Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə46/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   42   43   44   45   46   47   48   49   ...   98

187 
 
şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 245. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi 
 
245.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından 
və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə 
etmək üçün məcburi tədbirlərin görülməməsinə görə- 
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə 
edilir.  
245.2. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin 
layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 246. Torpaqların dövlət uçotundan, qeydiyyatından 
gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların 
təhrif edilməsi 
 
Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və 
ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə 
görə- 
yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 247. Torpaq sahəsindən məqsədli təyinatına uyğun 
olmayan başqa məqsədlər üçün istifadə edilməsi 
 
247.1. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan 
başqa məqsədlər üçün istifadə edilməsinə görə - 


188 
 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə 
edilir. 
247.2. Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş 
xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə 
törədilməsinə görə - 
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min 
manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində 
cərimə edilir. 
 
Maddə 248. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına 
mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik 
zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin 
pozulması 
 
248.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına 
mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında 
olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni: 
248.1.1. həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti 
orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla 
bağlanılmasına; 
248.1.2. həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti 
orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla 
bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq 
Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün 
istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində 
su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə 
gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti 
konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət 
sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən 
az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına;  
248.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin 
edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı 


189 
 
olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin 
məhdudlaşdırılmasına görə - 
fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz 
min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində 
cərimə edilir. 
248.2. Bu Məcəllənin 248.1-ci maddəsində nəzərdə tutulmuş 
xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh 
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə - 
fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min 
manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində 
cərimə edilir. 
 
Maddə 249. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının 
pozulması 
 
Vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü 
və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində 
yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla 
torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 
voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu 
qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya 
sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil 
yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, 
habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti 
üçün ayrılmasına görə- 
iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 250. Mərz nişanlarının məhv edilməsi 
 
Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların 
hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə- 
yetmiş manatdan doxsan manatadək məbləğdə cərimə edilir.  


190 
 
 
Maddə 251. Torpaq sahələrində meteoroloji şəbəkələrin, ölçmə 
vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və 
torpaqların kateqoriyalarının dəyişdirilməsi 
 
251.1. Torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçmə 
vasitələrinin, geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına 
görə- 
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.  
251.2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət 
edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə- 
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir.  
251.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına 
görə- 
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.  
 
 
Maddə 252. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük 
edilib daşınması qaydasının pozulması 
 
Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib 
daşınması qaydasının pozulmasına görə- 
fiziki şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min yeddi yüz manatdan üç min altı yüz 
manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan 
səkkiz min manatadək məbləğdə cərimə edilir.   
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə