Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə44/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   40   41   42   43   44   45   46   47   ...   98

179 
 
231.2. Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin 
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, 
məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa 
yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə- 
fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç 
min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində 
cərimə edilir. 
231.3. Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət 
abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının 
Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması 
və istifadəsi üzrə tələblərin pozulmasına görə- 
xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək 
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə cərimə edilir. 
231.4. Bu Məcəllənin 231.3-cü maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə- 
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz 
manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə 
edilir. 
Qeyd: Bu Məcəllənin 231.1-231.3-cü maddələri, həmin 
maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq 
edilir.   
 
Maddə  232. Təsərrüfat əkinlərinin korlanması 
 
Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və 
ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya 
digər üsullarla onların korlanmasına görə- 
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.   


180 
 
 
 
FƏSİL 25 
 
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ, TƏBİƏTDƏN İSTİFADƏ VƏ EKOLOJİ 
TƏHLÜKƏSİZLİK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
Maddə 233. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli 
maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin 
hədlərinin yol verilə bilən normativlərdən artıq olması 
 
233.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli 
maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına 
görə- 
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək 
məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş 
yüz manatadək məbləğdə cərimə edilir.  
233.2. Ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit 
sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli 
fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin 
pozulmasına görə- 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz 
manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min 
beş yüz manatadək məbləğdə cərimə edilir.    
 
Maddə 234. Atmosfer havasının mühafizəsi sahəsində 
qanunvericiliyin pozulması 
 
234.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin 
pozulmasına, yəni: 
234.0.1. müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi 
olmadan atmosfer havasına zərərli maddələrin atılmasına; 


181 
 
234.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və 
zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış 
qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının 
pozulmasına; 
234.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin 
tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və 
avadanlığın istismara verilməsinə; 
234.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə 
müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına 
zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin 
olunmanı nəzərə almayan kəşflərin, ixtiraların, səmərələşdirici 
təkliflərin, yeni texniki sistemlərin, maddələrin tətbiq edilməsinə, 
yaxud bu cür texnoloji avadanlığın idxal edilməsinə; 
234.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, 
bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, 
mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, 
tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının 
çirklənməsinə; 
234.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə 
atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl 
edilməməsinə görə- 
fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək 
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 235. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin 
pozulması 
   
   
235.1. Radioaktiv maddələrin daşınmasının, basdırılmasının, nəql 
edilməsinin və ya istehsalının müəyyən edilmiş qaydalarının 
gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının 
alınması və aradan qaldırılması üzrə tədbirlər görülməməsinə görə- 


182 
 
fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz 
manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan on 
səkkiz min manatadək məbləğdə cərimə edilir.  
235.2. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə, bu 
barədə müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə- 
fiziki şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər üç min manatdan üç min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 236. Müəssisələrin, qurğuların və başqa obyektlərin 
tikintisinə  və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması 
 
236.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və 
yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə 
riayət olunmamasına görə- 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min 
manatadək məbləğdə cərimə edilir.  
236.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii 
resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması 
və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı tədbirlər 
görülməməsinə görə- 
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək 
məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 237. Müəssisələr, qurğular və başqa obyektlər istismara 
verildikdə və ya istismar müddətində ekoloji tələblərin 
pozulması 
 
237.1. Yol verilə bilən son hədlərin normativləri səviyyəsində 
zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə