Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə52/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   48   49   50   51   52   53   54   55   ...   98

211 
 
 
 
Maddə 283. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin 
pozulması 
   
   
283.0. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin 
pozulmasına, yəni:  
283.0.1. dövlət standartlarına uyğun gəlməyən və zootexniki 
tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına; 
283.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə uyğun 
gəlməyən damazlıq törədici heyvanlardan istifadə edilməsinə; 
283.0.3. damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı 
onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud 
damazlıq ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə 
yol verilməsinə; 
283.0.4. uçot-hesabat sənədlərində düzgün olmayan 
məlumatların göstərilməsinə; 
283.0.5. cinslərin rayonlaşmasına əməl edilməməsinə; 
283.0.6. yerli heyvan genofonduna ziyan vurulmasına görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir. 
 
Maddə 284.  Atçılıq haqqında qanunvericiliyin pozulması 
 
284.1. Müvafiq icra hakimiyyəti orqanının atçılıq sahəsində 
göstərişlərinin yerinə yetirilməməsinə görə- 
fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli 
şəxslər əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.  
284.2. Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi 
qaydalarının pozulmasına görə- 
vəzifəli şəxslər səksən manatdan yüz manatadək məbləğdə cərimə 
edilirlər. 


212 
 
284.3. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at 
cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir. 
 
Maddə  285. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının 
pozulması 
 
285.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının 
pozulmasına, yəni: 
285.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə 
qeydiyyatda olan addan fərqli ad verilməsinə; 
285.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə 
bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adının 
verilməsinə; 
285.0.3. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən 
istifadə edilməsinə; 
285.0.4. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına; 
285.0.5. dövlət reyestrində, ərizədə, ekspertiza və ya sınaq 
sənədlərində yanlış qeydlər aparılmasına görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə 
edilir. 
 
Maddə 286. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və 
səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması 
 
286.1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və 
səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni: 


213 
 
286.1.1. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni 
brend bitkilərin areallarında başqa növ bitki nümunələrinin 
istehsalçılarına dövlət vəsaiti hesabına yardım göstərilməsinə; 
286.1.2. mədəni bitkilərin genetik ehtiyatlarının milli 
kolleksiyalarının mühafizəsi qaydalarının pozulmasına; 
286.1.3. Azərbaycan Respublikasının Milli Genbankının 
davamlılığına mane olan hərəkətlərə, yəni soyuducu kameraların 
motorlarının, quruducu aparatların elektrik təchizatının 
dayandırılmasına (kəsilməsinə), yanğın törədə biləcək tezalışan 
maddələrin Azərbaycan Respublikasının Milli Genbankının ərazisinə 
gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına; 
286.1.4. Azərbaycan Respublikasında aqroekosistemlər üçün 
potensial əhəmiyyətə malik olan nadir və nəsli kəsilməkdə olan bitki 
növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə 
ziyan vuran fəaliyyətə, yəni arealları təyin edilmiş və mühafizəyə 
cəlb edilən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qanunsuz 
toplanmasına, onların yerləşdiyi ərazilərdə mal-qaranın 
otarılmasına, həmin ərazilərin yandırılmasına görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir. 
286.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri 
istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik 
materiallarının rayonlaşdırılmasına və dövlət reyestrinə daxil 
edilməsinə görə- 
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər on min 
manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində 
cərimə edilir.   
 
Maddə  287. Toxumçuluq haqqında qanunvericiliyin pozulması 
 
287.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni: 


214 
 
287.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına 
uyğun gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və 
satılmasına; 
287.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq 
sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların idxalına, 
ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə; 
287.0.3. toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi 
qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin 
bilərəkdən təhrif olunmasına; 
287.0.4. patent sahibi ilə lisenziya müqaviləsi bağlamadan bitki 
sortlarının toxumlarından istifadə edilməsinə; 
287.0.5. toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərində 
düzgün olmayan məlumatların göstərilməsinə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə 
edilir. 
 
Maddə 288. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin 
pozulması 
   
   
288.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin 
pozulmasına, yəni: 
288.0.1. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik 
texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda 
və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin 
saxlanmasına, satışına və tətbiq edilməsinə; 
288.0.2. karantin nəzarətində olan materialların xüsusi təyin 
edilmiş yerlərdən kənarda zərərsizləşdirilməsinə; 
288.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas 
bitkilərin həmin ərazidə yenidən əkilməsinə, habelə karantin 
nəzarətində olan bitkilərin və bitki mənşəli digər məhsulların 
karantin zonasından çıxarılmasına; 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə