Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə19/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
80 
2005-
ci  ildən  etibarən  AMEA  Mərkəzi  Elmi 
Kitabxanasında 
“ИРБИС” 
(Avtomatlaşdırılmış 
kitabxana informasiya sistemi) 
tətbiq  olunur.  Sistem 
internet  istifadəçilərinin  elektron  kataloqlara  və  digər 
biblioqrafik  verilənlər  bazasına  çıxışını  təmin  etmək 
üçün nəzərdə tutulmuşdur.                                                                      
Ədəbiyyatın  elmi  komplektləşdirilməsi  şöbəsi 
ИРБИС  proqramında  CMPL  bazasında  işləyir.  Bu 
bazada 
aşağıdakı işlər görülür: 
1.Komplektləşdirmə modulu 
2.Sifariş 
3.Qəbul 
4.Kitab silinməsi 
5.Abunə 
 
Komplektləşdirmə  AİY  (avtomatlaşmış  iş  yeri) 
modulu  yükləndikdən  sonra  istifadəçi  CMPL  virtual 
bazasını  yaradır  və  orada  ilkin  olaraq  müəssisənin 
rekvizi
tlərini  daxil  edir.  Bu  rekvizitlər  bazadan  alınan 
çıxış  formalarında  öz  əksini  tapır.  Bundan  əlavə 
komplektləşdirmə  modulunda  həmin  rekvizitlərin 
doldurulması  eyni  zamanda  MNU  fayllarının  da 
doldurul
masına 
xidmət 
edir. 
Komplekləşdirmə 
moduluna informasiya 
daxil  edilməsiylə  avtomatik 
olaraq  məntiqi  kontrol  fəaliyyətə  başlayır  ki,  bu  da 
xidmət  edən  moduldan  təkrar  sənədlərin  avtomatik 
silinməsinə kömək edir.  


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
81 
 
 
 
 
 
 
 
 
MEMARLIQ ÜZRƏ 
MÜTƏXƏSSİSLƏRİN KİTABXANA-
İNFORMASİYA 
TƏMİNATI  SİSTEMİ 
 
 
 
 
 
 
 
 
 


Günel  Nazim  qızı  Hacıyeva 
 
82 
 
 
 
 
 
 
 
 
MEMARLIQ ÜZRƏ 
MÜTƏXƏSSİSLƏRİN KİTABXANA-
İNFORMASİYA 
TƏMİNATI  SİSTEMİ 
 
 
 
 
 
 
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
83 
M
üstəqillik  qazandıqdan  sonra  Azərbaycan 
sürətlə  siyasi,  elmi,  mədəni  və  başqa  sahələrdə  bir  çox 
nailiyyətlərə imza atdı. Müxtəlif  istiqamətlərdə olduğu 
kimi,  memarlıq  sahəsinə  də  xüsusi  diqqət  və  qayğı 
göstərildi.  Bunun  da  məntiqi  nəticəsidir  ki,  memarlıq 
elmi sürətlə inkişaf etməkdədir.  
Elmin  inkişafı  onun  kitabxana-informasiya 
təminatı sisteminin optimallığından  asılıdır. 
Azərbaycanda  memarlıq  üzrə  mütəxəssislərin 
kitabxana-inf
ormasiya  təminatı  sistemində  ən  böyük 
ixtisaslaşmış  müəssisə  Azərbaycan  Memarlıq  və  İnşaat 
Universitetinin  kitabxanasıdır. 
Azərbaycan  Memarlıq  və  İnşaat  Universitetinin 
Kitabxanası  (bundan  sonra-kitabxana)  fəaliyyətini 
müasir  tələblər  səviyyəsində  qurmuşdur.  Kitabxananın 
əsas vəzifəsi ənənəvi və elektron kitabxana   vasitəsi ilə 
ali  təhsil  müəssisəsinin  oxucularının  informasiya 
tələbatını operativ ödəmək və onlara dolğun informasiya 
xidmət göstərməkdir (15, s.1). 
           Kitabxana 2014-
cü ildə tamamilə yenidən  müasir 
formada qurularaq 
oxucularının istifadəsinə  verilmişdir. 
Burada 
yeni  oxu  zalları,    konfrans  (virtual)  zalı    və 
müasir elektron 
xidmət  şöbəsi  yaradılmışdır.  
         
Kitabxananın əsas  fəaliyyət istiqaməti: 


Günel  Nazim  qızı  Hacıyeva 
 
84 
     -  kitablar
dövri  və  ardı  davam  edən  nəşrlər, 
normativ-
texniki  və  patent  sənədləri,  dissertasiyalar  və 
avtoreferatlardan  ibarət  sənəd-informasiya  resursları 
fondu
nu  zənginləşdirmək, mühafizə etmək və onlardan 
istifadəni təmin etmək; 
     -    k
itabxananın sənəd-informasiya resursları fondunu 
özündə    əks  etdirən  mükəmməl  informasiya  axtarış 
sistemi (ənənəvi və elektron kataloq), elektron kitabxana 
və  biblioqrafik  vəsaitlər  sistemini  tətbiq  etməklə 
oxucuların  hərtərəfli  istifadəsinə verməkdən  ibarətdir 
(15, s.1).  
       
Kitabxananın  oxu  zalları  internetə  qoşulmuş  və 
kitabxananın  elektron  kataloqu  və  digər  elektron 
resurslardan  istifadə prosesləri  avtomatlaşdırılmışdır. 
       
Kitabxana  ölkənin  bir  sıra  iri  kitabxanaları  ilə 
kitab mübadiləsi həyata keçirir.  Bunlardan Bakı Dövlət 
Universiteti
nin  elmi  kitabxanasını,  Milli Elmlər 
Akademiyasının  Mərkəzi  Elmi  Kitabxanasını  və 
M.F.Axundov  adına  Milli  Kitabxananı  göstərmək  olar. 
Eyni zamanda, 
bir çox kitabxanalardan kitabxanalararası 
abonoment (KAA) 
vasitəsilə ilə az tapılan kitablar  əldə 
edərək oxucuların sorğuları ödənilir. 
         
Hazırda 
kitabxananın 
sənəd-informasiya 
resursları  fondunu  517155  nüsxə  ədəbiyyat  təşkil  edir. 
Bunlar elmi-
tədris ədəbiyyatı, dərslik, xarici, bədii, dövri 
mətbuat  və digər nəşrlərdir.  


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
85 
       
Təkcə 2014-cü ildə kitabxana üçün abunə yolu ilə 
28 adda 283 nüsxə qəzet, 23 adda  85 nüsxə  jurnal, 258 
adda 5060 nüsxə kitab,12 adda alimlik, 61 adda magistr 
disserta
siyası, 16 nüsxə avtoreferatlar və ali məktəblərin 
texniki  elmlərə  aid  olan  jurnallar  alınmışdır.  İl  ərzində 
kitabxa
na  fonduna  398  adda  5517  nüsxə  çap  məhsulu 
daxil olmuş, 1255 nüsxə  ədəbiyyat silinmişdir (15, s.3). 
       
Kitabxana  fondunu  aşağıdakı    mənbəllərdən 
komplektləşdirir :  

Kitab mağazaları; 

Hökum
ət idarələri; 


əllif tərəfindən hədiyyə verilən

Köçürm
ə; 

İnternet şəbəkəsi; 

Oxucular t
ərəfindən itirilən kitabların əvəzi; 

Mübadil
ə; 

Abun
ə. 
     2014-
cü ildə komplektləşdirmə şöbəsi  tərəfindən 
kitabxanaya  258  adda  5060  nüsxə  ədəbiyyat,  12 adda 
alimlik,  61adda  magistr  dissertasiyası,  16  nüsxə 
avtorefe
ratlar və sair daxil olmuşdur. Bunlarla yanaşı 28 
adda    283    nüsxə  qəzet,  23  adda  85  nüsxə  jurnal 
alınmışdır.  Kitabxananın  fondundan  köhnəlmiş, 
məzmunca əhəmiyyətini itirmiş və yararsız hala düşmüş 
1255 nüsxə  ədəbiyyat silinmişdir. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə