207
Maddə 277. Sənaye sahələrində partlayıcı materialların
saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və
normaların pozulması
Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə partlayıcı
materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların
və normaların pozulmasına görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 278. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında
qanunvericiliyin pozulması
278.0. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında
qanunvericiliyin pozulmasına, yəni:
278.0.1. dövlət əhəmiyyətli xüsusi mühafizə olunan hidrotexniki
qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında
yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla)
partlayış işlərinin aparılması və yeraltı təbii ehtiyatların istismarı,
yaxud qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir
göstərə bilən obyektlərin yerləşdirilməsinə və fəaliyyət
göstərməsinə;
278.0.2. hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və
istismarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı
təmiri, bərpası və konservasiyasından sonra qurğunun mülkiyyətçisi
və ya istismarçısı tərəfindən hidrotexniki qurğunun təhlükəsizlik
bəyannaməsinin tərtib edilməməsinə;
278.0.3. hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı
tərəfindən təhlükəsizlik bəyannaməsində düzgün olmayan
məlumatların göstərilməsinə görə-
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
208
Maddə 279. Qaz, elektrik və istilik enerjisi sahəsində
qanunvericiliyin tələblərinin pozulması
279.0. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin
tələblərinin pozulmasına, yəni:
279.0.1. qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi
xətlərində və boru kəmərlərində), avadanlıqlarında, qaza və enerjiyə
qənaət sistemlərində texniki istismar qaydalarının pozulmasına,
habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması
üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə;
279.0.2. qaz, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və
istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya
vaxtında təqdim olunmamasına;
279.0.3. qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi
xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və
bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət
energetika və qaz ekspertizasının həyata keçirilməsi tələblərinin
pozulmasına, yaxud yanlış ekspert rəyinin verilməsinə;
279.0.4. dövlət energetika və qaz ekspertizasının rəyi olmadan,
müvafiq standartların tələblərinə cavab verməyən qaz, elektrik və ya
istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin),
avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni
texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə, onların
istehsalata buraxılmasına və ya satışına;
279.0.5. müəssisələrin, qaz, elektrik və ya istilik təsərrüfatlarının,
şəbəkələrinin, qurğularının (elektrik verilişi xətlərinin və boru
kəmərlərinin) və başqa obyektlərinin layihələndirilməsində,
tikintisində, yenidən qurulmasında, istismara verilməsində qaza və
enerjiyə qənaət üzrə müəyyən edilmiş tələblərin pozulmasına;
279.0.6. qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və
ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin
pozulmasına;
209
279.0.7. qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz
olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı
bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş
göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin
dayandırılmasına görə-
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 280. Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin
tələblərinin pozulmasının qarşısını almağa istehlakçı
tərəfindən maneələr törədilməsi
Enerji təchizatı müəssisəsinin və ya qaz paylayıcısının səlahiyyətli
şəxsinin müvafiq olaraq qaz və ya elektrik enerjisi sahəsində
qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi
ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni
tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr
törədilməsinə görə-
fiziki şəxslər iyirmi manat məbləğində, vəzifəli şəxslər əlli manat
məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.
Maddə 281. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin
zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan
elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulması
281.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin
zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin
edilməsində fasiləyə səbəb olmasına görə-
210
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz əlli manatdan dörd yüz əlli manatadək
məbləğdə cərimə edilir.
281.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin
mühafizəsi qaydalarının pozulmasına görə-
fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək
məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 282. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması
və ya onlardan istifadə qaydalarının pozulması
282.1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması
nəticəsində az miqdarda ziyan vurulmasına görə -
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi
şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
282.2. Təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə
qaydalarının pozulmasına görə -
fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli
şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi
şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan
məbləğ başa düşülür.
FƏSİL 27
DAMAZLIQ, BAYTARLIQ-SANİTARİYA QAYDALARI ƏLEYHİNƏ OLAN
İNZİBATİ XƏTALAR
Dostları ilə paylaş: |