Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə54/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

219 
 
293.2. Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu 
yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə 
və digər işlərin görülməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.  
293.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya 
nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə 
görə- 
yüz əlli manat məbləğində cərimə edilir.  
293.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava 
gəmilərinin və onların avadanlığının zədələnməsinə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.  
293.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan 
başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin 
ərazisindən piyada və ya nəqliyyat vasitəsilə keçməyə görə- 
əlli manat məbləğində cərimə edilir.  
293.6. Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan 
Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə 
uçuşa görə- 
dörd yüz manat məbləğində cərimə edilir.  
 
Maddə 294. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış 
hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, 
baqajın) qanunsuz götürülməsi 
 
Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan, aviasiya 
qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər 
hansı hissəsinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) 
götürülməsinə görə- 
beş yüz manat məbləğində cərimə edilir.  
 
 
 
 


220 
 
 
Maddə 295. Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının 
pozulması 
 
295.1. Aeroportun ərazisində yerləşən müəssisə, idarə və 
təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin 
olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə- 
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min 
manat məbləğində cərimə edilir. 
295.2. Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin 
təhlükəsizliyinin təmin edilməməsinə görə- 
 vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min 
manat məbləğində cərimə edilir. 
295.3. Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava 
gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə- 
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir. 
295.4. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi 
qaydasının pozulmasına görə- 
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir. 
295.5. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni 
göstərişlərinə əməl etməməyə görə-  
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz 
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə 
edilir.   
 
Maddə 296. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli 
maddələr və predmetlər daşıma qaydalarının pozulması 
 
296.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşıma qaydalarının 
pozulmasına görə- 
fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.  


221 
 
296.2. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər 
daşıma qaydalarının pozulmasına görə- 
təhlükəli maddələr və predmetlər müsadirə edilməklə və ya 
edilməməklə, fiziki şəxslər iyirmi manatdan otuz manatadək 
məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək 
məbləğdə cərimə edilir.    
 
Maddə 297. Hava nəqliyyatında yüklərin qorunması qaydalarının 
pozulması 
 
297.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə, 
plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının, 
paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər 
üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.  
297.2. Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş 
konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə- 
iki yüz manat məbləğində cərimə edilir.  
   
Maddə  298. Hava gəmisində davranış qaydalarının pozulması 
 
298.1. Hava gəmisində intizamın qorunması, habelə hava 
gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın 
təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının (yaxud 
onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə 
yetirilməməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.  
298.2. Hava gəmisində kompyuter, foto və videoçəkiliş, elektrik 
(elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının 
pozulmasına görə- 
yüz manat məbləğində cərimə edilir.  
298.3. Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi 
məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin 


222 
 
edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına 
görə- 
iki yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 299. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə 
siqaret çəkmə 
 
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə 
görə- 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 300. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin 
təmin edilməsi qaydalarının pozulması 
 
300.1. Dəmir yolunun, qardan mühafizə çəpərlərinin və digər yol 
obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının 
zədələnməsinə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.  
300.2. Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş 
qabaritlərə əməl edilməməsinə görə- 
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz manat 
məbləğində cərimə edilir.  
300.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər 
qoyulmasına görə- 
iki yüz manat məbləğində cərimə edilir.  
 
 
Maddə 301. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə 
qaydalarının pozulması 
 
301.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara 
minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında 
getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə- 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə