Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə42/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

171 
 
213.0.1. süni qida məhsullarının reklamında ana südünün 
üstünlüyünün qeyd olunmamasına;  
213.0.2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin 
müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan 
maliyyələşdirilməsinə; 
213.0.3. süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb 
işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada 
həvəsləndirilməsinə görə -  
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə
vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, 
hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə 
cərimə edilir.   
 
 
Maddə 214. Uşaqların icbari dispanserizasiyası haqqında 
qanunvericiliyin pozulması 
 
214.1. Uşağın qanuni nümayəndəsi tərəfindən dispanserizasiya ilə 
əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya 
həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə 
gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə 
tibb müəssisəsinə uşağın uçota alınması üçün bir ay müddətində 
müraciət edilməməsinə görə- 
xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir. 
214.2. Dispanserizasiya tədbirlərinin keçirilməsi ilə əlaqədar 
uşaqların illik tibbi baxışdan və zəruri müayinələrdən 
keçirilməməsinə, uşaqların sağlamlıq vəziyyətinin müəyyən 
edilməməsinə və qiymətləndirilməməsinə və ya hər uşaqla bağlı 
aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin registrinin 
aparılmamasına, yaxud uşaqlar arasında xəstəliklərin səbəbləri 
aşkar edildikdən sonra onların aradan qaldırılması üzrə sosial, 
sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı 


172 
 
tədbirlərin həyata keçirilməməsinə, yaxud xəstə və xəstələnmə riski 
olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməməsinə görə- 
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz əlli 
manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində 
cərimə edilir.   
 
Maddə 215. Sağlamlığın qorunması sahəsində vətəndaşların 
hüquqlarının pozulması 
 
215.1. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət 
tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti 
sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və 
xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, 
hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə 
cərimə edilir. 
215.2. Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, 
ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi tələb olunan şəxsləri bu 
yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə - 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə 
cərimə edilir. 
 
Maddə 216. Təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena 
və epidemiya əleyhinə rejimlərin pozulması 
 
Təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya 
əleyhinə rejimlərin pozulmasına görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  217. Nəqliyyatda sanitariya normalarının və qaydalarının, 
gigiyena normativlərinin pozulması 


173 
 
 
Qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının və 
qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına 
görə- 
yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 218. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də 
qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər 
xidmətlər göstərilərkən universal təhlükəsizlik 
tədbirlərinin pozulması 
 
Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər 
bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən 
universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə- 
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 219. Yaşayış məntəqələrinin və ya müəssisələrin, onların 
buraxılış komplekslərinin, binalarının, qurğularının 
layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, 
təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması 
zamanı sanitariya-epidemioloji salamatlığı təmin etməyə 
yönəldilmiş normaların, qaydaların və normativlərin 
pozulması 
 
Sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş 
normalara, qaydalara və normativlərə əməl etmədən, müvafiq icra 
hakimiyyəti orqanı ilə razılaşdırılmadan yaşayış məntəqələrinin və ya 
mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, onların 
buraxılış komplekslərinin, binalarının, qurğularının 


174 
 
layihələşdirilməsinə, tikilməsinə, yenidən qurulmasına, 
təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi 
şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə 
edilir.    
 
Maddə 220. Əhalinin qidalanmasının təşkilinə, yeyinti 
məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına 
dair sanitariya normalarının və qaydalarının, gigiyena 
normativlərinin pozulması 
 
220.1. Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, 
restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının 
təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların 
saxlanmasına və əhaliyə satılmasına dair sanitariya normalarının və 
qaydalarının, gigiyena normativlərinin pozulmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər 
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.  
220.2. Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və 
satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena 
normativlərinin pozulmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər 
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 221. Dərman vasitələrinin qanunsuz dövriyyəsi 
 
Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə 
cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, 
qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından 
keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə