Azərbaycan respublikasinin prezidenti



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə31/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   28   29   30   31   32   33   34   35   36

AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
135 
yerləri,  memarlıq  abidələri,  memarlıq  sahəsində  elmi 
tədqiqatların  nəticələri,  xatirə  abidələri  və  onların 
kompleksləri; 
memarlıq  layihəsi  —  memarlıq  obyektinin 
yaradılması üçün hazırlanan, memarlıq obyektinin həcm-
məkan  quruluşunu  və  bədii  həllini  müəyyənləşdirən 
ümumi  layihə  sənədlərinin  (memarlıq  obyekti 
layihəsinin) memarlıq hissəsi; 
memarlıq-planlaşdırma  tapşırıqları  —  memarlıq 
obyektinin  yaradılması  üçün  müvafiq  ərazi  (şəhər, 
rayon)  memarlıq-planlaşdırma  orqanı  tərəfindən 
sifarişçiyə obyektin əsas parametrləri və ayrılmış torpaq 
sah
əsində  yerləşdirilməsinə  dair  tələblər  barədə  verilən 
rəsmi sənəd; 
layihələşdirmə  tapşırığı  —  memarlıq  obyekti 
layihəsinin  hazırlanması  üçün  sifarişçi  tərəfindən 
memara  verilən  və  memarlıq-planlaşdırma  tapşırıqları 
nəzərə alınmaqla tərtib edilən müqavilə sənədi; 
tikintiyə icazə — memarlıq layihəsi mövcud qaydalar 
əsasında  təsdiq  edildikdən  və  müvafiq  icra  hakimiyyəti 
orqanında  qeydiyyatdan  keçdikdən  sonra  həmin  orqan 
tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədi. 


Günel  Nazim  qızı  Hacıyeva 
 
136 
M a d d ə   2 .   Memarlıq  fəaliyyəti  haqqında 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyi 
Memarlıq 
fəaliyyəti 
haqqında 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyi 
Azərbaycan 
Respublikasının  Konstitusiyasından,  bu  Qanundan, 
Azərbaycan  Respublikasının  digər  qanunvericilik 
aktlarından 
və 
tərəfdar 
çıxdığı 
beynəlxalq 
müqavilələrdən ibarətdir. 
Bu  Qanunla  Azərbaycan  Respublikasının  tərəfdar 
çıxdığı  dövlətlərarası  müqavilələr  arasında  ziddiyyət 
yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 
M a d d ə   3 .  Memarlıq fəaliyyəti sahəsində 
dövlətin vəzifələri 
Memarlıq  fəaliyyəti  sahəsində  dövlətin  vəzifələri 
aşağıdakılardır: 
memarlıq  fəaliyyəti  sahəsində  dövlət  siyasətinin 
formalaşdırılması və həyata keçirilməsi; 
memarlıq  və  şəhərsalma  orqanlarının  fəaliyyətinin 
əlaqələndirilməsi; 
memarlıq  fəaliyyəti  sahəsində  normativ-hüquqi 
aktların hazırlanması; 
memarlıq fəaliyyətinə nəzarət. 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
137 
M a d d ə   4 .  Memarlıq obyektinin 
yaradılmasının əsasları və 
qaydaları 
Memarlıq  obyektinin  yaradılması  üçün  sifarişçi 
qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  torpaq 
sahəsinə və obyektin tikintisinə dair icazə və memarlıq-
planlaşdırma tapşırıqları haqqında rəsmi sənəd almalı və 
memarlıq obyekti yaradan şəxsə layihələşdirmə tapşırığı 
verməlidir. 
Memarlıq  layihəsi  yaratmaq  üçün  bağlanmış 
müqavilədə  başqa  şərtlər  nəzərdə  tutulmayıbsa,  həmin 
layihə bir dəfədən artıq istifadə edilə bilməz. 
Müstəsna  hallarda  memarlıq  layihəsi  müəllifinin 
icazəsi  ilə  memarlıq  layihəsindən  və  onun  əsasında 
tikinti  üçün  tərtib  edilmiş  sənədlərdən  müəllifə  və  ya 
onun  varisinə  müəllif  haqqı  ödənilməklə  istifadə  edilə 
bilər. 
Mem
arlıq  obyekti  mövcud  tikinti  norma  və 
qaydalarına,  ərazi-planlaşdırma  layihələrinin  əsas 
müddəalarına,  insanların  ekoloji,  sosial  cəhətdən 
təhlükəsiz  və  rahat  həyat  fəaliyyətinin  təmin  edilməsi 
tələblərinə cavab verməlidir. 
Memarlıq  obyektinin  yaradılması  və  istifadə 
edilməsindən  irəli  gələn,  tərəflərin  maraqlarını,  tələb, 
təklif  və  tövsiyyələrini  əks  etdirən  layihə  tapşırığı 


Günel  Nazim  qızı  Hacıyeva 
 
138 
sifarişçi və memarlıq obyektini yaradan hüquqi və fiziki 
şəxs tərəfindən birgə imzalanır. 
Memarlıq obyektinin layihəsi və layihənin texniki və 
ekoloji  ekspertiza  qaydaları  memarlıq-planlaşdırma 
tapşırıqları  verən  orqanla  razılaşdırılmaqla  mövcud 
qanunvericiliyə  uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən təsdiq edilir. 
M a d d ə   5 .  Memarlıq fəaliyyətinin təminatı 
Memarın  sərbəst  yaradıcılığı,  memarlıq  elminin  və 
təhsilinin  inkişafı,  memarların  hüquqlarının  təmin 
olunması  üçün  müvafiq  icra  hakimiyyəti  orqanı  şərait 
yaradır. 
Hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının 
qanunvericiliyində  müəyyən  olunmuş  qaydada  sərbəst 
memar
lıq fəaliyyəti ilə məşğul ola bilərlər. 
Azərbaycan 
Respublikasının 
dövlətlərarası 
müqavilələrində  başqa  hal  nəzərdə  tutulmayıbsa, 
əcnəbilər, vətəndaşlığı olamyan şəxslər və xarici hüquqi 
şəxslər 
Azərbaycan 
Respublikasında 
memarlıq 
fəaliyyətini Azərbaycan Respublikasının vətəndaşı və ya 
hüquqi şəxsi ilə müştərək həyata keçirə bilərlər. 
Memarlıq  fəaliyyəti  sahəsində  müəlliflik  hüququ, 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyində 
müəyyənləşdirilmiş qaydada həyata keçirilir. 
Memarlıq  və  şəhərsalma  orqanlarına  memarlıq 
fəaliyyətinə  memarlar rəhbərlik edirlər. 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
139 
M a d d ə   6 .  Memarların peşəkar yaradıcılıq 
birlikləri 
Memarların  müvafiq  qanunvericiliyə  uyğun  olaraq 
peşə üzrə birliklər yaratmaq hüququ vardır. 
Memarların peşəkar yaradıcılıq birlikləri: 
memarların peşə, mənafelərini müdafiə edir
memarların 
inkişaf 
strategiyasının 
həyata 
keçirilməsində iştirak edir; 
memarlıq  və  şəhərsalma  sahəsində  memarların 
yaradıcılıq konsepsiyalarını formalaşdırır; 
memarlıq 
əsərlərinin 
sifarişçilərinə 
və 
istehlakçılarına təkliflər verir. 
I I   f ə s i l  
MEMARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN 
ŞƏXSLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 
 
M a d d ə   7 .  Memarlıq fəaliyyəti ilə məşğul 
olan şəxslərin hüquqları 
Memarlıq  fəaliyyəti  ilə  məşğul  olan  şəxslərin 
hüquqları aşağıdakılardır: 
müvafiq  orqanlara  sorğu  vermək  və  memarılıq 
əsərinin layihəqabağı tədqiqatları, layihələşdirmə, tikinti 
üçün  zəruri  memarlıq-planlaşdırma  tapşırıqlarını,  digər 
məlumatları və ilkin sənədləri almaq; 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə