Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə43/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   39   40   41   42   43   44   45   46   ...   98

175 
 
və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış 
məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda 
törədildikdə- 
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə 
edilməklə onun dəyərinin səksən faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir. 
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, min manatadək olan 
məbləğ başa düşülür.   
 
Maddə 222. Ekoloji təmiz kənd təsərrüfatı haqqında 
qanunvericiliyin pozulması 
 
Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd 
təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və 
ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz 
kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan 
şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal 
edilmiş məhsullarla qarışdırılmasına və spesifikliyinin 
qorunmamasına görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat 
məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.   
 
Maddə 223. Rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi 
və idmanla məşğul olmağa cəlb etmə və idman yarışlarına 
buraxma 
 
Məktəbdənkənar təhsil müəssisələri və bədən tərbiyəsi-idman 
təşkilatları tərəfindən uşaq və gənclərin qanunvericiliyə uyğun 
olaraq verilmiş rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi 
və idmanla məşğul olmağa cəlb edilməsinə və ya idman yarışlarına 
buraxılmasına görə- 
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə 
edilir.  


176 
 
 
Maddə 224. Dopinq vasitələrindən və (və ya) metodlarından 
istifadə və ya istifadəni təbliğ etmə 
 
Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə və ya 
istifadəni təbliğ etməyə görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.    
 
Maddə 225. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq 
vasitələri əlavə etməklə onların saxtalaşdırılması, 
satılması, həmçinin dopinq vasitələrinin 
hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və 
metodları, onların əldə edilməsi mümkün olan yerlər 
haqqında məlumatların yayılması 
 
225.1. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq 
vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına və ya satılmasına 
görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə 
cərimə edilir.  
225.2. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, 
istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan 
yerlər haqqında məlumatların yayılmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması 
 


177 
 
Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər 
və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının 
pozulmasına görə - 
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.   
 
 
 
FƏSİL 24 
 
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
Maddə 227. Xırda talama 
 
Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq 
mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin 
əmlakını talamağa görə - 
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir və ya 
işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu 
tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə 
inzibati həbs tətbiq edilir.  
Qeyd: Talanmış əmlakın dəyəri otuz manatdan yuxarı olmadıqda, 
bu xırda talama hesab edilir.   
 
Maddə 228. Lisenziya və ya icazə olmadan yerin təkindən 
istifadə etmə 
 
Lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə 
tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə- 
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək 
məbləğdə cərimə edilir.   


178 
 
 
Maddə 229. Su obyektləri üzərində mülkiyyət hüququnun 
pozulması 
 
Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə  230. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə 
edilməsi 
 
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının 
Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi 
obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə 
edilməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
 
Maddə 231. Mədəni sərvətlərin qorunması üzrə tələblərin 
pozulması 
 
231.1. Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli 
mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən 
qanunsuz aparılmasına görə- 
fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç 
min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində 
cərimə edilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə