Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə63/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   59   60   61   62   63   64   65   66   ...   98

253 
 
342.5.  Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və 
şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud 
konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın 
aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin 
istismarına görə -      
əlli manat məbləğində cərimə edilir. 
342.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu 
əldə saxlamaqla ondan istifadə etməsinə görə - 
əlli manat məbləğində cərimə edilir.  
342.7. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin 
olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya 
başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə 
nəqliyyat vasitələrini idarə etməyə görə- 
altmış manat məbləğində cərimə edilir.  
342.8. Bu Məcəllənin 342.1.1, 342.1.2, 342.1.4-342.1.6, 342.1.8, 
342.2.1-342.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən 
xəsarətinin yetirilməsinə görə- 
iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini 
idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.  
342.9. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi 
(çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat 
vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və 
tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin 
dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və 
ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik 
törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər 
texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə 
pozan səs siqnallarından istifadə edilməsinə görə - 
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın 
bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz 
manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.  


254 
 
Qeyd: Bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə 
tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli 
olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb 
edilmir. 
 
Maddə 343. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi 
müayinədən imtina 
 
343.1. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş 
hallarda  sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi 
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan 
şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini 
idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 
343.2. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə 
tutulmuş hallarda  sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün 
tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla, dörd yüz manatdan yeddi yüz manatadək 
məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən 
bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
343.3. Bu Məcəllənin 333.4 və 333.5-ci maddələrində nəzərdə 
tutulmuş hallarda  sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün 
tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla bir aydan üç ayadək müddətə inzibati həbs 
tətbiq olunur. 


255 
 
343.4. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş 
hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi 
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək 
müddətə inzibati həbs tətbiq olunur. 
343.5. Bu Məcəllənin 334.2-ci maddəsində nəzərdə tutulmuş 
hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi 
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
343.6. Bu Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulmuş 
hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi 
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına 
görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan 
iki ayadək müddətə inzibati həbs tətbiq olunur.   
343.7. Bu Məcəllənin 334.4 və 334.5-ci maddələrində nəzərdə 
tutulmuş hallarda  sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün 
tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ 
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə- 
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 
 
Maddə  344. Tibbi müayinədən keçməyən sürücülər tərəfindən 
nəqliyyat vasitələrinin idarə edilməsi 
 
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər 
tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə- 
otuz manat məbləğində cərimə edilir.   
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə