Azərbaycan respublikasinin prezidenti



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə33/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   28   29   30   31   32   33   34   35   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
144 
uyğun  olaraq  müəlliflik  hüququnun  pozulmasının 
qarşısını almaq üçün tədbirlər görür. 
 
M a d d ə   1 3 .   Memarlıq obyektində 
dəyişikliklərin aparılması 
Memarlıq obyektində dəyişikliklər obyektin istifadəsi 
üçün  bağlanmış  müqavilə  əsasında  qanunvericiliyə 
uyğun olaraq həyata keçirilir. 
Dövlət  qeydiyyatında  olan  tarix  və  mədəniyyət 
abidələrinin yenidən qurulması, bərpası və təmiri, qoruq 
zonalarındakı  obyektlərdə  təmir  və  yenidənqurma  işləri 
müvafiq qanunvericiliyə uyğun aparılır. 
 
M a d d ə   1 4 .   Bu Qanunun pozulmasına    
                              görə məsuliyyət 
Bu Qanunun pozulmasına görə təqsiri olan fiziki və 
hüquqi 
şəxslər 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 
 
 
 
 
 
 
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
145 
 
 
 
 
 
 
 
 
BƏZİ MEMARLIQ  
TERMİNLƏRİ  LÜĞƏTİ 
 
 
 
 
 
 
 
 


Günel  Nazim  qızı  Hacıyeva 
 
146 
 
 
 
 
 
 
 
 
BƏZİ MEMARLIQ  
TERMİNLƏRİ  LÜĞƏTİ 
 
 
 
 
 
 
 
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
147 
1.  Abaka – sütun başlanğıcının tava şəklində üst hissəsi 
2.  Abidə – sənət və tarixi dəyəri olan tikinti, şəxsiyyət 
və hadisələrin şərəfinə yaradılan memarlıq əsəri 
3.  Abris  –  
çevrə, kontur 
4. Absida  – 
dini  və  ictimai  binanın  bir  hissəsi.  Planda 
y
arımdairəvi,  çoxtərəfli  və  təsadüfi  hallarda  düzbucaqlı 
formada olur. 
5. Akveduk  – 
çay,  dərə  və  s.  üzərində  körpü  şəklində 
çəkilən su kəməri 
6.  Ansambl – 
uyğunluq 
7. Arabesk  – 
həndəsi  fiqurlardan  mürəkkəb  ornament, 
bəzək, naxış, şəbəkə 
8. Arxitektonika – 
binanın hissələri arasındakı uyğunluq 
9. Arxivolt  – 
tağın  profillə  və  yaxud  hörgü  ilə 
çərçivələnən hissəsi 
10.  Baza – 
təməl, (sütunaltı) özül 
11. Came-
əl-Cami – müsəlman ölkələrində, o cümlədən 
Azərbaycanda  Cümə  məscidi  “Məscidi  əlCami”, 
“Məscidi-ədinə”  də  adlanır.  Ümumiyyətlə,  həcmi 
planlaşdırma həlli böyük olan məscidə“came” deyilir. 
12. Dəstəmazxana – namaz qılmazdan əvvəl qüsl etmək 
üçün yer 
13.  Ərəb  memarlığı  –  dünya  memarlığında  xüsusi  yeri 
olan  memarlıq.  Dünyada  islamın  meydana  gəlməsi, 
yayılması  və  inkişafı  ilə  əlaqədar  olaraq  müsəlman 


Günel  Nazim  qızı  Hacıyeva 
 
148 
ölkələrində  və  müsəlmanların  məskunlaşdığı  ərazilərdə 
memarlıq da yaranıb inkişaf etdi. 7-ci əsrdən başlayaraq 
islam  dininin  təriqət  qanunlarının,  ayinlərin  icrası  üçün 
məscidlərin tikintisinə başlandı. İlk məscidi Məhəmməd 
Peyğəmbər  (s)  623-cü  ildə  Mədinədə  tikmişdir.  Sonra 
Bəsrədə  (635),  Kufədə  (638),  Dəməşqdə  (8-ci  əsr), 
Qüdsdə  (687-691), Kordovada (8-10-cu  əsrlər), 
Qahirədə  (9-cu  əsr),  Samirədə  (9-cu  əsr),  Əlcəzairdə 
(11-
ci  əsr)  və  başqa  yerlərdə  məscidlər  tikildi.  7-ci 
əsrdən başlayaraq Azərbaycanda da ərəb mədəniyyətinin 
tərkib hissəsi kimi məscid, minarə, xanəgah, türbə və s. 
tikilməsinə başlandı. 
Naxçıvan,  Təbriz,  Bakı,  Marağa  və  başqa  şəhərlərdə 
ərəb-Azərbaycan  memarlığının  ən  gözəl  əsərləri 
yaradılmışdır. 
14. 
Fəramüğxana  –  dərviş  oyunlarında  zikr  göstərilən 
binanın adı 
15. Günbəz – binaların üstünü örtmək üçün işlədilən ən 
qədim  konstruksiyalardan  biri.  Daşların  və  kərpiclərin 
maili  şəkildə  qoyulması  ilə  əlaqədar  olaraq,  günbəz 
yuxarı  getdikcə  daralır  və  beləliklə,  xırda  daşlar 
vasitəsilə böyük boşluğun üstünü örtmək mümkün olur.   
Azərbaycan,  İran,  Türkiyə,  Orta  Asiya,  Ərəbistan 
məscidlərinin  günbəzləri  dünya  memarlığının  ən  nadir 
incilərindən  sayılır.  Ayasofiya,  Süleymaniyyə,  Sultan 
Əhməd  cameləri  (Türkiyə),  Kazımiyyə  kompleksi 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
149 
(Bağdad), Əli türbəsi (Nəcəf), Abbas türbəsi (Kərbəla), 
İmam  Rza  məqbərəsi  (İran),  Kuri-Əmir  türbəsi 
(Səmərqənd),  Təzə  Pir,  Göy  məscid,  Gəncə  Cümə 
məscidi  (Azərbaycan),  Sultan  Səncər  türbəsi  (Mərv)  və 
s. abidələrin günbəzləri dünyada məşhurdur. 
16.    Hərəmgah  –  müqəddəslərin  dəfn  olunduğu  yer, 
türbə, məqbərə, məscid, kənd, şəhər 
17.  İbadətgah,  ibadətxana  –  müsəlmanların  ibadət 
etdikləri məscid, məbəd, pir və s.-nin adı. 
18.   İnteryer – binanın içərisi, iç görünüşü 
19.  Kalliqrafiya – bax 
xəttatlıq 
20.  Karkas – 
binanın gövdəsi 
21.  Karniz – 
binalarda divarın səthindən irəli çıxan çox 
profilli kəmər 
22.  Kağı – bişmiş gil təbəqəsi və yaxud kərpic üzərinə 
çəkilmiş şüşəvari, minaya oxşayan parlaq maddə 
23. Kəckarlıq – dekorativ sənət növü, kəc üzərində bədii 
oyma  və  kəcdən  tökmə  üsulu  ilə  bədii-memarlıq 
elementlərinin  hazırlanması.  Kəc  məhlulu  divara  suvaq 
kimi  çəkilir,  naxışlar  onun  hazırlanmış  səthində  (yaş 
suvaq  üzərində)  oyulur.  Memarlıq  bəzəklərinin 
emosionallığını  artırmaq  üçün  kəckarlıqda  bəzən 
boyalardan  da  istifadə  edilir.  Bu  məqsədlə  kəcin 
oyulmuş yerləri parlaq tempera ilə rənglənir. 
24.    Kitabə  –  Şərq, həmçinin  Azərbaycan memarlıq  və 
təsviri sənətində üzərində yazı həkk olunmuş daş lövhə. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə