Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə45/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   41   42   43   44   45   46   47   48   ...   98

183 
 
edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən
yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların 
rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan 
müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə 
görə- 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min 
manatadək məbləğdə cərimə edilir.  
237.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və 
tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, 
aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan 
istifadə edilməməsinə görə- 
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz 
manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi 
beş min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  238. Ətraf mühitə buraxılan tullantılarında müəyyən 
edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat 
vasitələrinin istehsalı, idxalı, istismara buraxılması 
 
238.1. Ətraf mühitə buraxılan tullantılarında çirkləndirici 
maddələrin yol verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın 
yol verilən səviyyələrinin müəyyən edilmiş normativlərə və 
standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istehsalına və ya 
idxalına görə- 
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz 
manatadək məbləğdə, hüquqi şəxslər on iki min beş yüz manatdan 
on beş min manatadək məbləğdə cərimə edilir.  
238.2. Ətraf mühitə buraxılan tullantılarında müəyyən edilmiş 
normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin 
istismara buraxılmasına görə- 


184 
 
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli 
şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 239. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və 
ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və 
hesabatının aparılmaması 
 
Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji 
cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə 
təsirinin uçotunun və hesabatının aparılmamasına görə- 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz 
manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan 
on min manatadək məbləğdə cərimə edilir. 
 
Maddə 240. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma 
qaydalarının pozulması 
 
Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartlar və texniki 
tələblər pozulmaqla məhsulların (məmulatların) hazırlanmasına, 
satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə, 
istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə 
yetirilməsinə görə- 
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli 
şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 241. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma 
qaydalarının pozulması 
 


185 
 
Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı 
olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin 
(xidmətlərin) yerinə yetirilməsinə görə- 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz 
manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min 
beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 242. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə 
qaydalarının pozulması 
 
Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, 
həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə- 
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 243. Yerin təkindən istifadə qaydalarının pozulması 
 
243.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni: 
243.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz 
aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə 
standartların (normaların, qaydaların) tələblərinin pozulmasına; 
243.0.2. yerin təkinin çirklənməsinə və faydalı qazıntı yatağının 
istismar üçün yararsız hala düşməsinə yol verilməsinə; 
243.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və 
bu məlumatların məxfiliyinin pozulmasına; 
243.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin 
aparılmasına; 
243.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə 
də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin 
toxunulmazlığının təmin edilməməsinə; 
243.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və 
geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə; 


186 
 
243.0.7. ləğv edilən və konservasiya olunan dağ qazmalarının və 
buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin 
edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində 
faydalı qazıntı yataqlarının, dağ qazmalarının və buruq quyularının 
qorunması tələblərinə əməl edilməməsinə; 
243.0.8. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış 
torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək 
istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə; 
243.0.9. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün 
maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin 
dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat 
verilməməsinə görə- 
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli 
şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə, hüquqi 
şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə 
edilir.    
 
Maddə 244. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi 
və korlanması 
 
244.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət 
tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə 
çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin 
orqanizmləri ilə yoluxdurulmasına görə- 
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min 
manatadək məbləğdə cərimə edilir.   
244.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının 
korlanmasına görə- 
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə