Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə55/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

223 
 
əlli manat məbləğində cərimə edilir.  
301.2. Qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından 
zibil, yaxud başqa predmetlər atılmasına görə- 
otuz manat məbləğində cərimə edilir.   
 
Maddə 302. Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya 
daxili avadanlığının zədələnməsi 
 
Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili 
avadanlığının zədələnməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.  
 
Maddə  303. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və 
predmetlər aparma qaydalarının pozulması 
 
Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər 
aparma qaydalarının pozulmasına görə- 
xəbərdarlıq edilir və ya iyirmi manatdan otuz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 304. Dəmir yolu nəqliyyatında yüklərin qorunması 
qaydalarının pozulması 
 
304.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı 
vasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.  
304.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, 
plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, 
ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, dəmir yolu 
stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və 
yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların 
hasarlarını zədələməyə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.  


224 
 
 
Maddə 305. Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə 
siqaret çəkmə 
 
Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret 
çəkməyə görə- 
qırx manat məbləğində cərimə edilir.   
 
Maddə 306. Metropolitendən istifadə qaydalarının pozulması 
 
306.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, 
habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin 
obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət 
çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən 
stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” 
rabitəsindən istifadə etməyə görə- 
on beş manat məbləğində cərimə edilir. 
306.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə- 
iyirmi manat məbləğində cərimə edilir. 
306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə- 
otuz manat məbləğində cərimə edilir. 
306.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” 
açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində 
və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti 
zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini 
ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə 
kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, 
tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan 
çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki 
qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə- 
əlli manat məbləğində cərimə edilir. 
306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə 
elektrik işlədicilərini qoşmağa görə- 


225 
 
yetmiş manat məbləğində cərimə edilir. 
306.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən 
yaxın məsafədə hər hansı əşya yandırmağa görə- 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 307. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin 
təmin edilməsi qaydalarının pozulması 
 
307.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil 
olmasının və limandan çıxmasının, liman sularında gəmilərin 
hərəkəti və dayanması qaydalarının pozulmasına görə- 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat 
məbləğində cərimə edilir.   
307.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri 
görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl 
edilməməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.   
307.3. Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə 
dəniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya 
yanlış məlumatların elan edilməsinə  görə- 
üç yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 308. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin 
təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması 
 
308.1. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin 
təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə- 
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz 
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə 
edilir. 
308.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə- 
otuz manat məbləğində cərimə edilir.   
 


226 
 
Maddə  309. Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə 
qurğularının və avadanlığının zədələnməsi 
 
Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və 
avadanlığının zədələnməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 310. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması 
 
Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçırmağa, 
gəminin müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin 
birində qeydiyyata alınmasına və ya gəmi reyestlərinə daxil olan 
məlumatların dəyişdirilməsi barədə xəbər verilməməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 311. Kiçik həcmli gəmilərin istismar qaydalarının 
pozulması 
 
Müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik 
həcmli gəmilərdən, onların dayanması üçün bazalardan 
(qurğulardan) istifadə qaydalarının pozulmasına görə- 
yüz manat məbləğində cərimə edilir və ya kiçik həcmli gəmini 
idarə etmək hüququ altı aydan iki ilədək müddətə məhudlaşdırılır.    
 
Maddə  312. Limanlarda yükvurma, yükləri boşaltma və yığma 
qaydalarının pozulması 
 
Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının 
pozulmasına görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər iki yüz manat 
məbləğində cərimə edilir.   
 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə