Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə34/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   28   29   30   31   32   33   34   35   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
150 
Qədim  dövrlər,  xüsusən  orta  əsrlərə  aid  epiqrafik 
abidələrin  və  kitabələrin  bir  çoxu  dini  məzmunlu 
ehkamlardan ibarətdir. 
25. Kompozisiya – 
incəsənətdə əsas ifadə vasitələrindən 
biri. Memarlıqda binanın əsas hissələrinin 
qarşılıqlı  vəziyyətini  müəyyənləşdirən  sxemdir. 
Kompozisiyanın  ən  geniş  yayılmış  qanunlarından  biri 
simmetriyanın, yəni mərkəzə nisbətən binanın sağ və sol 
tərəflərinin eyni olmasıdır. 
26.  Konxa  – 
yarımgünbəz. Bəzən planda dairəvi və ya 
kvadrat  formalı  abidələrdə  günbəzaltı  sahəni 
genişləndirmək üçün üç-dörd absidadan istifadə edirlər. 
Bu absidaların yuxarı hissəsi günbəzlə birləşərək dairəvi 
formaya  çevrilir  və  günbəzin  ağırlığını  öz  üzərinə 
götürür. 
27. Kufi xətti – qədim ərəb əlifbasının bir şəkli olub, 14-
15-
ci əsrlərə qədərki abidələrdə işlənilirdi. Kufi 
xəttin başlıca xüsusiyyəti həndəsi düzgünlüklə yazılması 
və düz cizgilərdən istifadə edilməsidir. 
28. Lyunet  – 
tağbənddə,  günbəzdə  və  yaxud  qapı  və 
pəncərə  üstündə  düzəldilən  tağvari  boşluq.  Bu  binanın 
içərisini  işıqlandırmaqla  bərabər  onun  memarlıq 
formasını da zənginləşdirir. 
29. Mavzoley  – 
monumental  qəbirüstü  tikinti.  Buraya 
bəzən sərdabədən başqa memorial zal da daxildir. 
30.  Mayoliks – 
kaşı 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
151 
31. Mehrab – 
məscidlərdə qiblənin istiqamətini göstərən 
memarlıq  elementi.  Adətən  məscid  divarında  oyulmuş 
tağşəkilli  formaya  malik  olur.  Mehrabın  kənarlarını 
ornamentlər,  “Qur’an”  ayələri  və  Allahın  müqəddəs 
adları yazılmış xəttatlıq nümunələrilə bəzəyirlər. Adətən 
mehrabın  düz  qarşısında,  məscidin  döşəməsindən  bir 
qarış  aşağı  səviyyədə  dördbucaqlı  formaya  malik  kiçik 
bir yer olur. Camaa
t namazına başçılıq edən şəxs (imam) 
həmin  yerdə  namaz  qılır.  Mədinə,  Dəməşq,  İstanbul, 
Qahirə,  İsfahan  və  s.  kimi  şəhərlərdəki  qədim 
məscidlərin  mehrabı  əsl  memarlıq  incisi  sayılır.  Bir 
yerdən  başqa  yerə  aparıla  bilən  mehrablar  da  olur. 
“Qur’an”ın  34  və  38-ci  surələrində  adı  çəkilir. 
Məscidlərdə mehrabın olması tarixi dəqiq olmasa da, 7-
ci  əsrin  sonlarında  mehrab  vacib  olmuşdur.  Bəzi 
məscidlərdə,  xüsusilə  də  camelərdə  bir  neçə  mehrab 
düzəldilir. 
32. Məbəd – islamda dini ayinlərin, mərasimlərin icrası, 
ibad
ət edilməsi məqsədilə əlaqədar tikili. İslam dünyası, 
o  cümlədən  Azərbaycan  məscidləri,  ibadətgahları, 
məbədləri  milli  memarlıq  nümunələrini  özündə  əks 
etdirir.  Əhəmiyyətinə  görə  məbədlərin  icra  etdiyi  dini 
məzmun daha böyük mənalar kəsb edir. 
33.  Mədrəsə – ibtidai məktəbin ikinci mərhələsini təşkil 
edən  tədris  müəssisəsi.  İslamın  yayıldığı  ölkələrdə  ilk 
mədrəsələr  təqribən  10-cu  əsrdə  yaradılmış,  ilk  belə 


Günel  Nazim  qızı  Hacıyeva 
 
152 
məktəblər Xorasanda və Mavərənnəhrdə təsis edilmişdir. 
11-
ci  əsrdən  başlayaraq  mədrəsə  əsas  tədris  müəssisəsi 
hesab edilmişdir. 
34.  Məhlul – divar daşlarını və ya kərpiclərini bir-birinə 
bərkitmək üçün hazırlanmış horra (qarışıq) 
35.  Məqbərə – bax türbə, mavzoley 
36. Məscid – müsəlman ibadətgahı, Allaha səcdə yeri.     
      
Bir  qayda  olaraq  dəstəmaz  almaq  üçün  nəzərdə 
tutulmuş  həyətdən  və  bir  o  qədər  də  bəzəyi  olmayan 
içəri  otaqdan  ibarət  olur.  Burada  müsəlmanlar  namaza 
durur, ruku və səcdə edirlər. Cümə günləri xüsusi cümə 
namazları  qılınır  və  dini  icmanın  başçısı  olan  imam 
xütbə  oxuyur.  İlk  məscidi  Məhəmməd  Peyğəmbər  (s) 
Mədinədə 623-cü ildə öz evinin yaxınlığında səmti (üzü) 
Kəbəyə (qibləyə) tərəf inşa etmişdir. Qübə məscidi 630-
cu  ildə  Kəbə  ətrafı  və  həyəti  ilə  birlikdə  məscid 
adlanmışdır.  Məkkədəki  məscid  bütün  dünyada 
“Məscidül-Həram” (“Beytullah”, yəni “Allahın evi”) adı 
ilə  məşhurdur  və  müsəlman  aləmində  ən  müqəddəs 
məscid  hesab  edilir.  Sonralar  Yaxın  və  Orta  Şərq, 
Suriya, İran, Orta Asiya, Azərbaycan, Türkiyə və başqa 
ölkələrdə  də  məscidlərin  tikintisinə  başlandı.  7-8-ci 
əsrlərdə  inşası  bir  qədər  də  genişləndi.  Tikilən 
məscidlərdə  mehrab,  hücrə  yerləşdirildi.  Dünya 
memarlığında istər möhtəşəmliyinə, istərsə də memarlıq 
və bəzək işlərinə görə bunlar əsl memarlıq abidələridir. 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
153 
37.  Minarə  –  İslam  memarlığında  müqəddəs  abidənin 
bir  hissəsi,  müsəlmanları  ibadətə  səsləyən  azan  qülləsi. 
İlk minarə Bəsrə, Fustat (Bağdad) və Dəməşqdə (Şamda) 
Əməvilər məscidində tikilmişdir. 13-cü əsrdən yalnız bir 
minarəli  məscidlər  tikilirdi  ki,  minarə  ondan  aralı  inşa 
edilirdi  (dörd  minarəli  Məkkə  məscidi  istisna 
olunmaqla). 14-
cü  əsrdə  İranda  və  Orta  Asiyada, 
sonralar Misirdə və Yəməndə qoşa minarəli məscidlərin 
tikintisinə  başlanmışdır.  Minarələrin  iki  növü  vardır: 
dairəvi  və  düzbucaqlı  formalı  minarələr.  Məscidin 
minarəsinə  çıxmaq  üçün  əvvəllər  xaricdən,  sonradan 
daxild
ən pilləkənlər qoyulurdu. Hazırda Türkiyədə bəzi 
məscidlərin  minarələrinə  lift  quraşdırılır.  Azərbaycanda 
da bir, iki və dörd minarəli məscilər vardır. 
38. Minbər – məscidin bir elementi. Moizə edən şəxsin 
oturması  üçün  nəzərdə  tutulur.  Hamı  tərəfindən 
gör
ünsün  deyə  minbər  məscidin  səthindən  bir  qədər 
yuxarıda qurulur. Moizə edən şəxs pilləkənlərlə minbərə 
qalxır.  Üçdən  başlayaraq  onlarla  pilləsi  olan  minbərlər 
vardır.  Adətən  minbər  məscidin  qiblə  divarına  bitişik, 
mehrabın  sağ  tərəfində  olur.  Məkkə,  Mədinə,  Qahirə, 
İsfahan,  İstanbul,  Dəməşq  kimi  iri  şəhərlərin 
məscidlərini  bəzəyən  qədim  minbərlər  İslam 
mədəniyyətinin  incilərindən  sayılır.  İlk  minbərdə  628-
629-
cu illərdə Məhəmməd Peyğəmbər (s) əyləşib xütbə 
oxumuşdur. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə