Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə62/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   58   59   60   61   62   63   64   65   ...   98

250 
 
olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət 
qeydiyyatından keçirməməyə görə - 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat 
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 
340.2. Bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş 
kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, 
texnikanın  qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat 
nişanının verilməsi ilə əlaqədar texnikanın sahibindən 
qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, 
texnikanın qeydiyyata alınmasında və ya qeydiyyatdan 
çıxarılmasında, yaxud texniki baxışının keçirilməsində və ya texniki 
sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol 
verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina 
edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu 
sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə -  
yüz əlli manatdan  iki yüz manatadək məbləğdə cərimə edilir.  
Qeyd: Şəxs bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş 
texnikanı dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda 
texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə 
cəlb olunduqda 10 gün ərzində texnikanı dövlət qeydiyyatından və 
ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin 
əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb 
olunmur. 
 
Maddə  341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin 
nəqliyyat vasitəsi barəsində qanunsuz hərəkətlər 
 
Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə 
tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə 
edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına 
yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-    
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.  


251 
 
Qeyd: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə 
tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsinin 
qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə 
inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir. 
 
Maddə 342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat 
vasitələrinin istismarı qaydalarının pozulması 
 
342.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat 
vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: 
342.1.1. nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə 
yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa; 
342.1.2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra 
biləcək söhbətdə iştirak etməyə; 
342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində 
olmamasına; 
342.1.4. hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki 
söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə; 
342.1.5. su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat 
vasitələrinə qəsdən sıçradılmasına; 
342.1.6. nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol 
örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü 
materiallarının, kimyəvi maddələrin, tikinti və digər materialların 
axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət 
etməyə; 
342.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat 
nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına; 
342.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini 
dayandırmamasına; 
342.1.9. yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat 
vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin 
daşınması üçün və ya təbii fəlakət yerlərinə getmək üçün, yaxud 
qanunla nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda yükdaşıyan 


252 
 
nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının 
əməkdaşlarına təqdim edilməməsinə; 
342.1.10. beynəlxalq yük daşımaları həyata keçirən yük 
avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) 
olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş 
taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən 
taxoqramları doldurmadan idarə edilməsinə görə- 
qırx manat məbləğində cərimə edilir.  
342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat 
vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 
342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan 
və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat 
vasitəsinin istismarına; 
342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın 
quraşdırılmasına və ya dəyişdirilməsinə; 
342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar 
üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər 
düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin 
əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə
342.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə 
icazə verilməyən örtüklərin çəkilməsinə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.  
342.3. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat 
vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər 
pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə 
görə - 
beş yüz manat məbləğində cərimə edilir. 
342.4. Bu Məcəllənin 342.3-cü maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə - 
min manat məbləğində cərimə edilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə