Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə65/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   61   62   63   64   65   66   67   68   ...   98

260 
 
352.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan 
almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların 
yerləşdirilməsinə; 
352.0.8. avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər 
istisna olunmaqla, torpağın şumlanmasına, çimin çıxarılmasına və 
qruntun götürülməsinə, oradakı otların biçilməsinə; 
352.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə
352.0.10. suvarma, sənaye, çirkab və kanalizasiya sularının 
avtomobil yoluna və yağış sularının avtomobil yolundan 
kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara 
axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına, 
avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol 
örtüyünün çirkləndirilməsinə; 
352.0.11. sərnişin daşımalarının marşrutlarının müvafiq icra 
hakimiyyəti orqanı ilə razılaşdırılmamasına görə; 
352.0.12. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin 
ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin 
küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri 
pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə 
avtomobili olmadan hərəkət etməsinə görə - 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
 
 
Maddə 353. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin 
icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən 
kütlə parametrlərinə dair tələblərin pozulması 
 
353.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) 
ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə 


261 
 
birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə 

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.  
353.2. Bu Məcəllənin 353.1-ci maddəsində nəzərdə tutulan hal 
istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) 
ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə 
birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə 

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.  
353.3. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan hal 
istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli 
və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki 
və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla 
yüklənməsinə görə - 
altı yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.  
353.4. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən 
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il 
ərzində təkrar törədilməsinə görə - 
fiziki şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan 
bir ilədək müddətə məhdudlaşdırılmaqla, min manatdan min iki yüz 
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz 
manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş 
yüz manatdan altı min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  354. Avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi 
qaydalarının pozulması 
 
354.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl 
etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və 


262 
 
mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının 
pozulmasına, yəni: 
354.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların 
yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və 
ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin 
piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə 
etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin 
təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət 
hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə 
əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına; 
354.0.2. geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə 
və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, 
avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata 
keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə; 
354.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla 
birləşmələrin və kəsişmələrin yaradılmasına; 
354.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların 
qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla 
kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və 
piyadaların hərəkətinə maneələr yaradılmasına; 
354.0.5. avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan 
nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların 
qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası 
Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının 
yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, 
reklam və digər məlumat qurğularının yerləşdirilməsinə; 
354.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, 
digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən 
qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının 
dərinləşdirilməsinə; 
354.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod 
sınaqlarının keçirilməsinə; 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə