Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə13/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
56 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
Memarlıq və İncəsənət İnstitutu unikal, çoxsahəli elmi-
tədqiqat  qurumudur.  Onun  əsas  tədqiqat  istiqaməti 
Azərbaycanın  memarlıq  və  incəsənət  tarixi  və 
nəzəriyyəsinin bütün sahələrini araşdırmaqdır. 
Tədqiq  edilən  problemlərlə  əlaqədar  İnstitutun 
strukturu  “Memarlıq  tarixi  və  nəzəriyyəsi”,  “Müasir 
memarlıq  və  dizayn”,  “Tətbiqi  və  dekorativ-tətbiqi 
sənətlər” və s. kimi şöbələrdən ibarətdir. 
1945-
ci  ildə  İnstitutun  təşkil  olunmasının 
təşəbbüskarlarından  biri,  onun  ilk  direktoru  böyük 
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov olmuşdur. 
70  ildir  ki,  fəaliyyət  göstərən  Memarlıq  və 
İncəsənət  İnstitutunun  kollektivi  tərəfindən  Azərbaycan 
incəsənətinin  bütün  növ  və  janrlarının  tarixini  əks 
etdirən  fundamental  əsərlər  yaradılıb.  1945-ci ildən 
başlayaraq,  professional  sənətşünaslığın  sonrakı  inkişaf 
mərhələlərində  də  tədqiqat  sahəsində  aparıcı  rol 
memarlıq  və  şəhərsalma,  təsviri  və  dekorativ-tətbiqi 
sənətlərə məxsus olmuşdur. 
Əsası  hələ  Azərbaycanı  öyrənən  cəmiyyət 
tərəfindən  qoyulan  milli  memarlığımızın  tədqiqinə 
M.Ə.Hüseynov,  L.S.Bretanitski  və  A.V.Salamzadənin 
“Azərbaycan  memarlıq  tarixi”(1963)  adlı  əsərlərində 
özünün  layiqli  bəhrəsini  tapdı.  Azərbaycan  memarlıq 
tarixinin  qədim  dövründən  XX  əsrin  əvvəllərinə  kimi 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
57 
inkişaf  mənzərəsini  açıqlayan  “Azərbaycan  memarlıq 
tarixi”  kitabında  memarlıq  tikililərinin  tipologiyası  
müəyyənləşdirilmiş,  memarlıq  tarixinin  elmi  baxımdan 
dövriyyələşdirilməsinin  əsası  qoyulmuşdur.  Əsərdə 
Azərbaycan memarlıq abidələrinin üslubi xüsusiyyətləri 
aşkarlanmış,  regional  məktəblərin  Yaxın  və  Orta  Şərq, 
Orta  Asiya  ölkələri  memarlığının  inkişaf  prosesləri  ilə 
qarşılıqlı əlaqələri təhlil olunmuşdur. Tədqiqatın bir sıra 
müddəaları  A.V.Salamzadənin  “XVI-XIX  əsrlərdə 
Azərbaycan  memarlığı”(1964),  L.S.Bertanitskinin  “XII-
XVII 
əsrlərdə  Azərbaycan  memarlığı  və  Yaxın  Şərq 
memarlığında 
onun 
mövqeyi” 
(1966) 
adlı 
monoqrafiyalarında geniş izahını tapmışdır.  
Hazırda Memarlıq və İncəsənət İnstitutu AMEA-
nın  Humanitar  Elmlər  Bölməsinin  tərkibində  aparıcı 
elmi-
tədqiqat  müəssisəsidir. 
Az
ərbaycanda memarlıq faəliyyəti ilə bağlı dövlət 
siyasətini  həyata  keçirən  ali  dövlət  idarəetmə  qurumu 
kimi  Dövlət  Şəhərsalma  və  Arxitektura  Komitəsinin 
elmi tədqiqat fəaliyyətinin də əhəmiyyətli rolu vardır. Bu 
Komitənin  yaradılması  (28  fevral  2006)  ölkəmizdə 
həmin  sahənin  dövlət  tərəfindən  tənzimlənməsi  işinin 
daha  mükəmməl  səviyyəyə  yüksəldilməsinə  imkan 
verdi.  Komitənin  9  noyabr  2007-ci  il  tarixində  təsdiq 
edilmiş əsasnaməsində göstərilir: 


Günel  Nazim  qızı  Hacıyeva 
 
58 
      
1. 
Azərbaycan 
Respublikasının 
Dövlət 
Şəhərsalma  və  Arxitektura  Komitəsi  (bundan  sonra  - 
Komitə) 
şəhərsalmanın 
planlaşdırılması, 
layihələndirilməsi  və  arxitektura  sahələrində  (bundan 
sonra  - 
müvafiq  sahədə)  dövlət  siyasətini  və 
tənzimlənməsini  həyata  keçirən  mərkəzi  icra 
hakimiyyəti orqanıdır.  
       
2.  Komitə  öz  fəaliyyətində  Azərbaycan 
Respublikasının 
Konstitusiyasını, 
Azərbaycan 
Respublikasının  qanunlarını,  Azərbaycan  Respublikası 
Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan 
Respublikası 
Nazirlər 
Kabinetinin 
qərar 
və 
sərəncamlarını,  Azərbaycan  Respublikasının  tərəfdar 
çıxdığı  beynəlxalq  müqavilələri  və  bu  Əsasnaməni 
rəhbər tutur.  
       
3.  Komitə  öz  vəzifələrini  yerinə  yetirərkən  və 
hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və 
yerli  özünüidarəetmə  orqanları  və  qeyri-hökumət 
təşkilatları  ilə  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərir.  
       
4
.  Komitə  bu  Əsasnamə  ilə  müəyyən  olunmuş 
fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  aşağıdakı 
vəzifələri yerinə yetirir:  
     
4
.1. müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində 
normativ tənzimləməni həyata keçirmək;  


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
59 
       
4
.2. 
dövlət 
proqramlarının 
və 
inkişaf 
konsepsiyalarının  həyata  keçirilməsini  öz  səlahiyyətləri 
daxilində təmin etmək; 
       
4
.3.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq  müqavilələrin  həyata  keçirilməsini  öz 
səlahiyyətləri daxilində təmin etmək;  
       
4.4.  Q
anunvericiliklə  müəyyən  edilmiş  qaydada 
müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;  
      
4
.5. 
Azərbaycan 
Respublikası 
əhalisinin 
məskunlaşmasının,  təbiətdən  istifadənin  və  istehsal 
qüvvələrinin  ərazi  təşkilinin  Baş  sxeminin  və  regional 
sxemlərinin,  rayon  planlaşdırmasının  sxem  və 
layihələrinin, şəhər və digər yaşayış məntəqələrinin baş 
planlarının  və  müfəssəl  planlaşdırma  layihələrinin, 
yaşayış  məskənlərinin  hüdudları  layihələrinin,  sənaye 
qovşaqlarının,  sanatoriya-kurort,  istirahət  və  turizm 
komplekslərinin  baş  sxemləri  və  layihələrinin,  yaşayış 
məskənlərinin  mühəndis-kommunikasiya  xətlərinin 
sxem  və  layihələrinin  və  onlarda  müvafiq  dəyişiklik 
nəzərdə  tutan  layihələrin  hazırlanması,  onların 
keyfiyyətinin,  texniki  və  iqtisadi  həlli  səviyyəsinin 
yüksəldilməsini təmin etmək;  
           4
.6.  milli  və  tarixi  irsin,  şəhərsalma,  memarlıq 
abidələrinin,  təbii-mədəni  landşaftın,  digər  qoruq 
ərazilərinin 
saxlanılması, 
mühafizəsi 
və 
zənginləşdirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə