Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
98 
Qeyd  olunduğu  kimi,  Azərbaycanşünaslıq 
şöbəsinin  başqa  bir  iş  istiqaməti  «Azərbaycanşünaslıq» 
elektron 
informasiya 
bankının 
yaradılmasıdır. 
İnformasiya 
bankının 
daxilində 
“Azərbaycanın 
memarlığı”,  “Azərbaycanın  tarixi”,  “Azərbaycanın 
iqtisadiy
yatı”,  “Azərbaycanın  elmi”  və  “Azərbaycanın 
mədəniyyəti”  məlumat  banklarının  yaradılması  işi 
apa
rılır, mövzular üzrə informasiya mərkəzinin məlumat 
banklarında  qəzet  və  jurnal  materialları  əks  etdirilir. 
İnformasiya  mərkəzinin  məlumat  banklarına  yeni 
ədəbiyyat  daxil  etməklə  yanaşı,  banklarda  olan  məlu-
matın redaktə işi də aparılır.   
 
Şöbənin  soraq-biblioqrafiya  aparatının  əsasını 
elektron  azərbaycanşünaslıq  retrospektiv kataloqu, 
elektron  azərbaycanşünaslıq  məqalələri  kartotekası, 
kartoç
ka kataloqları, milli ədəbiyyatın əlifba və sistemli 
kataloqları,  yerli  və  xarici  nəşrlərin  kataloq  və 
kar
totekaları,  azərbaycanşünaslığa  dair  məqalələrin  sis-
temli  kartotekası,  “Azərbaycanda  elm  və  mədəniyyət” 
karto
tekası,  respublika  üzrə  əlamətdar  və  tarixi  günlər 
kartotekası,  mövzu  kartotekaları  və  s.  təşkil  edir  ki, 
burada  da  azərbaycanşünaslığa  dair  mənbələr  tam  və 
dolğun şəkildə əks etdirilir. 
 
Birdəfəlik  və  daimi  biblioqrafik  sorğular 
əsasında  azərbaycanşünaslığa  dair  sənəd  kütləsi 
haqqında  məlumatlandırmanı  həyata  keçirən  şöbə,  eyni 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
99 
zamanda  AMEA  Mərkəzi  Elmi  Kitabxanasının 
oxucular
ına və kənar istifadəçilərə (KAA və ESİ sistemi 
üzrə)  azərbaycanşünaslığa  dair  sənədlər  təqdim  edir. 
Şöbə  elmi-kütləvi  tədbirlər-elmi  konfrans,  seminar  və 
simpozi
umlar, kitab sərgiləri vasitəsilə, eləcə də KİV və 
İnternet  vasitəsilə  azərbaycanşünaslıq  fəaliyyəti 
sahəsində  aparılan  elmi-tədqiqat  işlərinin  təbliği  işini 
yüksək səviyyədə qurur.  
 
Azərbaycanşünaslıq 
şöbəsi 
fəaliyyətini 
kitabxananın digər struktur bölmələri ilə əlaqəli şəkildə 
həyata  keçirir.  Belə  ki,  məsələn,  Kitabxanaşünaslıq 
şöbəsinə-kitabxananın  azərbaycanşünaslıq  üzrə  fəaliy-
yətinin  metodik  təminatının  elmi-metodiki  və  elmi-
tədqiqat  işləri    ilə    əlaqəli    şəkildə  qurulması  üzrə 
təkliflər 
irəli 
sürülür; 
 
Ədəbiyyatın 
elmi 
komplektləşdirilməsi  şöbəsinə  -  azərbaycanşünaslıq 
fond
unun 
komplektləşdirmə 
 
və 
yenidən 
komplektləşdirilməsi 
üçün 
sifarişlər, 
fondun 
yoxlanılmasından  sonra  fonddan  çıxarılmalı  olan 
sənədlərin siyahısı təklif edilir;  Kitabxana proseslərinin 
avtomat
laşdırılması şöbəsilə birgə - Azərbaycanşünaslıq 
Avtomatlaşdırılmış  İşçi  Yerinin  informasiya  və  kadr 
təminatı  həyata  keçirilir,  məlumatların  statistikası 
hazırlanır. 
Qədim  tarixə,  zəngin  maddi-mənəvi  irsə, 

munəvi  mental  ənənələrə  malik  Azərbaycan 


Günel  Nazim  qızı  Hacıyeva 
 
100 
dövlətinin  24  il bundan  əvvəl  bərpasına  nail  olduğu 
müstəqillik  də  xalqımızın  ən  qiymətli tarixi nailiyyəti, 
əvəzolunmaz  milli  neməti  olmaqla  bərabər,  ölkəmizi 
qüd
rətli,  inkişaf  etmiş  dövlətlər  sırasına  yüksəltdi. 
Dünya ölkələri arasında öz çəkisi və rolu, sosial-iqtisadi 
inkişaf  göstəriciləri,  elmi  potensialı  ilə  seçilən 
Azərbaycan  müstəqillik  illərində  sürətli  tərəqqi  yolunu 
seçərək regional liderliyi ələ aldı, minilliyin çağırışlarına 
cavab  verməklə,  qloballaşmaya  və  müasir  dəyərlər 
şəbəkəsinə  inteqrasiyaya  hazır  olduğunu  isbatladı. 
Müst
əqillik  illərində  bütün  sahələrin  sürətli  inkişafı  və 
gözlənilən  nəticələrin  əldə  olunması  fonunda  elm  və 
təhsilin  dünya  standartları  səviyyəsinə  qaldırılması 
işlərinə başlanıldı ki, bu da tezliklə öz bəhrəsini verdi.  
Son 24 
ildə  Azərbaycanda  elm,  o  cümlədən 
kitabxanaşünaslıq və memarlıq elmi sürətlə inkişaf edib, 
bu  sahələr    də  innovasiyaların,  yüksək  kommunikasiya 
və  informasiya  texnologiyalarının  tətbiqi  sayəsində 
qabaqcıl  nailiyyətlər  əldə  olunub.  Kitabxanalarımızın 
inki
şafı  və  modernləşdirilməsi,  yenidən  qurulması, 
bərpası, yeni binalarla təmin olunması dövlətimizin elm 
və  mədəniyyət  siyasətinin  prioritetlərindən  birinə 
çevrilib.  Kitabxana  işi  və  memarlıq  sahəsi  həm 
ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, 
həm  də  Prezident  cənab  İlham  Əliyevin  dövlətimizə 
başçılıq  etdiyi  indiki  vaxtda  yalnız  artan  xətlə  inkişaf 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
101 
edərək  informasiya  cəmiyyətinin  elmi-texniki  bazisinə 
çev
rilib.  Kitabxanaşünaslığın  ayrılmaz  tərkib  hissəsi 
olan biblioqrafiya
şünaslıq elmi də müstəqillik dövründə 
lazımi səviyyəyə qalxaraq elmin, təhsilin, mədəniyyətin 
güzgüsünə çevrilib.  
AMEA 
Mərkəzi 
Elmi 
Kitabxanası 
mütəxəssislərin 
kitabxana-informasiya 
təminatı 
istiqamətində    biblioqrafiyanın  bütün  növlərinin 
hazırlanması  sahəsində  də  böyük  təcrübəyə  malik bir 
elmi  müəssisə  kimi  son  illərdə  elmi  informasiya 
daşıyıcısı olan bu nəşrlərin ən mükəmməl nümunələrini 
yarada bilib.  
Mərkəzi 
Elmi 
Kitabxananın 
ölkəmizdə 
biblioqrafiyaşünaslığın 
bir 
elm 
sahəsi 
kimi 
formalaşmasında  aparıcı  rolu  əvəzsizdir.  AMEA 
M
ərkəzi  Elmi  Kitabxanası  tərəfindən  hazırlanmış 
memarlıq  və  digər  elmlər  üzrə  retrospektiv  xarakterli 
zəngin  bibliometrik  xarakterli  nəşr  olan  “Müstəqillik 
illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi 
nəşrləri” adlı biblioqrafik göstərici də müvafiq sahədəki 
uğurların  bariz  nümunəsidir  (14).  Nəşrin  məqsədi  Milli 
Elmlər  Akademiyasında  çalışan  alimlərin,  eləcə  də 
memarlıq  sahəsində  görkəmli  elm  və  mədəniyyət 
xadimlərinin müstəqillik dövründə müxtəlif sahələr üzrə 
apardıqları  tədqiqatların  nəticələrini  əks  etdirən  kitab, 
monoqrafiya,  elmi  toplu  və  s.  haqqında  oxuculara 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə