Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə48/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

195 
 
Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj 
sistemlərinin, yaxud yolların məhv edilməsinə və ya korlanmasına 
görə- 
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
 
 
Maddə  260. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların 
(sərhəd, kvartal və digər göstərici dirəklərin) məhv 
edilməsi və ya zədələnməsi 
 
Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, 
kvartal və digər göstərici dirəklərin) məhv edilməsinə və ya 
zədələnməsinə görə- 
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan altı min beş 
yüz manatadək məbləğdə cərimə edilir.    
 
Maddə  261. Meşə üçün faydalı faunanın məhv edilməsi 
 
Meşə üçün faydalı faunanın məhv edilməsinə görə- 
fiziki şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, 
hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  262. Su obyektlərindən və sudan istifadə qaydalarının 
pozulması 
   
    


196 
 
262.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni: 
262.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların 
özbaşına tikilməsinə; 
262.1.2. su obyektlərinin özbaşına tutulmasına; 
262.1.3. su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə 
müəyyən edilmiş şərtlərin pozulmasına görə - 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə 
cərimə edilir. 
262.2. Sudan özbaşına istifadə edilməsinə, yəni: 
262.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə; 
262.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə; 
262.2.3. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, 
küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız 
axıdılmasına görə - 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə 
edilir. 
262.3. Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun 
talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - 
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz 
manatadək məbləğdə cərimə edilir. 
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan 
məbləğ başa düşülür. 
 
 
Maddə 263. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin 
pozulmasının qarşısını almağa istehlakçı tərəfindən 
maneələr törədilməsi 


197 
 
 
Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su 
qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi 
ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni 
tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr 
törədilməsinə görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz 
manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində 
cərimə edilir. 
 
Maddə 264. Su obyektlərinin mühafizəsi qaydalarının pozulması 
 
264.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, 
yəni: 
264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və 
suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları 
olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar 
edilməsinə; 
264.0.2. su təsərrüfatı qurğularının və avadanlığının 
zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə; 
264.0.3. su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə 
bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş 
tələblərə riayət edilməməsinə; 
264.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına; 
264.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət 
uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət 
edilməməsinə; 
264.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini 
pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və 
başqa ziyanlı hallara səbəb olmasına; 
264.0.7. su çıxarmaq üçün quyu qazılması qaydalarının və 
texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su 
çıxarmaq üçün quyu qazılmasına   görə- 


198 
 
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli 
şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, 
hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 265. İçməli su mənbələrinin, sutəmizləyici qurğuların, su 
kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin 
və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması 
 
265.1. İçməli su mənbələrinin, sutəmizləyici qurğuların, su 
kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulmasına 
görə- 
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.  
265.2. İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət 
standartlarına uyğun gəlməməsinə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 266. İstehsalat və məişət tullantıları haqqında 
qanunvericiliyin pozulması 
 
266.1. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, 
müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su 
mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, 
çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud 
içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə 
olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı 
qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı 
işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı 
laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların 
basdırılmasına görə- 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə