199
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək
məbləğdə cərimə edilir.
266.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi,
layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi
normalarının və qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min
manatadək məbləğdə cərimə edilir.
266.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar
yerlərə atılmasına görə-
əlli manat məbləğində cərimə edilir.
266.4. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati
mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı
“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə
alınmamasına görə-
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min
manat məbləğində cərimə edilir.
Maddə 267. Zərərli maddələrlə və ya bu maddələrin qarışıqları ilə
aparılan əməliyyatları gəmi sənədlərində qeyd etmək
vəzifələrinin yerinə yetirilməməsi
İnsanların sağlamlığı üçün və ya dənizin canlı ehtiyatları üçün
zərərli maddələrlə, yaxud tərkibində müəyyən edilmiş normalardan
artıq bu cür maddələr olan qarışıqlarla aparılan əməliyyatların gəmi
sənədlərində qeyd edilməsi barədə vəzifənin gəminin və ya digər
üzən vasitənin kapitanı, komanda heyətinin başqa şəxsləri
tərəfindən yerinə yetirilməməsinə və ya bu əməliyyatlar haqqında
gəmi sənədlərində göstərilən şəxslər tərəfindən yanlış qeydlər
200
aparılmasına, yaxud belə sənədləri müvafiq vəzifəli şəxslərə təqdim
etməkdən qanunsuz olaraq imtina edilməsinə görə-
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 268. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin
yerinə yetirilməməsi və ya pozulması
268.0. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin
yerinə yetirilməməsinə və ya pozulmasına, yəni:
268.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya
təhlükəsizliyinin təmin edilməməsinə;
268.0.2. təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin
təmin edilməməsinə;
268.0.3. qida məhsulları istehsalı və istifadəsi zamanı radiasiya
təhlükəsizliyinin təmin edilməməsinə;
268.0.4. tibbi rentgen-radioloji prosedurlar keçirilən zaman
əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;
268.0.5. radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin
edilməməsinə görə-
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min
manatadək məbləğdə cərimə edilir.
Maddə 269. Hidrometeorologiya fəaliyyəti haqqında
qanunvericiliyin pozulması
269.0. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin
pozulmasına, yəni:
269.0.1. hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki
sənədlərin tələblərinə hidrometeorologiya və təbii mühitin
201
monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları
tərəfindən əməl edilməməsinə;
269.0.2. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə
Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun
materiallarının fondun sərəncamçılarının razılığı olmadan başqa
şəxslərə verilməsinə və ya surətinin çıxarılmasına;
269.0.3. hazırlanmış materialların bir nüsxəsinin
hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların
istehsalçıları tərəfindən, müəlliflik və mülkiyyət hüquqları
saxlanılmaqla, xidməti istifadə üçün hidrometeorologiya və təbii
mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət
məlumatlar fonduna verilməməsinə;
269.0.4. ərazilərində hidrometeorologiya və təbii mühitin
monitorinqi üzrə rəsədxanalar, stansiyalar və digər müşahidə
məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin
mülkiyyətçiləri və istifadəçiləri tərəfindən həmin məntəqələrin və
ölçmə vasitələrinin toxunulmazlığının təmin edilməməsinə, onların
korlanması və məhv edilməsi barədə müvafiq orqana məlumat
verilməməsinə və ya məntəqələrdə hidrometeoroloji işlərin
aparılması üçün lazımi şərait yaradılmamasına;
269.0.5. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan
müşahidə şəbəkələrinin köçürülməsinə, yerlərinin dəyişdirilməsinə,
yenilərinin quraşdırılmasına va ya fəaliyyətinin dayandırılmasına;
269.0.6. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan
atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki
komplekslərdən başqa məqsədlər üçün istifadə edilməsinə;
269.0.7. hidrometeoroloji müşahidə şəbəkələrinin ətrafındakı
mühafizə zonalarında hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul
olunmasına görə-
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir.
202
Maddə 270. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin
pozulması
270.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin
pozulmasına, yəni:
270.0.1. dövlət qeydiyyatına alınmamış və ya patenti alınmamış,
yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya
materiallarının və məlumatlarının, xüsusi təyinatlı geodeziya və
kartoqrafiya avadanlığının və cihazlarının ticarət dövriyyəsinə daxil
edilməsinə;
270.0.2. dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü
nişanların korlanmasına, yaxud məhv edilməsinə;
270.0.3. dövlət geodeziya və kartoqrafiya xidməti orqanının
razılığı olmadan dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü
nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə məntəqə və
nişanların yenidən qurulmasına, yaxud yeni məntəqə və nişanların
quraşdırılmasına görə-
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min manatdan min üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 271. Sənaye və məişət tullantılarının qalaqlanması və
yandırılması zamanı ətraf mühitin mühafizəsi
tələblərinə əməl edilməməsi
Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının
pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin
mühafizəsi tələblərinə əməl edilməməsinə görə-
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
Dostları ilə paylaş: |