223
əlli manat məbləğində cərimə edilir.
301.2. Qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından
zibil, yaxud başqa predmetlər atılmasına görə-
otuz manat məbləğində cərimə edilir.
Maddə 302. Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya
daxili avadanlığının zədələnməsi
Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili
avadanlığının zədələnməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 303. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və
predmetlər aparma qaydalarının pozulması
Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər
aparma qaydalarının pozulmasına görə-
xəbərdarlıq edilir və ya iyirmi manatdan otuz manatadək
məbləğdə cərimə edilir.
Maddə 304. Dəmir yolu nəqliyyatında yüklərin qorunması
qaydalarının pozulması
304.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı
vasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
304.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə,
plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına,
ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, dəmir yolu
stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və
yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların
hasarlarını zədələməyə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
224
Maddə 305. Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə
siqaret çəkmə
Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret
çəkməyə görə-
qırx manat məbləğində cərimə edilir.
Maddə 306. Metropolitendən istifadə qaydalarının pozulması
306.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını,
habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin
obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət
çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən
stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist”
rabitəsindən istifadə etməyə görə-
on beş manat məbləğində cərimə edilir.
306.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə-
iyirmi manat məbləğində cərimə edilir.
306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə-
otuz manat məbləğində cərimə edilir.
306.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop”
açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində
və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti
zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini
ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə
kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə,
tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan
çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki
qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə-
əlli manat məbləğində cərimə edilir.
306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə
elektrik işlədicilərini qoşmağa görə-
225
yetmiş manat məbləğində cərimə edilir.
306.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən
yaxın məsafədə hər hansı əşya yandırmağa görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 307. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin
təmin edilməsi qaydalarının pozulması
307.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil
olmasının və limandan çıxmasının, liman sularında gəmilərin
hərəkəti və dayanması qaydalarının pozulmasına görə-
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat
məbləğində cərimə edilir.
307.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri
görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl
edilməməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
307.3. Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə
dəniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya
yanlış məlumatların elan edilməsinə görə-
üç yüz manat məbləğində cərimə edilir.
Maddə 308. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin
təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
308.1. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin
təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə-
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
308.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə-
otuz manat məbləğində cərimə edilir.
226
Maddə 309. Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə
qurğularının və avadanlığının zədələnməsi
Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və
avadanlığının zədələnməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 310. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması
Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçırmağa,
gəminin müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin
birində qeydiyyata alınmasına və ya gəmi reyestlərinə daxil olan
məlumatların dəyişdirilməsi barədə xəbər verilməməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 311. Kiçik həcmli gəmilərin istismar qaydalarının
pozulması
Müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik
həcmli gəmilərdən, onların dayanması üçün bazalardan
(qurğulardan) istifadə qaydalarının pozulmasına görə-
yüz manat məbləğində cərimə edilir və ya kiçik həcmli gəmini
idarə etmək hüququ altı aydan iki ilədək müddətə məhudlaşdırılır.
Maddə 312. Limanlarda yükvurma, yükləri boşaltma və yığma
qaydalarının pozulması
Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının
pozulmasına görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər iki yüz manat
məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |