Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə47/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

191 
 
Maddə  253. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş 
ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə 
bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi 
 
253.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə 
yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, 
yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya 
sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa 
edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan 
ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə 
görə- 
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, 
vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.  
253.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin 
zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə- 
fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər dörd min manatdan yeddi min manatadək 
məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min 
manatadək məbləğdə cərimə edilir.  
253.3. Eyni inzibati xəta: 
253.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən 
yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan 
törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və 
ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş 
qaydada lazımi icazə olmadan kəsilməsinə görə- 
fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min 
manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min 
manatadək məbləğdə cərimə edilir; 
253.3.2. magistral avtomobil yollarının və dəmir yolunun 
mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə 
olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin 


192 
 
zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə- 
fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək 
məbləğdə cərimə edilir; 
 253.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su 
anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq 
sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya 
kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan 
kəsilməsinə görə- 
fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək 
məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min 
manatadək məbləğdə cərimə edilir; 
253.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş 
yaşıllıq ərazilərinin kadastrında olan hər bir ağacın və ya kol 
əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan 
kəsilməsinə görə- 
fiziki şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək 
məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min 
manatadək məbləğdə cərimə edilir.   
Qeyd: Bu Məcəllənin 253.3.1, 253.3.2, 253.3.3 və ya 253.3.4-cü 
maddələrinə əsasən bir neçə ağacın və ya kol əkililərinin 
zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə 
tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar 
inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq 
edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü 
maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə 
münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz. 


193 
 
 
Maddə 254. Meşəqırma biletində (orderində) və ya meşə biletində 
nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən 
istifadə 
 
Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə 
tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə 
görə- 
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 255. Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins 
tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq 
ehtiyatlarından istifadə qaydalarının pozulması 
 
Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin 
yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə 
qaydalarının pozulmasına görə- 
fiziki şəxslər beş yüz əlli manatdan səkkiz yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min 
manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz 
min manatadək məbləğdə cərimə edilir.   
 
 
Maddə  256. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq 
sahələrinin zədələnməsi və ya korlanması 
 
Meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin 
zədələnməsinə və ya korlanmasına görə- 
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək 


194 
 
məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  257. Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya 
mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, 
göbələk, giləmeyvə yığılması 
 
Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara 
otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və 
sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə 
yol verilən sahələrdə onların özbaşına yığılmasına görə- 
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 258. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin 
qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin 
tikilməsi və ya istifadəyə verilməsi 
 
Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan 
qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin 
tikilməsinə və ya istifadəyə verilməsinə görə- 
fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz 
manatadək məbləğdə, hüquqi şəxslər doqquz min manatdan on iki 
min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  259. Meşə fondu torpaqlarında meşəsuvarma 
şəbəkələrinin, drenaj sistemlərinin, yaxud yolların məhv edilməsi və 
ya korlanması 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə