Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə88/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   84   85   86   87   88   89   90   91   ...   98

350 
 
əlli manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 527. Məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin, 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatı üzrə 
tədbirlər görülməməsi 
 
Məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin, 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına vəzifəli şəxs 
tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun 
pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, 
yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab 
verilməməsinə görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 528. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə 
əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi 
       
528.1. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə 
əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə 
və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu 
müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən 
çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra 
edilməməsinə görə- 
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə 
edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti 
nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, 
vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək 
məbləğdə cərimə edilir. 
528.2. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun 
vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış 


351 
 
yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan 
məlumat təqdim edilməsinə görə-  
vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.  
528.3. Borclunun hesablarında tələbkarın tələblərinin təmin 
edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim 
olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair 
tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 529. İnzibati cərimə və ictimai işlər növündə inzibati 
tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi 
 
529.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların 
törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə 
növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın 
(vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay 
müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra 
edilməməsinə görə - 
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. 
529.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların 
törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə 
növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının 
qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla 
müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - 
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına 
görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin 
tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs 
tətbiq olunur. 
529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların 
törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq 


352 
 
etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay 
müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra 
edilməməsinə görə - 
nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək 
müddətə məhdudlaşdırılır. 
529.4. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən 
boyun qaçırmağa görə- 
üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 
Qeyd: 
1.
 
Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə 
tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə 
pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü 
maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə 
müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa 
gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta 
haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati 
məsuliyyətdən azad olunur. 
2. Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin 
çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 
2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 
2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati 
tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 
2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə 
gizlənmək.   
 
Maddə 530. Bilə-bilə yalan izahat və ya rəy vermə, yaxud yanlış 
tərcümə etmə 
 
İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər 
çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya 
ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-
bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların 


353 
 
qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə yanlış tərcüməsinə 
görə- 
iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə 
olunur.    
 
Maddə 531. İnzibati xətalar haqqında işlər üzrə sənədi qəbul 
etməkdən imtina və ya onu çatdırmama 
 
 531.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra 
hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin 
vəzifəli şəxslərinin bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişi 
və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri ünvan 
sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsinə görə- 
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.  
531.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişin və ya 
inzibati xətalar haqqında işlər üzrə digər sənədlərin barəsində 
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer 
üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, 
yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya 
sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq 
nəticəsində ünvan sahibinə çatdırılmamasına görə- 
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 532. Çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma, 
izahat, yaxud rəy verməkdən imtina etmə 
 
532.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şahidin, zərər 
çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya tərcüməçinin 
gəlməkdən qəsdən boyun qaçırmasına görə- 
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.  


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə