Azərbaycan respublikasinin prezidenti



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə29/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
125 
Dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya və 
ölkə əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-
ayrı hissələrinin icarəyə verilməsi qadağandır. 
Dövlət  və  ya  bələdiyyə  mülkiyyətində  olan  yerli 
əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi 
mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-
ay
rı  hissələri  müqavilə  əsasında  elmi,  mədəni,  dini, 
xidmət  və  turizm  məqsədləri  üçün  qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada icazəyə verilə bilər. 
Abidələri  və  ya  onların  ayrı-ayrı  hissələrini  icazəyə 
götürənlər  onların  həcm  kompozisiyasını,  xarici 
görünü
şünü,  konstruktiv  elementlərini  dəyişdirməməli, 
istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat 
işləri  zamanı  arxeoloji  abidələrdə  mədəni  təbəqənin 
korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya 
onların  ayrı-ayrı  hissələrində  təmir,  konservasiya  və 
bərpa  işləri  icazəçinin  vəsaiti  hesabına  müvafiq  icra 
hakimiyyəti  orqanının  və  mütəxəssislərin  nəzarəti  ilə 
aparıla bilər. 
Abidələrdən  və  ya  onların  ayrı-ayrı  hissələrindən 
icazə  qaydaları  və  şərtləri  tərəflər  arasında  bağlanmış 
müqavilə  ilə  müəyyən  olunur.  Müqavilə  şərtləri 
pozularsa,  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada 
müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir. 
 
 


Günel  Nazim  qızı  Hacıyeva 
 
126 
V   f ə s i l  
ABİDƏLƏRİN TƏDQİQİ 
 
M a d d ə   2 0 .  Arxeoloji abidələrin tədqiqi 
 
 
Azərbaycan Respublikası ərazisində arxeoloji qazıntı 
işləri  aparmaq  üçün  icazə  Azərbaycan  Elmlər 
Akademiyası  tərəfindən  verilir  və  müvafiq  icra 
hakimiyyəti orqanında qeydə alınır. 
Qazıntı  mövsümü  başa  çatdıqdan  sonra  aparılmış 
tədqiqat  işləri  barədə  hesabat  müvafiq  icra  hakimiyyəti 
orqanına  və  Azərbaycan  Elmlər  Akademiyasına  təqdim 
edilir. 
Azərbaycan  Respublikası  ərazisindəki  abidələrin 
tədqiqi  üçün  xarici  elmi  müəssisə  və  alimlərlə  birgə 
ekspedisiyalar təşkil edilə bilər. Xarici elmi müəssisələr 
və  alimlər  abidələrin  tədqiqi  üçün  vəsait  ayıra  bilərlər. 
Bir
gə  ekspedisiyanın  rəhbərini  Azərbaycan  Elmlər 
Akademiyası təyin edir. 
Qazıntı  zamanı  aşkar  olunmuş  arxeoloji  materiallar 
dövlət  mülkiyyətinə  keçir  və  xüsusi  fondlarda  və 
muzeylərdə saxlanılır. 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
127 
M a d d ə   2 1 .  Memarlıq abidələrinin və digər 
abidələrin tədqiqi 
 
Me
marlıq  abidələri  və  digər  abidələr  Azərbaycan 
Elmlər Akademiyası, elmi-tədqiqat və lahiyə institutları, 
abidələrin qorunması və bərpası məqsədini güdən ictimai 
biliklər  və  ixtisaslı  mütəxəssislər  tərəfindən  tədqiq 
olunur. 
Tədqiqat  işlərinə  başlamazdan  əvvəl bu haqda 
müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan 
yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin 
aparılması qadağandır. 
Azərbaycan  Respublikasının  sərhədlərindən  kənarda 
mövcud olan 
Azərbaycan  milli  memarlıq  abidələrinin 
tədqiqi və öyrənilməsi üçün icazə alınması dövlətlərarası 
müqavilələr əsasında həll edilir. 
M a d d ə   2 2 .  Abidə qoruqlarının 
yaradılması 
 
Xüsusi  əhəmiyyət  kəsb  edən  arxeoloji,  etnoqrafik, 
memarlıq,  şəhərsalma  və  digər  komplekslər    müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən qoruq elan edilir. 
Qoruq  ərzisində müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi xüsusi rejim tətbiq edilir. 


Günel  Nazim  qızı  Hacıyeva 
 
128 
M a d d ə   2 3 .  Abidələrin qoruq zonaları 
 
Abidələrin  təhlükəsizliyini,  onların  funksional 
təyinatını,  memarlıq-estetik  görünüşünü  və  uzun 
ömürlülüyünü  təmin  etmək  məqsədilə  mütəxəssislərin 
rəyi  nəzərə  alınmaqla  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən abidələrin qoruq zonası yaradılır. 
M a d d ə   2 4 .  Abidlərin köçürülməsi və 
yerinin dəyişdirilməsi 
 
D
ünya  və  ölkə  əhəmiyyətli  abidələr  təbii  fəlakət  və 
digər zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının 
qərarına 
əsasən 
mütəxəssislərin 
iştirakı 
ilə 
köçürülməlidir. 
Yerli  əhəmiyyətli  abidələr  müvafiq  icra  hakimiyyəti 
orqanının icazəsi ilə köçürülə bilər. 
Abidələrin  köçürülməsi  və  yerinin  dəyişdirilməsi 
mütəxəssislərin nəzarəti altında həyata keçirilir. 
 
V I   f ə s i l  
MÜHAFİZƏ MƏQSƏDİLƏ ABİDƏLƏRDƏ 
APARILAN İNŞAAT-MÖHKƏMLƏNDİRMƏ 
VƏ ABADLIQ İŞLƏRİ 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
129 
M a d d ə   2 5 .  Mühafizə məqsədilə 
abidələrdə inşaat-
möhkəmləndirmə və abadlıq 
işlərinin aparılması 
 
Dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  abidələrdə 
aparılan  inşaat-möhkəmləndirmə  və  abadlıq  işləri 
onların  konservasiyası,  təmiri,  bərpası,  rekonstruksiyası 
və  regenerasiyası  haqqında  müvafiq  icra  hakimiyyəti 
orqanının  qərarı  əsasında  dövlət  və  yerli  büdcələrin 
vəsaitləri  hesabına  aparılır.  Xüsusi  mülkiyyətdə  olan 
abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti 
orqanının  razılığı  ilə  mülkiyyətçinin  vəsaiti  hesabına 
aparılır. 
Abidələrin  konservasiyası  fiziki-mexaniki  və  fiziki-
kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların 
açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, 
abidələri  yeraltı  suların  dağıdıcı  təsirindən  qorumaq 
məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını 
və çəpərlənməsini təmin etməkdən ibarətdir. 
Abdələrin  təmiri  və  bərpası  onların  zədələnmiş  və 
itirilmiş  hissələrinin  abidənin  konstruksiyasına,  həcm-
planlaşma  həllinə,  xarici  və  daxili  görünüşünə  xələl 
gətirmədən  təmir  edib  ilkin  halına  gətirməkdir. 
Abidələrin  bərpasına  dair  layihə  müvafiq icra 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə