Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə40/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   36   37   38   39   40   41   42   43   ...   98

163 
 
 
Maddə 195. Sosial müavinətlər haqqında qanunvericiliyin 
pozulması 
 
195.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial 
müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən 
edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından 
imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri 
göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən 
edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın 
səbəbləri göstərilməməklə verilməsinə görə- 
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.  
195.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən 
müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə 
müvafiq icra hakimiyyəti orqanlarına məlumatın verilməməsinə 
görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 196. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına 
üzvlük haqqı köçürməmə 
 
Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən 
həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından 
mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının 
tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin 
idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi 
hesabına köçürülməməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 197. Sosial xidmət haqqında qanunvericiliyin pozulması 
 


164 
 
197.1. Dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın 
qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün 
düzgün olmayan məlumatların verilməsinə görə- 
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. 
197.2. Dövlət tərəfindən sosial xidmət göstərilməsinin 
dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət 
göstərən subyektlərin məlumatlandırılmamasına görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. 
197.3. Sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya 
əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsinə və ya 
dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda, 
şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir. 
197.4. Sosial xidmət göstərilməsi və ya sosial xidmət 
göstərilməsindən imtina barədə qərar haqqında “Sosial xidmət 
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən 
olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın 
verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın 
səbəblərinin göstərilməməsinə  görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir. 
197.5. Sosial xidmət göstərilməsinin keyfiyyətini, həcmini və 
şərtlərini müəyyən edən tələblərin pozulmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə  198. Əməyin mühafizəsi qaydalarının pozulması 
 
198.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 


165 
 
198.0.1. əməyin mühafizəsi üzrə standartların, normaların və 
qaydaların tələblərinə əməl edilməməsinə; 
198.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin 
təhlükəsizliyinə riayət edilməməsinə; 
198.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena 
şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə 
uyğunlaşdırılmamasına; 
198.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika 
xidmətinin təşkil edilməməsinə; 
198.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə
198.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan 
çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi 
mühafizə vasitələrinin verilməməsinə; 
198.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə 
təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının 
təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə; 
198.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların 
daxil edilməməsinə; 
198.0.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların 
qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin 
nəticələri haqqında statistik hesabatın verilməməsinə; 
198.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin 
istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan 
istismar edilməsinə görə- 
min manatdan iki min manatadək məbləğdə cərimə edilir.   
 
 
Maddə 199. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin 
təmin edilməməsi 
 
İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz 
əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv 


166 
 
müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə 
görə- 
yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə 
edilir.    
 
Maddə 200. Əməyin mühafizəsi xidmətinin rəhbərinin və 
mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb  
     
edilməsi 
 
İşəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin rəhbərinin və 
mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə 
yetirilməsinə cəlb olunmasına görə- 
min iki yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 201. Kollektiv müqavilənin (sazişin) bağlanmasından 
əsassız olaraq imtina edilməsi 
 
Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq 
imtina edilməsinə görə- 
min beş yüz manat məbləğində cərimə edilir.    
 
Maddə 202. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və 
ya pozulması 
 
Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin 
işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına 
görə- 
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 203. Kollektiv danışıqlar aparılması və kollektiv 
müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata 
keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə