Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə53/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   49   50   51   52   53   54   55   56   ...   98

215 
 
288.0.4. ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə 
yol verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik 
preparatların istifadəsinə; 
288.0.5. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan 
Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna 
olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə 
istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, 
aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin 
istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə; 
288.0.6. istehsal mənşəyinə görə adlar verilən və yüksək 
keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə 
bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi 
maddələrin tətbiqinə yol verilməsinə; 
288.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların 
birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və 
bitkiçilik məhsullarının satılmasına; 
288.0.8. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm 
zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan 
digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin 
tətbiq edilməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir. 
 
Maddə 289. Baytarlıq haqqında qanunvericiliyin pozulması 
 
289.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni: 
289.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-
sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi 
ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə; 
289.0.2. heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-
sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına; 


216 
 
289.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi 
vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra 
hakimiyyəti orqanına məlumat verməməyə, habelə belə heyvanları 
təcrid etməməyə; 
289.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin 
tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud 
dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya 
əleyhinə dair qərarlarının pozulmasına və ya icra edilməməsinə 
görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir. 
 
Maddə 290. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması 
 
290.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının 
pozulmasına, yəni: 
290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə 
saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya 
yetişdirilməsinə; 
290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması 
şərtlərinin pozulmasına; 
290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi saydan artıq saxlanılmasına; 
290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız 
ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; 
290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik 
vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə 
etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə; 
290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına; 
290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün 
təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii 


217 
 
imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara 
preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq 
edilməsinə; 
290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev 
heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər 
qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun 
kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin 
çıxarılması) aparılmasına; 
290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev 
heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə- 
iki yüz manat məbləğində cərimə edilir.  
290.2. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş 
xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh 
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə- 
üç yüz manat məbləğində cərimə edilir.   
290.3. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş 
xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən 
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər 
vurulmasına görə- 
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.  
Qeyd: Bu Məcəllənin 290.3-cü maddəsi həmin maddədə göstərilən 
əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq 
maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq 
edilir.   
 
Maddə 291. Qırmızı kitaba daxil edilmiş heyvan və bitki növlərinin 
qorunması üzrə tələblərin pozulması 
 
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və 
xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında 
olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə- 


218 
 
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir. 
 
Maddə 292. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət 
qaydalarının pozulması 
 
292.1. Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, 
saxlanması, istifadəsi, dövlət uçotuna alınması, Azərbaycan 
Respublikasına gətirilməsi, onun hüdudlarından kənara 
göndərilməsi və ya aparılması qaydalarının pozulmasına görə- 
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min 
manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində 
cərimə edilir.  
292.2. Zooloji kolleksiyalarla ticarət qaydalarının pozulmasına 
görə- 
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat 
məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.    
 
 
 
FƏSİL 28 
 
HAVA, DƏNİZ, ÇAY, AVTOMOBİL, DƏMİR YOLU NƏQLİYYATINDA VƏ 
METROPOLİTENDƏ OLAN QAYDALAR ƏLEYHİNƏ İNZİBATİ XƏTALAR 
 
Maddə  293. Uçuş təhlükəsizliyi qaydalarının pozulması 
 
293.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul 
edilmiş işarələrə və ya nişanlı qurğulara oxşar hər hansı işarə və ya 
qurğu yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik 
məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün 
təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər 
qurulmasına görə- 
əlli manat məbləğində cərimə edilir.  


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə