Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə15/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
64 
     
4
.30.  Komitənin  fəaliyyəti  ilə  bağlı  daxil  olan 
ərizə  və  şikayətlərə  baxmaq  və  qanunvericiliklə 
müəyyən edilmiş qaydada tədbirlər görmək;  
4
.31.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq, 
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə 
yetirmək (3, s.1-2).  
       
Y
uxarıda  qeyd  edilənlər  göstərir  ki,  Azərbaycan 
Respublikasının  Dövlət  Şəhərsalma  və  Arxitektura 
Komitəsi  bir  sıra  mühüm  vəzifələr  həyata  keçirir  və 
onlardan  hər  biri  üçün  ilkin  sənəd  və  biblioqrafik 
informasiya tələbatı zəruri amildir. 
Azərbaycanda  memarlıq  üzrə  kitabxana-
informasiya  resursları  fondunun  zənginləşdirilməsi 
istiqamətində  Azərbaycan  Milli  Elmlər  Akademiyası 
Mərkəzi  Elmi  Kitabxanasının  fəaliyyətinin  xüsusi 
əhəmiyyəti vardır. 
Mərkəzi Elmi Kitabxana zəngin elmi ədəbiyyatın, 
memarlıq üzrə mükəmməl sənəd fondunun mühafizəçisi, 
elmi 
fikrin  inkişaf    mənbəyi  olaraq,  eyni  zamanda 
memarlıq elminin infrastrukturunun ayrılmaz hissəsidir. 
Mərkəzi  Elmi  Kitabxana  (Kitabxana)  90  ilə  yaxın 
fəailiyyəti 
dövründə 
Azərbaycan 
elminin 
və 
memarlığının  inkişafında,  elmi  kadrların,  mütəxəssis, 
peşəkar memarların yetişdirilməsində böyük rol oynayıb.  
Bu  gün  Kitabxana    möhtəşəm    kitab  məbədi 
olaraq  ölkəmizdə  təbiətşünaslıq, texnika, sosial, iqtisadi 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
65 
və  memarlıq  sahələri  üzrə    ən  iri  elmi  kitabxanadır  və 
hazırda  dünya  xalqlarının  50  dilində  4  milyondan  artıq 
informasiya  resursları  fonduna  malikdir.  Bu  zəngin 
xəzinəyə  müxtəlif  elm  sahələrini  və  memarlığı  özündə 
əks  etdirən  Azərbaycan,  Şərq  və  Avropa  xalqlarının 
dillərində  orta  əsrlərdən  dövrümüzə  qədər  nəşr  edilmiş 
elmi  monoqrafiyalar,  nadir  və  qiymətli  nəşrlər, 
dissertasiyalar, dövri nəşrlər, xəritə və atlaslar, məlumat 
nəşrləri,  təsviri  sənət  materialları  və    elektron  nəşrlər 
daxildir.  
Kitabxananın  əsası  1924-cü  ildə  “Azərbaycanı 
Tədqiq  və  Tətəbbö  Cəmiyyəti”ində    qoyulmuşdur  və 
onun  yaradılmasında  Azərbaycanın  görkəmli  ziyalıları 
N.Nərimanov, Ə.Haqverdiyev, Т.Şahbazi, H.Zeynallı və 
başqalarının  xüsusi  xidmətləri  olmuşdur.  Sonralar  
Azərbaycan  Dövlət  Elmi-Tədqiqat  İnstitutunun,  SSRİ 
Elmlər Akademiyasının Azərbaycan Filialının və 1945-
ci  ildən  müstəqil  Azərbaycan  Elmlər  Akademiyasının 
nəzdində geniş fəaliyyət göstərir.   
1929-
cu  ildə  Azərbaycan  Dövlət  Elmi-tədqiqat 
İnstitutu  təşkil  edilir.  Bu  zaman  Kitabxana  da  inkişaf 
edir, xidmət sahələrini genişləndirir, ədəbiyyat fondlarını 
elmi  ədəbiyyatla  komplektləşdirir.  1933-cü  ildə  həmin 
İnstitutun  əsasında  SSRİ  EA  Zaqafqaziya  filialının 
Azərbaycan  bölməsi  yaradılır,  Kitabxana  burada  öz 
fəaliyyətini davam etdirir.  


Günel  Nazim  qızı  Hacıyeva 
 
66 
Kitabxananın 
yarandığı 
vaxtdan 
onun 
f
əaliyyətinin  mühüm  istiqamətlərindən  biri  də  elmi-
tədqiqat  işləri  olmuşdur.  Hələ  1925-ci  ildə  burada 
yaradılmış 
Elmi-məlumat 
şöbəsi 
tərəfindən 
Azərbaycanın  və onunla həmsərhəd olan ölkələrin tarixi 
və  memarlığı  üzrə  materialların  intensiv  toplanması  və 
el
mi  biblioqrafiyalaşdırılması  aparılır.  Bu  işlərin 
nəticəsində 
“Azərbaycan 
biblioqrafiyası 
üçün 
materiallar”  göstəricisinin  3  buraxılışı:  1-ci bur.(1924), 
2-ci bur.(1924), 3-cü bur.(1925) haz
ırlanır, 1926-cı ildə 
bu  göstəricinin  ilk  üç  buraxılışı  üçün  “Predmet 
göstəricisi” nəşr edilir. 
30-
cu illərdə ədəbiyyat mübadiləsini təşkil etmək 
məqsədilə    xüsusi  fond  yaradılır.  1934-cü  ildən 
Kitabxana  keçmiş  İttifaqın  və  dünyanın  onlarla  xarici 
ölkəsinin  110,    1935-ci  ildən  isə  150  elmi  idarəsi, 
təşkilatı, iri kitabxanaları və b. ilə mübadilə aparır.   
H
əmin  dövrdə  Kitabxanada    elmi-biblioqrafik  
fəaliyyətin  inkişafı  məsələlərinə  xüsusi  diqqət  yetirilir. 
1934-cü ilin sonunda 
 
SSRİ    Elmlər  Akademiyasının 
Azərbaycan  filialının  institutları  və  bölmələri  ilə  birgə 
bir  sıra  mövzular  üzrə  elmi-biblioqrafik  göstəricilər 
işlənilir. 
SSRİ  Elmlər  Akademiyasının  Zaqafqaziya 
filialının  bölməsi  1935-ci  ildə  SSRİ    Elmlər 
Akademiyasının  Azərbaycan  filialına  çevrilir.  Elmi-


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
67 
tədqiqat  İnstitutlarında  tədqiqat  işlərinin  daha  da 
genişlənməsi ilə əlaqədar olaraq alim və mütəxəssislərin 
informasiya  tələbatlarının  artması  burada  elmi 
kitabxanaların  təşkil  edilməsini  zəruri  etdi.  Belə  ki, 
1935-1944-
cü  illər  ərzində  elmi-tədqiqat    institutlarının  
nəzdində    18    ixtisaslaşdırılmış    kitabxana    fəaliyyətə  
başlayır  və  bunların  fəaliyyətinə  rəhbərlik  Mərkəzi  
Elmi    Kitabxanaya    həvalə    edilir.    Bu  dövrdə 
Kitabxananın    fondu    sürətlə  zənginləşdirilir    və  onun 
həcmi 180 min nüsxəyə çatır. Bunlardan 2500-dən  artıq  
nüsxəsi    400-dən    çox    xarici    ölkə  ilə  aparılan  kitab 
mübadiləsi yolu ilə əldə edilmişdir. 
Kitabxananın  tarixində  yeni  inkişaf  mərhələsi  
1945-
ci    ildə  Azərbaycanda  müstəqil  Elmlər 
Akademiyasının  yaradılması  ilə  əlaqədar  başlanır. 
Kitabxanaya bütün keçmiş Sovet İttifaqında nəşr olunan 
ədəbiyyatın  məcburi  pullu  nüsxəsini  əldə  etmək 
səlahiyyəti  verilir,  məlumat-biblioqrafiya  işinin 
təkmilləşdirilməsi  istiqamətində  iş  aparılır,  cari 
informasiya  bülletenləri  tərtib  edilir  və  elmi-tədqiqat 
institutlarına göndərilir və s. 
1947-
ci  ildə  Kitabxana  “SSRİ  EA-nın 
Azərbaycan  filialının  son  10  ildəki  (1935-1945) 
nəşrlərinin  biblioqrafiyası”  adlı  iri  biblioqrafik  vəsait 
hazırlayır. Vəsaitdə göstərilən dövr ərzində Azərbaycan 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə