 
Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az 
miqdarda ziyan vurduqda-  
pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında 
(istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, 
avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə 
edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə 
edilir.  
Qeyd: Bu Məcəllənin 185-188-ci maddələrində “az miqdarda 
ziyan vurduqda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.   
 
Maddə 186. İnteqral sxem topologiyasından istifadəyə müstəsna 
hüququn pozulması 
 
Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral 
sxem topologiyasının orijinal olmayan hissəsinin çıxarılması istisna 
olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral 
sxemə daxil edilməsi yolu ilə və ya surətinin başqa şəkildə 
çıxarılmasına, habelə topologiyanın və ya həmin topologiyadan 
ibarət inteqral sxemin tətbiq edilməsinə, gətirilməsinə, satış üçün 
təklif edilməsinə, satılmasına, yaxud başqa formada təsərrüfat 
dövriyyəsinə daxil edilməsinə görə, bu az miqdarda ziyan 
vurduqda- 
səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 187. Folklor nümunələrindən istifadə tələblərinin 
pozulması 
 
Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu 
az miqdarda ziyan vurduqda- 


158 
 
folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə 
hazırlanmış (istehsal edilmiş) və yayılmış folklor obyekti nüsxələri 
(pirat nüsxələr) müsadirə edilməklə, fiziki şəxslər səksən manatdan 
yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan 
səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz 
manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 188. Məlumat toplularından qeyri-qanuni istifadə edilməsi 
 
Məlumat toplularından qeyri-qanuni istifadə edilməsinə görə, bu 
az miqdarda ziyan vurduqda- 
məlumat toplusunun pirat nüsxələri, həmçinin pirat nüsxələrin 
hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə 
olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər 
vasitələr müsadirə edilməklə, fiziki şəxslər səksən manatdan yüz əlli 
manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz 
manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min 
beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 189. Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və 
ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi 
 
189.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi 
vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən 
üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca 
yerinə yetirilməməsinə görə– 
xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək 
məbləğdə cərimə edilir.  
189.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər 
istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün 
şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə - 
valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində 
cərimə edilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə