Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə49/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

199 
 
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, 
hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək 
məbləğdə cərimə edilir.  
 266.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, 
layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi 
normalarının və qaydalarının pozulmasına görə- 
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz 
manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min 
manatadək məbləğdə cərimə edilir. 
 266.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar 
yerlərə atılmasına görə- 
əlli manat məbləğində cərimə edilir. 
266.4. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati 
mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı 
“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə 
alınmamasına görə- 
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min 
manat məbləğində cərimə edilir. 
 
Maddə 267. Zərərli maddələrlə və ya bu maddələrin qarışıqları ilə 
aparılan əməliyyatları gəmi sənədlərində qeyd etmək 
vəzifələrinin yerinə yetirilməməsi 
 
İnsanların sağlamlığı üçün və ya dənizin canlı ehtiyatları üçün 
zərərli maddələrlə, yaxud tərkibində müəyyən edilmiş normalardan 
artıq bu cür maddələr olan qarışıqlarla aparılan əməliyyatların gəmi 
sənədlərində qeyd edilməsi barədə vəzifənin gəminin və ya digər 
üzən vasitənin kapitanı, komanda heyətinin başqa şəxsləri 
tərəfindən yerinə yetirilməməsinə və ya bu əməliyyatlar haqqında 
gəmi sənədlərində göstərilən şəxslər tərəfindən yanlış qeydlər 


200 
 
aparılmasına, yaxud belə sənədləri müvafiq vəzifəli şəxslərə təqdim 
etməkdən qanunsuz olaraq imtina edilməsinə görə- 
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 268. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin 
yerinə yetirilməməsi və ya pozulması 
 
268.0. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin 
yerinə yetirilməməsinə və ya pozulmasına, yəni: 
268.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya 
təhlükəsizliyinin təmin edilməməsinə; 
268.0.2. təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin 
təmin edilməməsinə; 
268.0.3. qida məhsulları istehsalı və istifadəsi zamanı radiasiya 
təhlükəsizliyinin təmin edilməməsinə; 
268.0.4. tibbi rentgen-radioloji prosedurlar keçirilən zaman 
əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməməsinə; 
268.0.5. radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin 
edilməməsinə görə- 
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min 
manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 269. Hidrometeorologiya fəaliyyəti haqqında 
qanunvericiliyin pozulması 
 
269.0. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin 
pozulmasına, yəni: 
269.0.1. hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki 
sənədlərin tələblərinə hidrometeorologiya və təbii mühitin 


201 
 
monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları 
tərəfindən əməl edilməməsinə; 
269.0.2. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə 
Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun 
materiallarının fondun sərəncamçılarının razılığı olmadan başqa 
şəxslərə verilməsinə və ya surətinin çıxarılmasına; 
269.0.3. hazırlanmış materialların bir nüsxəsinin 
hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların 
istehsalçıları tərəfindən, müəlliflik və mülkiyyət hüquqları 
saxlanılmaqla,  xidməti istifadə üçün hidrometeorologiya və təbii 
mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət 
məlumatlar fonduna verilməməsinə; 
269.0.4. ərazilərində hidrometeorologiya və təbii mühitin 
monitorinqi üzrə rəsədxanalar, stansiyalar və digər müşahidə 
məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin 
mülkiyyətçiləri və istifadəçiləri tərəfindən həmin məntəqələrin və 
ölçmə vasitələrinin toxunulmazlığının təmin edilməməsinə, onların 
korlanması və məhv edilməsi barədə müvafiq orqana məlumat 
verilməməsinə və ya məntəqələrdə hidrometeoroloji işlərin 
aparılması üçün lazımi şərait yaradılmamasına; 
269.0.5. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan 
müşahidə şəbəkələrinin köçürülməsinə, yerlərinin dəyişdirilməsinə, 
yenilərinin quraşdırılmasına va ya fəaliyyətinin dayandırılmasına; 
269.0.6. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan 
atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki 
komplekslərdən başqa məqsədlər üçün istifadə edilməsinə
269.0.7. hidrometeoroloji müşahidə şəbəkələrinin ətrafındakı 
mühafizə zonalarında hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul 
olunmasına görə- 
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, 
hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə 
cərimə edilir.   


202 
 
 
Maddə 270. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin 
pozulması 
 
270.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin 
pozulmasına, yəni:  
270.0.1. dövlət qeydiyyatına alınmamış və ya patenti alınmamış, 
yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya 
materiallarının və məlumatlarının, xüsusi təyinatlı geodeziya və 
kartoqrafiya avadanlığının və cihazlarının ticarət dövriyyəsinə daxil 
edilməsinə; 
270.0.2. dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü 
nişanların korlanmasına, yaxud məhv edilməsinə; 
270.0.3. dövlət geodeziya və kartoqrafiya xidməti orqanının 
razılığı olmadan dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü 
nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə məntəqə və 
nişanların yenidən qurulmasına, yaxud yeni məntəqə və nişanların 
quraşdırılmasına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 271. Sənaye və məişət tullantılarının qalaqlanması və 
yandırılması zamanı ətraf mühitin mühafizəsi 
tələblərinə əməl edilməməsi 
 
Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının 
pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin 
mühafizəsi tələblərinə əməl edilməməsinə görə- 
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə