Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə87/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   83   84   85   86   87   88   89   90   ...   98

346 
 
əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş 
yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 518. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya 
yerinə yetirilməməsi 
 
518.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və 
təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya 
digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın 
təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının 
tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz 
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, 
hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
518.2. Eyni hərəkətlərin yanğına qarşı xüsusi rejim şəraitində 
törədilməsinə görə- 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi 
şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə 
cərimə edilir.  
518.3. İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin 
ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, 
binaların və qurğuların tikintisi, yenidən qurulması, 
genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların 
istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların 
və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, 
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə 
cərimə edilir.    
 


347 
 
Maddə 519. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və 
xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması,  
saxlanılması və onların işlədilməsi qaydalarının pozulması 
 
519.0. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin 
sertifikatlaşdırılması, tədavülə buraxılması, saxlanılması və onların 
işlədilməsi qaydalarının pozulmasına, yəni: 
519.0.1. sertifikatlaşdırılması məcburi olan, lakin 
sertifikatlaşdırılmamış malların buraxılmasına, satılmasına, işlərin 
yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; 
519.0.2. yanğın təhlükəsizliyinə dair qüvvədə olan standartların 
tələblərinə uyğun gəlməyən malların xaricdən gətirilməsinə və ya 
satılmasına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə
vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir.    
 
Maddə 520. Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış 
yerlərdə, yaxud müəyyən edilmiş qaydanı pozmaqla 
odlu silahdan atəş açma 
 
Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya 
xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla 
odlu silahdan atəş açmağa görə- 
silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli 
manatdan yüz manatadək məbləğdə cərimə edilir.    
 
Maddə  521. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının 
pozulması 
        
Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, 
küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı 


348 
 
saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, 
musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, 
maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-
küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 522. Yetkinlik yaşına çatmayanın sərxoşluq vəziyyətinə  
gətirilməsi 
     
Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs 
tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsinə görə- 
altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir. 
 
Maddə  523. Avaralıqla məşğul olma 
 
523.1. Avaralıqla məşğul olmağa görə-  
vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı 
törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət 
sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, 
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya 
iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə 
və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından 
inzibati qaydada kənara çıxarılır.  
523.2. Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs 
tərəfindən avaralığa cəlb edilməsinə görə- 
əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin 
hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu 
tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək 
müddətə inzibati həbs tətbiq edilir.  
Qeyd: Bu maddədə “avaralıqla məşğul olan” dedikdə - müəyyən 
yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı 


349 
 
işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 
işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda 
oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.   
 
Maddə 524. Fahişəliklə məşğul olma 
 
Fahişəliklə məşğul olmağa görə- 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə  525. Qumar oyununda iştirak etmə 
 
Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə- 
oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya 
digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz 
manatadək məbləğdə cərimə edilir.  
Qeyd: 
1. Bu maddədə “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və 
sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-
müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. 
2. Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və 
idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.   
 
FƏSİL 39 
 
İDARƏÇİLİK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
Maddə  526. Məhkəməyə hörmətsizlik göstərilməsi 
 
Məhkəmə iclası zamanı şahidin, zərər çəkmiş şəxsin, iddiaçının, 
cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik 
edənin sərəncamına tabe olmamasına görə- 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə