Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə51/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   47   48   49   50   51   52   53   54   ...   98

207 
 
Maddə 277. Sənaye sahələrində partlayıcı materialların  
saxlanmasına,  işlədilməsinə və uçotuna dair qaydaların və 
normaların pozulması 
 
Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə partlayıcı 
materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların 
və normaların pozulmasına görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 
 
Maddə 278. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında 
qanunvericiliyin pozulması 
 
278.0. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında 
qanunvericiliyin pozulmasına, yəni:  
278.0.1. dövlət əhəmiyyətli xüsusi mühafizə olunan hidrotexniki 
qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında 
yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla) 
partlayış işlərinin aparılması və yeraltı təbii ehtiyatların istismarı, 
yaxud qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir 
göstərə bilən obyektlərin yerləşdirilməsinə və fəaliyyət 
göstərməsinə; 
278.0.2. hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və 
istismarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı 
təmiri, bərpası və konservasiyasından sonra qurğunun mülkiyyətçisi 
və ya istismarçısı tərəfindən hidrotexniki qurğunun təhlükəsizlik 
bəyannaməsinin tərtib edilməməsinə; 
278.0.3. hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı 
tərəfindən təhlükəsizlik bəyannaməsində düzgün olmayan 
məlumatların göstərilməsinə görə- 
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə
hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.    
 


208 
 
Maddə 279. Qaz, elektrik və istilik enerjisi sahəsində 
qanunvericiliyin tələblərinin pozulması 
 
 279.0. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin 
tələblərinin pozulmasına, yəni: 
 279.0.1. qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi 
xətlərində və boru kəmərlərində), avadanlıqlarında, qaza və enerjiyə 
qənaət sistemlərində texniki istismar qaydalarının pozulmasına, 
habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması 
üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə;  
 279.0.2. qaz, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və 
istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya 
vaxtında təqdim olunmamasına;  
 279.0.3. qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi 
xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və 
bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət 
energetika və qaz ekspertizasının həyata keçirilməsi tələblərinin 
pozulmasına, yaxud yanlış ekspert rəyinin verilməsinə;  
279.0.4. dövlət energetika və qaz ekspertizasının rəyi olmadan, 
müvafiq standartların tələblərinə cavab verməyən qaz, elektrik və ya 
istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), 
avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni 
texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə, onların 
istehsalata buraxılmasına və ya satışına;  
279.0.5. müəssisələrin, qaz, elektrik və ya istilik təsərrüfatlarının, 
şəbəkələrinin, qurğularının (elektrik verilişi xətlərinin və boru 
kəmərlərinin) və başqa obyektlərinin layihələndirilməsində, 
tikintisində, yenidən qurulmasında, istismara verilməsində qaza və 
enerjiyə qənaət üzrə müəyyən edilmiş tələblərin pozulmasına;  
279.0.6. qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və 
ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin 
pozulmasına;  


209 
 
279.0.7. qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz 
olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı 
bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş 
göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin 
dayandırılmasına görə- 
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.   
 
 
 
Maddə 280. Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin 
tələblərinin pozulmasının qarşısını almağa istehlakçı 
tərəfindən maneələr törədilməsi 
 
Enerji təchizatı müəssisəsinin və ya qaz paylayıcısının səlahiyyətli 
şəxsinin müvafiq olaraq qaz və ya elektrik enerjisi sahəsində 
qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi 
ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni 
tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr 
törədilməsinə görə- 
fiziki şəxslər iyirmi manat məbləğində, vəzifəli şəxslər əlli manat 
məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.  
 
Maddə 281. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin 
zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan 
elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulması 
 
281.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin 
zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin 
edilməsində fasiləyə səbəb olmasına görə- 


210 
 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə
vəzifəli şəxslər üç yüz əlli manatdan dörd yüz əlli manatadək 
məbləğdə cərimə edilir.  
281.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin 
mühafizəsi qaydalarının pozulmasına görə- 
fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək 
məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  282. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması 
və ya onlardan istifadə qaydalarının pozulması 
 
282.1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması 
nəticəsində az miqdarda ziyan vurulmasına görə - 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi 
şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə 
cərimə edilir. 
282.2. Təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə 
qaydalarının pozulmasına görə - 
fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli 
şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi 
şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə 
edilir. 
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan 
məbləğ başa düşülür.   
 
 
 
FƏSİL 27 
 
DAMAZLIQ, BAYTARLIQ-SANİTARİYA QAYDALARI ƏLEYHİNƏ OLAN 
İNZİBATİ XƏTALAR 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə