Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə91/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   87   88   89   90   91   92   93   94   ...   98

362 
 
müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma 
 
548.1. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların 
keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama 
yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin 
qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan 
göstərişlərinin yerinə yetirilməməsinə görə- 
vəzifəli şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək 
məbləğdə cərimə edilir.  
548.2. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin həyata keçirilməsi 
üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə qiymətli 
kağızlar bazarının iştirakçıları tərəfindən təqdim edilməməsinə və ya 
təhrif olunmuş məlumatın verilməsinə görə- 
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 549. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata 
keçirən orqanın fəaliyyətinə mane olma 
 
549.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən 
orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik 
törədilməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir. 
549.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən 
orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin 
vaxtında təqdim edilməməsinə görə- 
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir.   


363 
 
 
Maddə 550. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsini 
yerinə yetirməsinə mane olma 
 
Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti 
orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane 
olmağa görə- 
xəbərdarlıq edilir və ya iki yüz manatdan üç yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 551. İxrac nəzarətini həyata keçirən orqanların fəaliyyətinə 
mane olma 
 
551.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli 
fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata 
keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və ya sonra 
yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud 
yoxlayıcıların yoxlama yerinə buraxılmamasına görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir. 
551.2. İxrac nəzarəti məsələlərinə aid sənəd və məlumatların ixrac 
nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan orqanlara 
verilməməsinə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 552. Avtomobil nəqliyyatı sahəsində müvafiq icra 
hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin 
yerinə yetirilməsinə mane olma 
 


364 
 
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən 
şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının 
xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən 
qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim 
edilməməsinə görə- 
əlli manat məbləğində cərimə edilir.  
 
Maddə 553. Torpaqların dövlət ehtiyacları üçün alınması 
səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata 
keçirilməsinə mane olma 
 
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” 
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq alınan 
torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə 
bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı 
şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olmağa görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat 
məbləğində cərimə edilir.   
 
Maddə 554. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə 
müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinə mane olma 
 
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin 
(ombudsmanın) qanuni fəaliyyətini məhdudlaşdırma və ya 
fəaliyyətinə müdaxilə etməyə görə- 
üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 
 
Maddə  555. İstehsalatda baş verən bədbəxt hadisələrin 
araşdırılması və uçota alınması qaydalarının pozulması 
 
555.1. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması 
üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək 
qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən 


365 
 
müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın 
verilməməsinə görə- 
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.  
555.2. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra 
işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib 
edilməməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.   
555.3. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən 
tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq 
akt tərtib etməkdən boyun qaçırılmasına görə- 
min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 556. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və 
istismarı zamanı əməyin mühafizəsi tələblərinin pozulması 
       
556.1. Əməyin qüvvədə olan mühafizəsi standartlarının, 
qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə 
uyğun gəlməyən istehsalat binalarının və qurğularının 
layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına və ya 
istehsalat vasitələrinin hazırlanmasına, buraxılmasına, 
texnologiyaların tətbiqinə yol verilməsinə görə- 
vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək 
məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz 
manatadək məbləğdə cərimə edilir.  
556.2. İnsanın sağlamlığına olan təsirini müəyyənləşdirmək 
məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi 
bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş 
zərərli maddələrin, xammalın, materialların tətbiqinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək 
məbləğdə cərimə edilir.  


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə