Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə57/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   53   54   55   56   57   58   59   60   ...   98

231 
 
322.0.7. taksi minik avtomobilində, müntəzəm və ya qeyri-
müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və 
beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin, 
baqaj yerlərinin sayına və baqajın kütləsinə dair müəyyən olunmuş 
tələblərə riayət olunmamasına görə- 
qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 323. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması 
qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması 
 
323.1. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 
şamil edildiyi avtomobil daşımaları həyata keçirilərkən həmin 
qaydalarda nəzərdə tutulmuş qalaq (tökülən) yüklərin, tikinti 
materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka 
məmulatlarının daşınması şərtlərinin pozulmasına görə- 
qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.  
323.2. Əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə 
rəsmiləşdirilmədən daşınmasına görə- 
iyirmi manat məbləğində cərimə edilir. 
 
Maddə 324. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil 
nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin 
pozulması 
 
324.1. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə 
sərnişin və yük daşınmasına görə- 
yüz manat məbləğində cərimə edilir.  
324.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair 
xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə- 
əlli manat məbləğində cərimə edilir.   
 
 


232 
 
Maddə 325. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti 
ilə məşğul olma və pasportla müəyyən edilmiş müvafiq 
kateqoriyaya uyğun texnoloji prosesi pozma 
 
325.1. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə 
məşğul olmağa görə- 
min beş yüz manat məbləğində cərimə edilir.  
325.2. Avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq 
kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə- 
beş yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 326. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin 
yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin 
təşkil edilməməsi 
 
Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat 
vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin 
avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri 
tibbi müayinəsinin təşkil edilməməsinə görə - 
vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.    
 
 
 
FƏSİL 29 
 
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
Maddə  327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol 
hərəkəti qaydalarının pozulması 
 


233 
 
327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin 
işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat 
vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud 
araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış 
zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan 
ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol 
hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə 
tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat 
vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- 
qırx manat məbləğində cərimə edilir.  
327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi 
verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol 
nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət 
zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə 
qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat 
vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin 
sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 
və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola 
və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 
altmış manat məbləğində cərimə edilir.  
327.3. Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, 
yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat 
vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə- 
səksən manat məbləğində cərimə edilir. 
327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət 
istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi 
nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam 
olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək 
nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- 
yüz manat məbləğində cərimə edilir.  
327.5. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda 
texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət 
etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük 


234 
 
avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə 
dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə - 
yüz manat məbləğində cərimə edilir. 
327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi 
sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- 
yüz manat məbləğində cərimə edilir. 
327.7. Bu Məcəllənin 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 
331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən 
edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər 
tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - 
nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə 
məhdudlaşdırılır. 
327.8. Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində 
nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin 
sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - 
iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini 
idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 
Qeyd: 
1. Bu Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 
balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş 
xətalar 3 balla, 327.3-327.6, 328.4, 342.7 və 346.3-cü 
maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. 
2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin 
kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə 
tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat 
vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə 
edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi 
xətaya müvafiq bal təyin edilir. 
3. Bu Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş hallarda 
şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara 
aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi 
xətaya görə müəyyən edilmiş bal təyin edilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə