Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə39/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   35   36   37   38   39   40   41   42   ...   98

159 
 
189.3. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş 
əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb 
olduqda –  
altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir. 
189.4. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş 
əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr 
və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul 
olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş 
həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai 
təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı 
yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin 
törədilməsinə səbəb olduqda- 
altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir. 
 
Maddə 190. Valideynlərə kömək göstərməkdən qəsdən boyun 
qaçırma 
   
   
Yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan 
valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun 
qaçırmasına görə- 
xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 191. Əmək pensiyaları haqqında qanunvericiliyin 
pozulması 
 
191.1. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək 
pensiyasının ödənilməsi barədə qərarın “Əmək pensiyaları haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə 
qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina 
barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin 
göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina 


160 
 
barədə qərarın həmin Qanunda nəzərdə tutulan müddətdə müraciət 
edənə göndərilməməsinə görə- 
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 
191.2. Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək 
pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə 
və ödənilməsinin dayandırılmasına səbəb olan hallar barədə 
məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 192. Əmək qanunvericiliyinin pozulması 
 
192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə 
tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə 
minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin 
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- 
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli 
şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi 
şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə 
cərimə edilir. 
192.2. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin 
attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə- 
yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə 
edilir.  
192.3. İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 
edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı 
verilməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
192.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və 
ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar 
istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək 
məbləğdə cərimə edilir.  


161 
 
192.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək 
məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək 
məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın 
ödənilməməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə cərimə edilir.  
192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri 
pozularaq xitam verilməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə cərimə edilir.  
192.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən 
edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə- 
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə 
cərimə edilir.  
192.8. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb 
edilməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə 
cərimə edilir.  
192.9. İşəgötürən tərəfindən uşaqların onların həyatına, 
sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə 
cəlb edilməsinə görə- 
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, 
hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə 
cərimə edilir.  
192.10. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri
işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, 
insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə 
qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad 
etməyə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə cərimə edilir. 


162 
 
192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla 
əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək 
müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) 
olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına 
yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar 
istisna olmaqla) görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə cərimə edilir.  
Qeyd: Bu Məcəllənin 192.1-ci maddəsi həmin maddədə göstərilən 
əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq 
maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq 
edilir.   
 
Maddə 193. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) 
yerinə yetirməyə məcbur etmə 
 
Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə 
müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-
qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) 
yerinə yetirməyə məcbur etməyə görə- 
min manatdan iki min manatadək məbləğdə cərimə edilir.    
 
 
 
Maddə 194. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul 
etməmə 
 
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, 
sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial 
müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə 
müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, yaxud dövlət 
büdcəsinə vəsait köçürülməməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.   


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə