Azərbaycan respublikasinin prezidenti



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə27/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
115 
e)  qoruqlar  — 
tarix  və  mədəniyyət  üçün  böyük 
əhəmiyyəti  olan,  dövlət  tərəfindən  mühafizə  edilən 
ərazilər və ya məskənlər; 
ə)  adibələrin  mühafizə  zonası  —  abidələrin 
görkəminə  xələl  gətirməmək  məqsədilə  onların 
yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı 
olaraq müəyyən edilən əlavə tənzimləmə zonası. 
M a d d ə   3 .   Abidələrin qorunması haqqında 
Azərbaycan Respublikasının 
qanunvericiliyi 
 
Abidələrin  qorunması  haqqında  Azərbaycan 
Respublikasının 
qanunvericiliyi 
Azərbaycan 
Respublikasının  Konstitusiyasından,  bu  Qanundan, 
Azərbaycan  Respublikasının  digər  qanunvericilik 
aktlarından 
və 
tərəfdar 
çıxdığı 
beynəlxalq 
müqavilələrdən ibarətdir. 
M a d d ə   4 .  Abidələr üzərində mülkiyyət 
 
Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də 
xüsusi mülkiyyətdə ola bilər. 
Dövlət 
mülkiyyətində 
olan 
abidələrin 
özəlləşdirilməsinə  (yerli  əhəmiyyətli  memarlıq  abidəsi 
kimi  qeydə  alınan  yaşayış  binaları  və  onların  ayrı-ayrı 
hissələri istisna olmaqla) yol verilmir. 


Günel  Nazim  qızı  Hacıyeva 
 
116 
Özəlləşdirilmiş  yaşayış  binalarının  və  onların  ayrı-
ayrı  hissələrinin  görkəmini  və  daxili  quruluşunu 
pozmaq,  onların  mədəni,  tarixi  dəyərinə  xələl  gətirə 
biləcək hər hansı hərəkət etmək qadağandır. 
Dövlət qeydiyyatından keçmiş və xüsusi mülkiyyətdə 
olan  abidələr  satıldıqda  dövlət  onları  almaqda  üstün 
hüquqa malikdir. 
Hər  hansı  bir  ərazidə  yeni  abidə  aşkar  olunarsa, 
həmin ərazi tarixi-mədəni əhəmiyyətli zona elan olunur 
və  onun  yerləşdiyi  torpaq  sahəsi  üzərindəki  tikililərlə 
birlikdə  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada 
dövlət tərəfindən satın alına bilər. 
Xüsusi  mülkiyyətdə  olan  abidələr  dövlət  tərəfindən 
qeydə alınır və onlar satılarkən mülkiyyətçi müvafiq icra 
hakimiyyəti orqanına bu haqda məlumat verməlidir. 
Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan 
xüsusi mülkiyyətdə olan abidələr xaricə aparıla bilməz. 
M a d d ə   5 .  Abidələrin qorunması, bərpası, 
əhəmiyyət dərəcələrinin təyin 
edilməsi və onlardan istifadə 
olunmasında Azərbaycan Elmlər 
Akademiyasının iştirakı 
 
Azərbaycan  Elmlər  Akademiyası  abidələrin  aşkar 
olunması,  tədqiqi  işini,  aşkar  olunmuş  maddi-
mədəniyyət  qalıqlarının  mühafizəsini  təşkil  edir,  yeni 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
117 
tikinti  zonalarında  operativ  tədqiqat  işləri  aparır, 
abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında 
iştirak  edir,  zəruri  hallarda  maddi-mədəniyyət 
konservasiya  və  bərpa  işləri  görür,  abidələrin  təbliğini 
təşkil  edir,  onların  qorunması,  tədqiqi,  bərpa  və 
konservasiyası  üçün  metodik  vəsaitlər  hazırlayır,  elmi-
praktiki  məsləhətlər  verir,  abidələrin  tədqiqi  üçün 
beynəlxalq  protokollar  və  sazişlər  imzalayır  və 
Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə 
tutulmuş digər vəzifələri yerinə yetirir. 
Abidələrin  bərpa  layihəsi  Azərbaycan  Elmlər 
Akademiyasının  rəyi  nəzərə  alınmaqla  müvafiq  icra 
haki
miyyəti orqanı tərəfindən təsdiq edilir. 
 
I I   f ə s i l  
ABİDƏLƏRİN DÖVLƏT QEYDİYYATI VƏ 
ƏHƏMİYYƏT DƏRƏCƏLƏRİ 
 
M a d d ə   6 .  Abidələrin dövlət qeydiyyatı 
Abidələrin  siyahıya  və  dövlət  qeydiyyatına 
alınmasını,  pasportlaşdırılmasını,  abidələrin  siyahısının 
təsdiqini  və  daşınmaz  abidələrin  xəritələrinin 
hazırlanmasını  müvafiq  icra  hakimiyyəti  orqanı  həyata 
keçirir. 


Günel  Nazim  qızı  Hacıyeva 
 
118 
M a d d ə   7 .  Abidələrin əhəmiyyət dərəcələri 
 
Abidələr  dünya,  ölkə  və  yerli  əhəmiyyətli  abidələrə 
bölünür. 
Abidələrin  əhəmiyyət  dərəcələrinə  görə  bölgüsünü 
Azərbaycan  Elmlər  Akademiyasının  rəyi  əsasında 
müvafiq  icra  hakimiyyəti  orqanı  beynəlxalq  normalara 
uyğun aparır, tərtib və təsdiq edir. 
Təsdiqlənmiş siyahıya daxil edilmiş abidənin həmin 
siyahıdan çıxarılmasına yol verilmir. 
Dünya  əhəmiyyətli  abidələrin  siyahısı  müvafiq 
beynəlxalq təşkilatlara təqdim edilir. 
M a d d ə   8 .   Azərbaycan  Respublikasının 
ərazisindən  kənarda  yerləşən 
Azərbaycana  aid  abidələrin 
qeydiyyatı 
 
Azərbaycan  Respublikasından  kənarda  yerləşən 
Azərbaycana  aid  abidələrin  müvafiq  icra  hakimiyyəti 
orqanı  xüsusi  siyahı  tərtib  etməklə  dövlət  qeydiyyatına 
alır,  onların  qorunması,  bərpası  ilə  bağlı  problemlərin 
həllində  abidələrin  yerləşdiyi  ölkələrin  müvafiq 
orqanları ilə əməkdaşlıq edir. 
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
119 
I I I   f ə s i l  
ABİDƏLƏRİN QORUNMASININ DÖVLƏT 
TƏMİNATI 
 
M a d d ə   9 .  Abidələrin qorunması, 
öyrənilməsi, bərpası və 
konservasiyasının 
maliyyələşdirilməsi 
 
Abidələrin  qorunması,  öyrənilməsi,  bərpası  və 
konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən 
ayrılan  vəsaitlər,  fiziki  və  hüquqi  şəxslərin  maliyyə 
yardımları və ianələri hesabına maliyyələşdirilir. 
M a d d ə   1 0 .  Abidələrin toxunulmazlığı 
 
Abidələrin  bədii-estetik  görkəminin  dəyişdirilməsi, 
uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, 
inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. 
M a d d ə  
1 1 .   Mülkiyyətində  və  ya 
istifadəsində  abidələr  olan  fiziki  və  hüquqi 
şəxslərin vəzifələri və məsuliyyəti 
 
Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki 
və  ya  hüquqi  şəxslər  abidələrin  qorunması,  tədqiqi  və 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə