Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə96/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   90   91   92   93   94   95   96   97   98

382 
 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 588. Mülki silahın qeydiyyatı qaydalarının pozulması 
 
Mülki silahın qeydiyyatı qaydalarının pozulmasına görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.    
 
Maddə 589. Xidməti silahın saxlanması, gəzdirilməsi və ya təyinatı 
üzrə istifadə edilməsi qaydalarının pozulması 
 
Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək 
üçün gəzdirilməsi hüququ olan şəxslər tərəfindən xidməti silahın və 
ya onun döyüş sursatının saxlanması, gəzdirilməsi və ya təyinatı 
üzrə istifadə edilməsi qaydalarının pozulmasına görə- 
əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 590. Mülki silahın və ya döyüş sursatının saxlanılması, 
daşınması və ya satılması qaydalarının pozulması 
 
590.1. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış 
şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının 
saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına 
görə- 
silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli 
manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.  
 590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış 
şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının 
əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və 
ya satılmasına görə- 
silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz 
manatadək məbləğdə cərimə edilir.   


383 
 
 
 
 
 
Maddə 591. Mülki silahın və döyüş sursatının istehsalı, gətirilməsi
aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin 
keçirilməsi, göndərilməsi, istifadə edilməsi, götürülməsi 
və ya məhv edilməsi qaydalarının pozulması 
 
Mülki silahın istehsalının, gətirilməsinin, aparılmasının, idxalının, 
ixracının, kolleksiya edilməsinin, sərgisinin keçirilməsinin, 
göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və ya məhv 
edilməsinin qaydalarının pozulmasına görə- 
silah müsadirə edilməklə və ya edilməməklə səksən manatdan yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 592. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv 
edildikdən sonra vətəndaşların onu satmaqdan boyun 
qaçırması 
 
Mülki silahın əldə edilməsinə xüsusi icazə və ya odlu ov və ya 
idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi 
hüququnu təsdiq edən şəhadətnamə müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən ləğv edildikdə, silah sahibinin bu silahı satmaqdan boyun 
qaçırmasına görə- 
silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz 
manatadək məbləğdə cərimə edilir.    
 
Maddə 593. Möhürün (plombun) qəsdən zədələnməsi və ya 
qırılması 
 
Bu Məcəllənin 297.1, 304.2, 317.2 və 491.3-cü maddələrində 
nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs 


384 
 
tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və 
ya qırılmasına görə- 
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 594. İnzibati icraat haqqında qanunvericiliyin pozulması 
 
594.0. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni: 
594.0.1. inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin 
həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və 
azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların 
qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı 
hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl 
olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab 
edilərək, müvafiq qərarın qəbulundan imtina edilməsinə, yaxud 
fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə 
yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün 
olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə; 
594.0.2. inzibati orqan tərəfindən fiziki və ya hüquqi şəxsin 
müraciətinə əsasən ərizələrin və inzibati icraatla bağlı digər 
formulyarların (blankların) nümunələrinin ona verilməməsinə; 
594.0.3. inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsin 
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda 
nəzərdə tutulmuş hallarda inzibati icraatda iştirakına və özü-özünə 
etiraz etməməsinə və ya həmin qanuna əsasən iştirakına yol 
verilmədiyi hallarda ekspertin, mütəxəssisin və ya tərcüməçinin 
inzibati icraatda iştirakına; 
594.0.4. inzibati orqan tərəfindən ərizənin qəbul edildiyi gündən 
ən geci 3 gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi 
haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə, 
yaxud qanunda nəzərdə tutulmuş hallarda təkrar ərizənin 
yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul 
edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim 
etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət 


385 
 
və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması 
səbəbindən qəbulundan imtina edilməsinə, yaxud maraqlı şəxsdən 
qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər 
məlumatın tələb edilməsinə; 
594.0.5. inzibati aktın qəbul edilməsi, inzibati akta edilən 
düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması, 
dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə 
inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların 
nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın 
verilməməsinə; 
594.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən 
şəxslərin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında 
xəbərdar edilməməsinə; 
594.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və 
ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın 
qanunla müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və 
ya inzibati şikayətin və icraatla bağlı materialların 3 gün müddətində 
şikayət instansiyasına göndərilməməsinə görə- 
vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 595. İnzibati prosessual qanunvericiliyin pozulması 
 
595.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı 
çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, 
habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim 
edilməməsinə görə- 
vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.  
595.2. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında 
məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı 
şəxsin məhkəmə iclasına buraxılmamasına görə- 
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.    
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə