Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə28/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
120 
onlardan  istifadə  edilməsi  qaydalarına  ciddi  əməl 
etməlidirlər. 
Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki 
və  ya  hüquqi  şəxslər  abidələrin  salamatlığına  görə 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə 
tutulmuş məsuliyyət daşıyırlar. 
M a d d ə   1 2 .  Qoruq sərhədi daxilində və 
mühafizə zonalarında dövlət 
əhəmiyyətli inşaat və mühəndis 
kommunikasiya işləri 
görülərkən abidələrin 
qorunması 
 
Qoruq  sərhədi  daxilində  və  mühafizə  zonalarında 
abidlər  üçün  hər  hansı  təhlükə  yarada  bilən  dövlət 
əhəmiyyətli  inşaat  və  mühəndis  kommunikasiya  işləri 
müvafiq icra ha
kimiyyəti orqanlarının razılığı ilə görülə 
bilər.  Həyata  keçirilən  təhlükəsizlik  tədbirləri  inşaat 
işlərini 
aparan 
subyektin 
vəsaiti 
hesabına 
maliyyələşdirilir. 
Abidələrə  yaxın  olan  və  ya  onların  mühafizə 
zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin 
hərəkəti  abidələrin  qorunması  üçün  təhlükə  yaradarsa, 
müvafiq  icra  hakimiyyəti  orqanı  onların  hərəkətini 
məhdudlaşdıra və ya qadağan edə bilər. 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
121 
M a d d ə   1 3 .  İnşaat və digər təsərrüfat işləri 
görülərkən aşkar edilən 
abidələrin qorunması 
 
İnşaat  və  digər  təsərrüfat  işləri  görülərkən  abidə 
aşkar  edilərsə,  dərhal  işlər  dayandırılmalı,  bu  barədə 
müvafiq  icra  hakimiyyəti  orqanlarına  və  Azərbaycan 
Elmlər  Akademiyasına  məlumat  verilməlidir.  Bu  halda 
inşaat  və  digər  təsərrüfat  işləri  mütəxəssislərin  rəyi 
nəzərə  alınmaqla  yalnız  müvafiq  icra  hakimiyyəti 
orqanının və Azərbaycan Elmlər Akademiyasının icazəsi 
ilə davam etdirilə bilər. 
İnşaat  və  digər  təsərrüfat  işləri  tarixi  və  arxeoloji 
əhəmiyyət  kəsb  edən  zonada  aparılırsa,  həmin  ərazi 
əvvəlcədən  mütəxəssislər  tərəfindən  nəzərdən  keçirilir 
və  abidələrin  ilkin  tədqiqi  təmin  edilir.  Müvafiq  icra 
hakimiyyəti  orqanı  həmin  işlər  aparılan  yerdə  öz 
nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edir. 
M a d d ə   1 4 .  Yeni inşaat sahələrində 
arxeoloji tədqiqatlar 
 
Magistral mühəndis kommunikasiyalarının (neft, qaz 
kəmərlərinin  və  s.)  çəkilişi  zamanı,  hektardan  çox 
ərazini  əhatə  edən  sahələrdə  inşaat  işləri  aparılarkən 
texniki-
iqtisadi  əsaslandırma  mərhələsində  bu  işləri 
həyata keçirən təşkilat tərəfindən görüləcək işlər barədə 


Günel  Nazim  qızı  Hacıyeva 
 
122 
müva
fiq  icra  hakimiyyəti  orqanına  və  Azərbaycan 
Elmlər  Akademiyasına  müraciət  edilməli  və  abidələrin 
ilkin axtarış işlərinin aparılması üçün vəsait ayrılmalıdır. 
Həmin  zonada  arxeoloji  abidə  aşkar  olunarsa, 
müvafiq  icra  hakimiyyəti  orqanının  icazəsi  olmadan  və 
lazımi  elmi  tədbirlər  görülmədən  inşaat  və  təsərrüfat 
işlərinin aparılmasına yol verilmir. 
M a d d ə   1 5 .  Dəfinələrdə aşkar edilmiş və ya 
tapılmış abidələrin müqəddəratı 
 
Dəfinələrdə  aşkar  edilmiş  və  ya  tapılmış  abidələr 
dövlətə  təhvil  verilməlidir.  Dövlətə  təhvil  verilmiş 
abidələrə  görə  dəfinəni  aşkar  etmiş  və  əşyanı  tapmış 
şəxsə 
Azərbaycan 
Respublikasının 
mülki 
qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  mükafat 
verilir. 
Təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisi və 
ya istifadəçisi abidə haqqında müvafiq icra hakimiyyəti 
orqanına  məlumat  verməlidir.  Təsadüfən  aşkar  edilmiş 
abidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət 
qeydiyyatına alınmalı və abidənin elmi sənədləşdirilməsi 
təmin edilməlidir. 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
123 
M a d d ə   1 6 .  Abidələrin xaricə aparılması və 
geri qaytarılması 
 
Daşınar abidələrin elmi-təbliğat və mədəni mübadilə 
məqsədilə  Azərbaycan  Respublikasından  xaricə 
müvəqqəti  aparılması  yalnız  müvafiq  icra  hakimiyyəti 
orqanının  icazəsi  ilə  həyata  keçirilə  bilər.  Bu 
məqsədlərlə  abidələrin  müvəqqəti  ölkədən  çıxırılması 
üçün  müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük 
orqanlarına yazılı təqdimat verməlidir. 
Xaricə  müvəqqəti  aparılmış  abidələrin  geri 
qaytarılmaması qadağandır. 
Azərbaycan  Respublikasından  xaricə  qanunsuz 
aparılmış  abidələrin  axtarışını,  tapılmasını  və  geri 
q
aytarılmasını müvafiq icra hakimiyyəti orqanları həyata 
keçirir. 
M a d d ə   1 7 .  Abidələrin mülki 
dövriyyəsinin xüsusiyyətləri 
 
Dövlət  mülkiyyətində  olan  dünya  və  ölkə 
əhəmiyyətli daşınar abidələrin satılması qadağandır. 
Daşınar abidələr alındıqda və ya satıldıqda bu barədə 
müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. 


Günel  Nazim  qızı  Hacıyeva 
 
124 
M a d d ə   1 8 .   Müharibə,  fövqəladə  vəziyyət 
və  silahlı  münaqişə  zamanı 
abidələrin qorunması  
 
Döyüş  təhlükəsi  olan  ərazilərdən  və  döyüş 
zonalarından  daşınar  abidələrin  köçürülməsini  müvafiq 
ic
ra  hakimiyyəti  orqanı  həyata  keçirir.  Fövqəladə 
hallarla  əlaqədar  olaraq  daşınar  abidələr  onların  məhv 
edilməsi,  oğurlanması  və  ya  korlanması  təhlükəsi 
qarşısında  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə bilər.  
Dövlət işğalçı tərəfindən qənimət kimi ələ keçirilmiş 
abidələr  haqqında  beynəlxalq  təşkilatlar  qarşısında 
məsələ  qaldırır  və  onların  qaytarılması  və  bərpası  üçün 
tədbirlər görür. 
Abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz. 
 
I V   f ə s i l  
ABİDƏLƏRDƏN İSTİFADƏ QAYDALARI 
 
   M a d d ə   1 9 .  Dövlət və ya bələdiyyə   
                                mülkiyyətində olan abidələrdən              
                                istifadə qaydaları və şərtləri 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə