Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə41/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   37   38   39   40   41   42   43   44   ...   98

167 
 
Kollektiv danışıqlar aparılması və ya kollektiv müqavilənin (sazişin) 
yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan 
məlumatların təqdim edilməməsinə görə- 
yeddi yüz əlli manat məbləğində cərimə edilir.   
 
 
 
 
Maddə 204. Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina 
etməyə məcbur etmə 
 
Şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu 
tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur 
etməyə görə- 
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 205. Seksual qısnamaya məruz qalmış işçiyə təzyiq 
göstərilməsi 
 
Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət 
etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına 
görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilirlər.   
 
 
FƏSİL 22 
 
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ 
DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR İNZİBATİ XƏTALAR 
 
 
Maddə 206. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop 


168 
 
maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak 
miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, 
daşınması və ya göndərilməsi 
 
Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin 
istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında 
hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya 
göndərilməsinə görə- 
üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, 
işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 
bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə 
inzibati həbs tətbiq edilir.  
Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, 
daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik 
vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu 
maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən 
azad edilir.   
 
 
Maddə 207. Narkotik vasitələrin, psixotrop maddələrin istehlakı 
və ya daşınması hallarının, həmçinin belə istehlak 
nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi 
məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmaq 
 
Narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya 
daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış 
sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi 
müayinədən boyun qaçırmağa görə- 
üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 208. Satış məqsədi olmadan tərkibində narkotik maddələr 
olan bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası 
 


169 
 
Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan 
bitkilərin şəxsi istehlak miqdarında əkilməsinə, yetişdirilməsinə və 
ya toplanılmasına görə- 
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 209. Tərkibində narkotik maddələr olan yabanı bitkilərin 
məhv edilməsi üzrə tədbirlər görülməməsi 
 
Yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə 
kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi 
şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq 
sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı 
bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə-  
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz 
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə 
edilir. 
                                                  
FƏSİL 23 
 
ƏHALİNİN SANİTARİYA-GİGİYENA VƏ SANİTARİYA-EPİDEMİOLOJİ 
SALAMATLIĞI QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
Maddə  210. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə 
və ya əczaçılıqla məşğul olma 
 
210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla 
məşğul olmağa görə- 
fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, 
vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, 
hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə 
cərimə edilir.  


170 
 
210.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq 
diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa 
görə- 
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.    
 
Maddə 211. Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin 
pozulması 
 
Müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və 
epidemiya əleyhinə rejimlərin pozulmasına görə- 
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 212. Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə 
riayət edilməməsi 
 
212.1. Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü 
maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və 
tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə- 
otuz manat məbləğində cərimə edilir.   
212.2. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək 
üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret 
çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının 
təmin edilməməsinə görə- 
vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min 
manat məbləğində cərimə edilir.   
 
Maddə 213. Körpələrin və erkən yaşlı uşaqların qidalanması 
haqqında qanunvericiliyin pozulması 
 
213.0. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında 
qanunvericiliyin pozulmasına, yəni: 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə