215
288.0.4. ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə
yol verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik
preparatların istifadəsinə;
288.0.5. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna
olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə
istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların,
aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin
istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə;
288.0.6. istehsal mənşəyinə görə adlar verilən və yüksək
keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə
bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi
maddələrin tətbiqinə yol verilməsinə;
288.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların
birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və
bitkiçilik məhsullarının satılmasına;
288.0.8. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm
zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan
digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin
tətbiq edilməsinə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 289. Baytarlıq haqqında qanunvericiliyin pozulması
289.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
289.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-
sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi
ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə;
289.0.2. heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-
sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına;
216
289.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi
vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra
hakimiyyəti orqanına məlumat verməməyə, habelə belə heyvanları
təcrid etməməyə;
289.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin
tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud
dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya
əleyhinə dair qərarlarının pozulmasına və ya icra edilməməsinə
görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 290. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması
290.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının
pozulmasına, yəni:
290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə
saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya
yetişdirilməsinə;
290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması
şərtlərinin pozulmasına;
290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi saydan artıq saxlanılmasına;
290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız
ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;
290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik
vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə
etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;
290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına;
290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün
təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii
217
imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara
preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq
edilməsinə;
290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev
heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər
qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun
kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin
çıxarılması) aparılmasına;
290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev
heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə-
iki yüz manat məbləğində cərimə edilir.
290.2. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş
xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə-
üç yüz manat məbləğində cərimə edilir.
290.3. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş
xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə-
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 290.3-cü maddəsi həmin maddədə göstərilən
əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq
maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq
edilir.
Maddə 291. Qırmızı kitaba daxil edilmiş heyvan və bitki növlərinin
qorunması üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və
xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında
olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə-
218
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 292. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət
qaydalarının pozulması
292.1. Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi,
saxlanması, istifadəsi, dövlət uçotuna alınması, Azərbaycan
Respublikasına gətirilməsi, onun hüdudlarından kənara
göndərilməsi və ya aparılması qaydalarının pozulmasına görə-
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min
manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
292.2. Zooloji kolleksiyalarla ticarət qaydalarının pozulmasına
görə-
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat
məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
FƏSİL 28
HAVA, DƏNİZ, ÇAY, AVTOMOBİL, DƏMİR YOLU NƏQLİYYATINDA VƏ
METROPOLİTENDƏ OLAN QAYDALAR ƏLEYHİNƏ İNZİBATİ XƏTALAR
Maddə 293. Uçuş təhlükəsizliyi qaydalarının pozulması
293.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul
edilmiş işarələrə və ya nişanlı qurğulara oxşar hər hansı işarə və ya
qurğu yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik
məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün
təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər
qurulmasına görə-
əlli manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |