Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə12/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
50 
Universitetində,  Gəncə  Dövlət  Pedaqoji  Universitetində 
bir  sıra  digər  təhsil  ocaqlarında  avtomatlaşdırılmış 
kitabxana id
arəetmə  sistemlərinin  tətbiqi,  elektron 
kataloqlarının  yaradılması  və  inkişafı  prosesi  gedir. 
Bundan başqa, bu işə bir sıra qeyri-kitabxana müəssisəsi 
də  qoşulmuşdur.  Məsələn,  bir  sıra  nəşriyyatlar,  o 
cümlədən,  Azərbaycan  Ensiklopediyası  və  «Qanun» 
nəşriyyatları  öz  internet  səhifələrində  biblioqrafik 
siyahılar yerləşdirirlər. Bütün bu biblioqrafik resursların 
tərkibində az və ya çox dərəcədə memarlıq üzrə kitablar 
və digər sənədlər barədə məlumat öz əksini tapır. 
Proseslərin   təhlili  və  proqnozlaşdırılması  belə 
bir  fikir  söyləməyə  əsas  verir  ki,  yaxın  gələcəkdə 
respublikamızda  memarlıq  üzrə  biblioqrafik  verilənlər 
bazasının  daha  da  sürətlə  inkişaf  etməsi,  elektron 
informasiya  resurslarının,  daha  da  inkişaf  edəcəyi, 
cəmiyyətin  bu  sahə  üzrə  informasiya  tələbatının  daha 
dolğun ödəniləcəyi şübhəsizdir.  
Qeyd  edək  ki,  müasir  dövrdə  memarlıq  üzrə 
informasiya resurslarının formalaşması məsələsi gündən-
günə daha yüksək aktuallıq kəsb etməkdədir. Bunun da 
məntiqi  nəticəsi  kimi,  memarlıq  biblioqrafiyasının 
biblioqrafıyaşünaslığın  müstəqil  bir  sahəsi  kimi 
formalaşması prosesi davam etməkdədir.  
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
51 
 
 
 
 
 
 
MEMARLIQ ÜZRƏ KİTABXANA-
İNFORMASİYA  RESURSLARININ 
YERLƏŞMƏSİ VƏZİYYƏTİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Günel  Nazim  qızı  Hacıyeva 
 
52 
 
 
 
 
 
 
 
 
MEMARLIQ ÜZRƏ KİTABXANA-
İNFORMASİYA  RESURSLARININ 
YERLƏŞMƏSİ VƏZİYYƏTİ
 
 
 
 
 
 
 
 
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
53 
A
zərbaycanda  memarlıq  üzrə  kitabxana-
informasiya  resurslarının  yerləşməsi  məsələsi  memarlıq 
sahəsində  elmi  araşdırmaların  təşkili  və  bu  sahədə 
biblioqrafik  tədqiqatlar  üçün  əhəmiyyət  kəsb  edən 
amillərdən biridir. 
Məlumdur  ki,  sənəd-kommunikasiyalar sistemi 
məhz  cəmiyyətin  sənədli  informasiya  tələbatının  təsiri 
nəticəsində  formalaşır.  Bu  təsiri  ilə  nəşriyyat,  kitab 
ticarəti,  elmi-texniki  informasiya  və  s.  kimi  fəaliyyət 
sahələri  formalaşır.  Bunların  hər  birinin  tərkibində 
biblioqrafik  komponent  mövcud
dur. Həmin fəaliyyətlə 
məşğul  olan  təsisatlar  mütəxəssislərə  ikin  sənədlərdən 
əvvəl  həmin  sənədlər  barədə  biblioqrafik  informasiya 
çatdırırlar.  Bununla  yanaşı,  bir  çox  ölkələrdə  ictimai 
tələbatın  təsiri  ilə  biblioqrafik  fəaliyyətlə  məşğul  olan 
müstəqil  qurumlar  da  yaranaraq  inkişaf  etmişdir.  Lakin 
biblioqrafik  fəaliyyətin  hansı  qurumda  həyata 
keçirilməsindən  asılı  olmayaraq  bu  qurumun 
fəaliyyətinin optimal şəkildə həyata keçirilməsi üçün ilk 
növbədə  informasiya  tələbatı  dərindən  öyrənilməlidir. 
Müasir dövrd
ə  cəmiyyətin  memarlıq  üzrə  informasiya 
tələbatından  bəhs  edərkən  bu  tələbatın  insan 
fəaliyyətinin  hansı  sahəsində  təzahür  etməsi  vacib 
məsələdir.  Belə  ki,  memarlıq  üzrə  informasiya  tələbatı 
ictimai  idarəetmə,  təhsil,  istehsalat,  elmi-tədqiqat 


Günel  Nazim  qızı  Hacıyeva 
 
54 
fəaliyyətində  daha  intensiv  şəkildə  təzahür  edir. 
Azərbaycanda  bu  fəaliyyət  növlərinin  hər  biri  kifayət 
qədər  inkişaf  etmişdir  və  onlara  xeyli  dərəcədə 
informasiya tələbatı xasdır. Respublikamızda memarlığa 
dair  qanunvericilik  və  digər  rəhbər  sənədlər  qəbul 
edilmişdir. 
Beləliklə, 
memarlıq 
üzrə 
sənəd-
kommunikasiyalar 
sisteminin 
və 
biblioqrafik 
informasiyanın yaranmasında elmi-tədqiqat fəaliyyətinin 
böyük rolu vardır. Məhz belə tədqiqatlar nəticəsində bu 
sahə  üzrə  yeni  faktlar,  məlumatlar  əldə  edilir,  bu 
məlumatlar 
nəzəri 
baxımdan 
təhlil 
edilərək 
ümumiləşdirilir,  elmi  qanunauyğunluqlar  aşkara 
çıxarılır.  Bütün  bu  tədqiqatların  nəticəsi  elmi 
ictimaiyyətə  və  sənəd-kommunikasiyalar sisteminin 
digər seqmentlərinə məhz nəşr edilən sənədlər (kitablar, 
məqalələr,  tezislər)  və  nəşr  edilməyən  sənədlər  (elmi 
hesabatlar, preprintlər) vasitəsi ilə çatdırılır, bu vasitə ilə 
cəmiyyətin sənəd-informasiya tələbatı ödənilir. Şübhəsiz 
ki,  bu  sistemin  yaranıb  fəaliyyət  göstərməsində 
biblioqrafik informasiyanın da böyük əhəmiyyəti vardır. 
Azərbaycanda  memarlıq  üzrə  elmi-tədqiqat 
fəaliyyəti sahəvi-inzibati bölgü (aidiyyat) əsasında təşkil 
edilmişdir.  Bu  bölgüyə  əsasən  aşağıdakı  tərkib 
hissələrini fərqləndirmək mümkündür: 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
55 
           
Dövlət  Şəhərsalma  və  Arxitektura  Komitəsinin 
tərkibindəki bu sahə üzrə elmi tədqiqatlarla məşğul olan 
qurum və struktur vahidləri
Mədəniyyət  və  Turizm  Nazirliyinin  nəzdində 
memarlıq istiqamətli tədqiqatlarla məşğul olan qurum və 
struktur vahidləri; 
Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq 
və İncəsənət İnstitutu; 
Az
ərbaycan  dövlət  və  özəl  ali  məktəblərində 
fəaliyyət  göstərən  memarlıq  istiqamətli  kafedralar 
(fakültələr); 
Memarlıq  istiqamətli  qeyri-dövlət  təşkilatlarında 
və  özəl  tədqiqat  müəssisələrinin  nəzdində  memarlığa 
dair  tədqiqatlarla  məşğul  olan  qurum  və  struktur 
vahidləri; 
İstehsalat  (biznes)  müəssisələrinin  nəzdində 
memarlıq istiqamətli tədqiqatlarla məşğul olan qurum və 
struktur vahidləri və s.; 
Göründüyü kimi, respublikamızda memarlıq üzrə 
elmi  tədqiqatlar  aparan  qurumlar  sahəvi-inzibati 
bölgü 
(aidiyyat) baxımından xeyli rəngarəngdir. Onların 
hər biri bu sahə üzrə sənəd kommunikasiyaları üzrə əsas 
iki vəzifəni yerinə yetirirlər. Yəni, onlar sahə üzrə sənəd 
şəklində  formalaşan  informasiyanı  həm  generasiya  edir 
(yaradır), həm də istifadə (istehlak) edirlər. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə