Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə30/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
130 
hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edildikdən  sonra 
aparılır. 
Abidələrin  rekonstruksiyası  dövrümüzə  gəlib 
çatmayan  abidələrin  rəvayətlərə,  rəsmlərə,  qravyuralara 
əsasən  tərtib  olunmuş  layihələri  üzrə  zərurət  olduqda 
abidənin yenidən qurulmasıdır. 
Abidələrin  regenerasiyası  onların  daxili  və  xarici 
görünüşünü  dəyişmədən,  konstruksiyaların  daxilində 
müasir  inşaat  materiallarından  və  üsullarından  istifadə 
etməklə  abidələrin  ilkin  həcm-plan  həllinin  bərpasıdır. 
Abidənin  istismarında  müasir  avadanlıqlardan  və 
mühəndis kommunikasiyalarından istifadə edilə bilər. 
M a d d ə   2 6 .   Abidələrdə  aparılan  inşaat-
möhkəmləndirmə  və  abadlıq 
işlərinə  nəzarət  və  görülən 
işlərin 
dəyərinin 
icraçıya 
ödənilməsi qaydası 
 
Abidələrdə  görülən  inşaat-möhkəmləndirmə  və 
abadlıq işləri layihə müəllifinin (müəlliflərinin) nəzarəti 
altında aparılır. 
Görülən  işlərin  dəyəri  qanunvericilikdə  nəzərdə 
tutulmuş qaydada ödənilir. 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
131 
M a d d ə   2 7 .   Qoruqlarda  və  abidələrin 
mühafizə  zonalarında  abadlıq 
işlərinin aparılması 
 
Qoruq  zonalarında  mühafizə  məqsədilə  inşaat  və 
abadlıq  işləri  aparılarkən  qoruğun  və  qoruq  zonasının 
sərhədi,  abidələrin  konfiqurasiyası  dəyişdirilməməli, 
ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmalıdır. 
Qoruq  zonalarının  yalnız  boş  yerlərində  küçə 
şəbəkələrini və abidələrini plan konfiqurasiyasını, həcm-
məkan  kompozisiyasını  pozmadan  və  onların  memarlıq 
dəyərinə  və  üslubuna  xələl  gətirmədən  yenidənqurma 
işləri aparıla bilər. 
Arxeoloji və başqa qazıntılar qoruğun boş hissəsində 
abidələrə  zərər  yetirmədən  aparılmalıdır.  Aşkar  edilən 
abidə,  əşya  və  ya  başqa  tapıntının  koordinatları  və 
vəziyyəti qeyd edilməli, fotosu və ya rəsmi çəkilməlidir. 
 
V I I   f ə s i l  
ABİDƏLƏRİN QORUNMASI HAQQINDA 
QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ 
MƏSULİYYƏT 


Günel  Nazim  qızı  Hacıyeva 
 
132 
M a d d ə   2 8 .  Abidələrin qorunması 
haqqında qanunvericiliyin 
pozulmasına görə məsuliyyət 
 
Abidələrin  qorunması  haqqında  Azərbaycan 
Respublikası 
qanunvericiliyini 
pozan 
şəxslər 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 
olaraq  cinayət,  inzibati,  intizam  və  mülki  məsuliyyət 
daşıyırlar. 
M a d d ə   2 9 .  Abidələrə vurulan zərərin 
ödənilməsi 
 
Abidələrə  vurulan  zərərin  ödənilməsi  Azərbaycan 
Respublikası  mülki  qanunvericiliyinə  uyğun  olaraq 
həyata  keçirilir.  Ödənilmiş  vəsait  abidənin  bərpası, 
tədqiqi 
və 
ya 
qorunması 
tədbirlərinin 
maliyyələşdirilməsinə yönəldilir. 
 
V I I I   f ə s i l  
YEKUN MÜDDƏALAR 
 
    M a d d ə   3 0 .  Abidələrin qorunması                
                               sahəsində beynəlxalq hüquq      
                               aktlarının qüvvəsi 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
133 
Azərbaycan  Respublikası  Konstitusiyasının  151-ci 
maddəsinə 
görə 
bu 
Qanunla 
Azərbaycan 
Respublikasının 
tərəfdar 
çıxdığı 
dövlətlərarası 
müqavilələr  arasında  ziddiyyət  yaranarsa,  həmin 
beynəlxalq müqavilələr tətbiq edilir. 
 
M a d d ə   3 1 .  Abidələrin elmi tədqiqi, 
bərpası, rekonstruksiyası, 
konservasiyası və 
regenerasiyasında beynəlxalq 
təşkilatların iştirakı 
 
Azərbaycan  Respublikasının  ərazisindəki  abidələrin 
elmi tədqiqi, bərpası, regenerasiyası, rekonstruksiyası və 
konservasiyasında  müvafiq  beynəlxalq  təşkilatlar 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 
orqanının razılığı ilə iştirak edə bilərlər. 
 
M a d d ə   3 2 . Müvəqqəti işğal zonalarında 
qalmış abidələrin bərpası və 
qorunması 
 
Müvəqqəti  işğal  zonalarında  qalmış  abidələrin 
yenidən  tədqiqi  və  bərpası  üçün  həmin  ərazilər  azad 
edildikdən sonra təxirəsalınmaz tədbirlər görülür.  
 


Günel  Nazim  qızı  Hacıyeva 
 
134 
MEMARLIQ FƏALİYYƏTİ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
 
Bu  Qanun  cəmiyyətin  və  insanın  həyatı,  fəaliyyəti, 
maddi  və  mənəvi  tələbatının  təmin  edilməsi  üçün 
göstərilən  peşəkar  memarlıq  yaradıcılığı  fəaliyyətini 
tənzimləyir. 
I   f ə s i l  
ÜMUMİ MÜDDƏALAR 
 
M a d d ə   1 .  Əsas anlayışlar 
Bu  Qanunda  istifadə  edilən  anlayışlar  aşağıdakı 
mənaları ifadə edir: 
memarlıq  fəaliyyəti  —  memarlıq  əsəri  yaradan 
şəxslərin  (memarların)  peşəkar  fəaliyyəti  olaraq 
memarlıq  layihəsinin  hazırlanmasına  və  həyata 
keçirilməsinə müəllif  nəzarəti, tikinti, yenidənqurma və 
bərpa  layihə  sənədlərinin  hazırlanmasında  ümumi 
əlaqələndirmə,  memarlıq  sahəsində  elmi  tədqiqatları  və 
tədris,  habelə  müvafiq  icra  hakimiyyəti  orqanlarında 
şəhərsalma  və  memarlıq  məsələləri  ilə  məşğul  olan 
bölmələrin  (idarələrin,  şöbələrin),  şəhər  və  rayon  baş 
memarlarının fəaliyyəti; 
memarlıq  obyekti  —  binalar,  tikililər  və  onların 
kompleksləri,  interyerləri,  memarlıq  layihəsi  əsasında 
yaradılan  bağlar,  parklar,  kurortlar  və  digər  istirahət 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə