Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə89/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   85   86   87   88   89   90   91   92   ...   98

354 
 
532.2. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şəxslərin 
(şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin) izahat verməkdən, 
ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina 
etməsinə görə- 
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 533. Azərbaycan Respublikasında dövlət dilinin tətbiq 
olunmasına maneələr törədilməsi 
 
Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat 
aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət 
göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd 
edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq 
olunmasına maneələr törədilməsinə görə- 
fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək 
məbləğdə, hüquqi şəxslər on iki min manatdan on altı min 
manatadək məbləğdə cərimə edilir.  
 
Maddə  534. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi 
qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə 
nişanları olan hərbi və xüsusi geyim formalarını 
qanunsuz olaraq daşıma 
 
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və 
prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi 
geyim formalarını qanunsuz olaraq daşımağa görə- 
inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması 
müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə 
cərimə edilir.   
 


355 
 
Maddə  535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni 
tələbinə qəsdən tabe olmama 
 
535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə 
vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe 
olmamağa görə- 
fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin 
halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu 
tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə 
inzibati həbs tətbiq olunur.  
535.2. Hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra 
edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə- 
fiziki şəxslər yüz manat məbləğində cərimə edilir və ya işin halları 
və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin 
tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs 
tətbiq olunur.   
 
 
 
Maddə 536. Yanğın təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın 
və ya tələbnamənin yerinə yetirilməməsi 
 
536.1. Yanğın təhlükəsizliyi standartlarının, normalarının və 
qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın 
təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının 
tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, 
buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin 
(xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin 
yerinə yetirilməməsinə görə- 
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir. 


356 
 
536.2. Ərazilərin, bina və qurğuların layihələşdirilməsində, 
tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, 
genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında yanğın 
təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi aşkar olunduqda, 
ərazilərin, istehsal sahələrinin, aqreqatların işinin, binaların, 
qurğuların istismarının tamamilə və ya qismən dayandırılması 
barədə verilmiş qərarların icra edilməməsinə görə- 
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir. 
 
Maddə 537. Dövlət standartlarının tələblərinə riayət edilməsinə 
dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini 
həyata keçirən müvafiq icra hakimiyyəti orqanının  
göstərişlərinin yerinə yetirilməməsi 
 
537.1. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət 
nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq 
icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun 
yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik 
törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama 
yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin 
yerinə yetirilməməsinə görə- 
fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir. 
537.2. Məhsulların satılmasının (tədarükünün, göndərilməsinin), 
işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin 
dayandırılması və ya qadağan edilməsi haqqında dövlət 
standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə 
dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti 
orqanının yazılı tələbnamələrinin və qərarlarının yerinə 
yetirilməməsinə görə- 


357 
 
dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.   
 
 
 
 
 
Maddə 538. Ölçmələrin vəhdətinin təmin edilməsi tələblərinin  
pozulması 
 
538.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət 
tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş 
və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə 
edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş 
ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə - 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir. 
538.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət 
tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulan 
standart nümunənin və ya ölçmə vasitəsinin tipi təsdiq olunmadan 
və (və ya) ölçmə vasitəsinin ilkin yoxlamadan keçmədən tədavülə 
buraxılmasına görə - 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə 
cərimə edilir. 
538.3. Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif 
olunmasına səbəb ola bilən icazəsiz sazlanmasına və (və ya) ölçmə 
vasitələrinə müdaxilə edilməsinə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə