Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə50/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   46   47   48   49   50   51   52   53   ...   98

203 
 
hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 272. Balıq və digər su bioresurslarının mühafizəsi və ov 
qaydalarının pozulması 
 
272.1. Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının 
pozulmasına görə- 
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın 
bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya 
müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz 
manatadək məbləğdə cərimə edilir.  
272.2. Balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı 
obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə - 
 fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, 
hüquqi şəxslər on iki min manatdan on beş min manatadək 
məbləğdə cərimə edilir. 
272.3. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə 
olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş 
müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov 
edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına 
görə- 
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın 
bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya 
müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə 
cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ 
məhdudlaşdırılır.   
 
Maddə 273. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının 
pozulması 
 


204 
 
273.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının 
pozulmasına, yəni: 
273.0.1. heyvanlar aləmi obyektlərindən istifadənin limitləri 
barədə tələblərin pozulmasına; 
273.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə 
yetirilməməsinə; 
273.0.3. heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və 
miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə 
yetirilməməsinə; 
273.0.4. qurumuş bitkilərin və ya onların qalıqlarının heyvanlar 
aləminin məskunlaşdığı yerlərdə özbaşına yandırılmasına; 
273.0.5. bitki mühafizəsi vasitələrinin, onların boy 
stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin 
(preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının 
pozulmasına; 
273.0.6. heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların 
istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif 
edilməsinə görə- 
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, 
hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək 
məbləğdə cərimə edilir.   
 
 
 
Maddə 274. Heyvanlarla rəhmsiz rəftar edilməsi 
 
Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf 
edilməsinə görə- 
beş yüz manat məbləğində cərimə edilir.  
 
Maddə 275. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin 
pozulması 


205 
 
   
   
275.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin 
pozulmasına, yəni: 
275.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf 
mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə 
dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən 
edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 
275.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya 
sair fəaliyyətin həyata keçirilməsinə; 
275.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə 
uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 
275.1.4. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi 
dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik 
sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata 
keçirilməsinə; 
275.1.5. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə 
nəzarətsiz artımının və yayılmasının qarşısını almaq üçün səmərəli 
tədbirlər hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən 
istifadə edilməsinə, onların çoxaldılmasına və ya yayılmasına; 
275.1.6. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi 
qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə; 
275.1.7. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və 
təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə 
edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən 
təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə; 
275.1.8. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası 
ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və 
ya istehsalına; 
275.1.9. müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş 
siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət 
tullantılarının, təkrar istifadə edilə bilməyən qeyri-toksik 
tullantıların, habelə istifadə və təkrar istifadə texnologiyası ekoloji 
təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;    


206 
 
275.1.10. bu Məcəllənin 275.1.1-275.1.9-cu maddələrində 
göstərilən xətaların törədilməsi ilə müşayiət olunan elmi-tədqiqat, 
iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə- 
fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək 
məbləğdə cərimə edilir. 
275.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən 
vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək 
məbləğdə cərimə edilir.   
 
 
FƏSİL 26 
 
SƏNAYE, ELEKTRİK VƏ İSTİLİK ENERJİSİNDƏN İSTİFADƏ QAYDALARI 
ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
Maddə 276. Sənaye sahələrində işlərin təhlükəsiz görülməsinə 
dair qaydaların və normaların pozulması 
 
276.1. Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə 
işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların 
pozulmasına görə - 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.    
276.2. Müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan 
obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların 
pozulmasına görə - 
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.    
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə