Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə34/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   30   31   32   33   34   35   36   37   ...   98

138 
 
ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin 
şəxsin vəsatəti əsasında xitam verilir.   
 
Maddə 153. Fiziki şəxsə verilmiş xüsusi hüququn 
 
 
     məhdudlaşdırılması müddətinin hesablanması 
 
153.1. Fiziki şəxsə verilmiş xüsusi hüququn 
məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 
həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. 
153.2. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar 
qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi 
hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq 
edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində 
nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd 
bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl 
götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin 
müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. 
153.3. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun 
xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, 
xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu 
halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin 
itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. 
153.4. Xüsusi hüququn məhdudlaşdırılması müddəti 
qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq 
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması 
haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh 
növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. 


139 
 
153.5. Nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi 
aşağıdakı qaydada qaytarılır: 
153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən cox 
müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə 
etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 
153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha 
az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət 
bitdiyi gün. 
153.6. Nəqliyyat vasitəsini idarə etmək hüququ 
məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü 
maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara 
əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş 
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması 
müddətinin son günündən etibarən hesablanmağa başlayır.   
 
Maddə  154. İctimai işlər haqqında qərarın icrası 
 
154.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə 
haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin 
yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
ictimai yerlərdə icra məmuru icra edir. 
154.2. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul 
etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin 
yerinə yetirilməsinə cəlb olunur. 


140 
 
154.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati 
tənbeh tətbiq edilən şəxslərin qeydiyyatını aparır, onlara ictimai 
işlərin icrasının qayda və şərtlərini izah edir, müvafiq icra 
hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin 
siyahısını razılaşdırır, barəsində ictimai işlər növündə inzibati 
tənbeh tətbiq edilən şəxslərin davranışına nəzarət edir, onların 
işləmiş olduğu vaxtın uçotunu aparır. 
154.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili 
intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar 
üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən 
olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə, bu barədə 
icra məmuruna məlumat verməlidirlər. 
154.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai 
işlər növündə inzibati tənbehin icrasını dayandırmır. 
154.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə 
haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində 
nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə 
inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi 
qərarın icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə 
müraciət edə bilər. 
154.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla 
hesablanır. 
154.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə 
ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər 
növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü 
hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və 


141 
 
barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin 
əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş 
günlərində isə iki saatdan, barəsində ictimai işlər növündə inzibati 
tənbeh tətbiq edilən şəxsin razılığı ilə isə dörd saatdan çox ola 
bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru barəsində ictimai işlər 
növündə inzibati tənbeh tətbiq edilən şəxsə həftə ərzində müəyyən 
olunmuş vaxtdan az işləməyə icazə verir. 
154.9. İctimai işlər növündə inzibati tənbehin icrası zamanı 
işəgötürən, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün 
müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların 
işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə 
yetirməkdən boyun qaçırma halları barədə icra məmuruna məlumat 
verir. 
154.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi 
qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı 
barədə rəsmi xəbərdarlıq edir. 
154.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən 
boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində 
nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.   
 
Maddə 155. Azərbaycan Respublikasının hüdudlarından kənara  
 
 
     inzibati qaydada çıxarma haqqında qərarın icrası 
 
155.1. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə