Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə92/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   88   89   90   91   92   93   94   95   ...   98

366 
 
556.3. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, 
obyektin, istehsal vasitəsinin əmək qanunvericiliyinə əməl 
olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən verilən sertifikat-pasportu olmadan 
istismara buraxılmasına görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək 
məbləğdə cərimə edilir.  
 
Maddə 557. Dövlət əmlakı və ondan istifadə barədə məlumatın, 
hesabatın verilməməsi 
 
557.1. Azərbaycan Respublikasında dövlət əmlakının registrinə 
daxil edilməli olan məlumatlarla bağlı sənədlərin qanunvericiliklə 
müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına 
təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə 
görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə 
cərimə edilir.  
557.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub 
saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə 
olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi 
və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə 
görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 558. Daşınmaz əmlakın dövlət reyestri haqqında 
qanunvericiliyin pozulması 
 
558.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün 
daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran 


367 
 
sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət 
orqanının digər dövlət orqanlarına ünvanlanan sorğularına vaxtında 
cavab verilməməsinə görə- 
vəzifəli şəxslər xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd 
yüz manatadək məbləğdə cərimə edilir.  
558.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra 
hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak 
barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə 
görə- 
xəbərdarlıq edilir və ya üç yüz əlli manatdan beş yüz manatadək 
məbləğdə cərimə edilir.  
558.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət 
orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların 
qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz 
əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün 
olmamasına və ya bu məlumatın verilməməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 559. İpoteka haqqında qanunvericiliyin pozulması 
 
İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri 
tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının 
dublikatında ipoteka kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı 
şəxsə zərər vurulmasına görə- 
beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 560. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi 
qaydalarının pozulması 
 
Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları 
pozmaqla icarəyə və ya istifadəyə verilməsinə görə- 


368 
 
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
 
 
 
Maddə 561. Obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa 
verilməsi və silinməsi qaydalarının pozulması 
 
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət 
müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin) 
balansdan-balansa verilməsinə və həmin orqanın rəyi olmadan 
silinməsinə görə- 
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 562. Doğumun qeydə alınması qaydasının pozulması 
 
562.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın 
müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya 
düzgün olmayan məlumatın ötürülməsinə görə- 
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə 
cərimə edilir.  
562.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və 
ya düzgün olmayan məlumatın ötürülməsinə görə- 
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə 
cərimə edilir. 
562.3. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun 
qeydə alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində 
müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə- 
xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir.   
 


369 
 
Maddə 563. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 
qanunvericiliyin pozulması 
 
  563.1. Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan 
keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma 
qaydalarına əməl etməməsinə görə- 
xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.  
563.2.  Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata 
almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün 
qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, 
habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  564. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri 
çağırma 
 
Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili 
yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə- 
yüz manat məbləğində cərimə edilir.  
 
 
 
Maddə  565. Şəxsiyyət vəsiqəsi olmadan yaşama 
 
Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan 
yaşamasına görə- 
xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.   
 
Maddə 566. Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət 
sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya 
daimi yaşamaq üçün sənədlərinin itirilməsi  
və ya qəsdən korlanması 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə